Hz. Musanın Üstün Əxlaqı

Hz. Musanın tarix boyunca yaşamış ən azğın insanlardan biri olan Firon ilə olan mübarizəsi Quranda ətraflı olaraq izah edilmişdir. Hz. Musanın Allahın dinini təbliğ etməsinə, Firon zorbalıq və hədələmə ilə cavab vermişdir. İnsanları haqq dindən çevirmək üçün hər cür yolu sınayan Misir hökmdarı Firona qarşı Hz. Musanın göstərdiyi üstün əxlaq və təvəkkül, aləmlərə nümunə olacaq xüsusiyyətdədir. O dövrü Quran ayələri istiqamətində belə tərif edə bilərik: Bir tərəfdə Firon, ölkənin hakimi olan və görünüşcə bütün gücü əlində tutan adamdır; digər tərəfdə də yanında az bir birlik olan Hz. Musa vardır... Hadisələri zahiri (xaricdən görünən) istiqamətləriylə qiymətləndirən, haqlının deyil güclünün qazanacağını düşünən cahiliyyə məntiqi, Fironun bu mübarizədən qəti bir qalibiyyət ilə çıxacağını zənn etmiş ola bilər. Halbuki belə düşünənlər böyük bir yanılmaya düşmüşlər. Çünki Allah belə hökm etmişdir:

Allah (lövhi-məhfuzda): “And olsun ki, Mən və peyğəmbərlərim qalib gələcəyik!” – deyə yazmışdır. Həqiqətən, Allah yenilməz qüvvət sahibi, qüdrət sahibidir! (Mübarizə Surəsi, 21)

Allah peyğəmbərlərinə istiqamətli bu vədini yerinə yetirmiş və Hz. Musanı Firona qarşı üstün etmişdir. Onu, qardaşı Hz. Harun ilə və Öz köməyi ilə dəstəkləmişdir. Ayrıca Allah, Hz. Musaya müxtəlif möcüzələr vermiş və özüylə danışmasıyla onu digər isanlardan üstün etmişdir. Quranda insanlara ibrət götürmələri üçün köçürülmüş olan bu mübarizə, möminlərin əleyhinə kimi görünən bir vəziyyətin, Allahın diləməsiylə necə bir anda tərsinə döndüyünü çox açıq olaraq göstərər.

Söz mövzusu hadisələrdən biri bu şəkildə inkişaf etmişdir: Firon və ordusu, Misirdən qaçan Hz. Musanı və yanındakı inananları tutumaq üçün yola çıxmışdılar. Firon tərəfindən fərq edildikləri sırada inananların önünə dəniz çımışdır. Bu nöqtədə Hz. Musanın sözləri son dərəcə diqqət çəkicidir. Hz. Musa qarşısında dəniz, arxasında isə Firon ordusu olduğu halda, Allahın köməyinin gələcəyinə güvənərək hərəkət etmiş və bu şəkildə üstün əxlaqını ortaya qoymuşdur. Quranda bu hadisə belə xəbər verilir:

(Firon və əsgərləri) günəş doğduqda onların (İsrail oğullarının) arxasınca düşdülər.

İki dəstə (tayfa) bir-biri ilə qarşılaşdığı zaman Musanın camaatı dedi: “(İşimiz bitdi!) Artıq yaxalandıq!”

(Musa) dedi: “Xeyir, Rəbbim mənimlədir. O, mütləq mənə yol göstərəcəkdir!”

Onda Musaya belə vəhy etdik: “Əsanla dənizə vur!” (Musa əsasını dənizə vuran kimi) o dərhal yarıldı (İsrail oğullarının soyuna müvafiq olaraq on iki hissəyə bölündü) və hər hissə böyük (uca) bir dağ kimi oldu.

O biriləri (Firon əhlini) də ora yaxınlaşdırdıq (dəniz sahilinə topladıq).

Musa və onunla birlikdə olanların hamısını xilas etdik.

O biriləri (Firon tayfasını) isə suya qərq etdik.

Şübhəsiz ki, bunda (Musanın bu hekayətində) bir ibrət vardır. Lakin onların (Firon tayfasının, qədim Misir əhalisinin, yaxud Məkkə müşriklərinin) əksəriyyəti iman gətirmədi.

(Ya Rəsulum!) Həqiqətən, sənin Rəbbin yenilməz qüvvət, mərhəmət sahibidir! (Kafirlərdən intiqam alar, tövbə edən bəndələrini bağışlayar!) (Şuəra Surəsi, 60-68)

Burada əsl üzərində dayanılması lazım olan mövzu, Hz. Musanın icra etdiyi çətin mübarizəsində hadisələrə həmişə Allahın köməyinin yanında olduğunu bilərək yaxınlaşması, qarşılaşdığı hər hadisəni xeyirə yozması və ən çətin anında da Allaha təvəkkül edərək bağlılığını və sədaqətini göstərməsidir.
(harun yahya HƏr şeydƏ xeyir görmƏk)