Peyğəmbərimiz (s.ə.s.)in Aləmlərə Nümunə Təvəkkülü

Hz. Məhəmməd (s.ə.s.) bütün digər peyğəmbərlər kimi həyatı boyunca bir çox çətinliklə qarşılaşmış, bu vəziyyətlərdə göstərdiyi səbir və təvəkkül ilə Müsəlmanlara çox gözəl bir nümunə olmuşdur. Quranda izah edilən bir hadisə, Hz. Məhəmməd (s.ə.s.)in göstərdiyi üstün əxlaqı və Rəbbimizə olan sarsılmaz təvəkkülünü çox yaxşı vurğulamaqdadır.

Peyğəmbərimiz (s.ə.s.), Məkkədən çıxdığında müşriklər onu öldürmək məqsədiylə onu izləmişlər. Peyğəmbərimiz (s.ə.s.) onlardan saxlanmaq üçün bir mağaraya sığınmış, ancaq müşriklər sığındığı mağaranın qapısına qədər gəlmişdilər. Belə çətin bir anda Peyğəmbərimiz (s.ə.s.) yanındakı mömin yoldaşına, hüznə qapılmamasını söyləmiş və ona Allaha təvəkkül etməyi xatırlatmışdır. Bunu xəbər verən ayə belədir:

(Ey möminlər!) Əgər siz ona (Peyğəmbərə) kömək etməsəniz, Allah ona kömək göstərmiş olar. Necə ki, kafirlər onu (Məkkədən) iki nəfərdən biri (ikinin ikincisi) olaraq çıxartdıqları, hər ikisi mağarada olduğu və öz dostuna (Əbu Bəkrə): “Qəm yemə, Allah bizimlədir!” –dediyi zaman (göstərmişdi). O vaxt Allah ona bir arxayınlıq (rahatlıq) nazil etmiş, onu sizin görmədiyiniz (mələklərdən ibarət) əsgərlərlə müdafiə etmiş, kafirlərin sözünü alçaltmışdı. Yalnız Allahın sözü (kəlmeyi-şəhadət) ucadır. Allah yenilməz qüvvət, hikmət sahibidir! (Tövbə Surəsi, 40)

Heş şübhə yox ki müqəddəs Peyğəmbərimiz (s.ə.s.)in həyatı təhlükədə ikən qorxuya və hüznə qapılmamasının, narahatlıq duymamasının tək səbəbi Allaha olan etibarı və Onun qədərdə yaratdığı hər hadisənin xeyir və gözəlliklə dolu olduğunu bilməsidir. Bunun nəticəsində heç bir zərər görmədən Mədinəyə çatmış və İslam tarixində çox əhəmiyyətli bir dönüş nöqtəsi olan hicrət reallaşmışdır.
(harun yahya HƏr şeydƏ xeyir görmƏk)