Hz. Yusifin Sarsılmaz Təslimiyyəti

Möminlər üçün “şər kimi görünən” hadisələrin xeyirə çevrilməsiylə əlaqədar Quranda verilən ən gözəl nümunələrdən biri də Hz. Yusifin həyatıdır. Hz. Yusif, uşaqlığından etbarən başına gələn hər hadisədə göstərdiyi Allaha olan bağlılğı ilə tanınar. Çətin vəziyyətlərdəki təvəkkülü ilə saleh bir möminin necə davranması lazım olduğuna ən yaxşı nümunələrdən biridir. Özünə Allahı dost əldə edən Hz. Yusif, hər şeyin “dostu”ndan gəldiyini bilmənin verdiyi rahatlıqla hər hadisədə bir xeyir axtarmışdır. Bu şəkildə həyatı boyunca qarşısına çıxan hər imtahanı bir fürsət bilmiş, hər an yetkin və təvəkküllü bir xarakter sərgiləmişdir.

Hz. Yusifin qarşılaşdığı haqsızlıqların ilki qardaşları tərəfindən edilmişdir. Hz. Yusifi qısqanan qardaşları onu bir quyuya ataraq atalarından və evlərindən uzaqlaşdırmışlar. Allah bir yolçu karvanını vəsilə edərək Hz. Yusifi bu tələdən qurtarmışdır. Yolçu karvanı uşaq yaşdakı Hz. Yusifi quyudan çıxararaq yanlarında götürmüşdülər. Bunun ardından Yusif Peyğəmbəri, Misrin öndə olanlarından biri satın alaraq evinə götürmüşdür. Hz. Yusifin gözəlliyindən təsirlənən sahibinin arvadı isə ayədə bildirildiyinə görə “ondan murad istəmiş”dir. Buna qarşı Hz. Yusif özünü fahişəliyə məcbur edən qadından qaçmışdır. Üstün bir əxlaq timsalı olan Hz. Yusif yenə bir haqsızlığa düşmüş və bu dəfə də qadının böhtanıyla günahlandırılmışdır. Edilən araşdırmada Hz. Yusifin günahsız olduğu dəlilləriylə ortaya çıxmasına baxmayaraq, özünü zindana atmağı qərarlaşdırmışlar:

(Vəzir və ailəsi Yusifin günahsız olduğunu sübut edən) dəlilləri (Yusifin köynəyinin arxadan cırılmasını, üzünün cırmaqlanmasını, qadınların turunc əvəzinə əllərini kəsməsini və i. a.) gördükləri halda, yenə də onu bir müddət (dedi-qodu kəsilənədək) zindana salmaq qərarına gəldilər. (Beləliklə, Yusif zindana atıldı). (Yusif Surəsi, 35)

Görüldüyü kimi Hz. Yusif iffətini qoruduğu üçün böhtana düşmüşdür. Bu böhtanın nəticəsində uzun müddət zindanda qalan Hz. Yusif, həbs həyatının gətirdiyi hər cür çətinliyə səbr edərək Allaha təvəkkül etmişdir. Hz. Yusif zindanda uzun müddət qalmış amma Quranda izah edildiyi üzrə son dərəcə təslimiyyətli bir rəftar göstərərək üstün əxlaqı ilə bütün möminlərə nümunə olmuşdur. Bilinməlidir ki Hz. Yusif, həyatı boyunca göstərdiyi səbr, təvəkkül və hər şeyi xeyirə yozmanın qarşılığını həm dünyada həm də axirətdə ən gözəl şəkildə görmüşdür.

Allah, bir çox hadisəni səbəb edərək Hz. Yusifə dünyada çox böyük bir mülk və hökmdarlıq vermişdir. Hz. Yusifin bütün bu yaşadığı hadisələri xeyirlə şərh etməsi və Rəbbimizə olan duası Quranda belə xəbər verilməkdədir:

(Yusif) ata-anasını taxt (öz taxtının) üstünə qaldırdı. Onlar (ata-ana və on bir qardaş) hamısı (hörmət əlaməti olaraq) onun qarşısında səcdəyə qapandılar. (Allah onları bir-birinə qovuşdurduğu üçün şükür səcdəsi etdilər). (Yusif) dedi: “Atacan! Bu əvvəl gördüyüm yuxunun yozumudur. Rəbbim onu (yuxunu) həqiqətə çevirdi. O mənə yaxşılıq etdi, çünki məni zindandan qurtardı, Şeytan mənimlə qardaşlarımın arasını vurduqdan sonra sizi çöldən (yanıma) gətirdi (bizi bir-birimizə qovuşdurdu). Həqiqətən, Rəbbim istədiyinə qarşı lütfkardır (istədiyi şəxs və ya iş barəsində incə tədbir sahibidir). O, doğrudan da, (hər şeyi) biləndir, hikmət sahibidir!”

(Yusif atası ilə bir müddət gözəl dövran sürdükdən sonra Yəqub vəfat etdi. Yusif atasını aparıb öz vətənində dəfn etdi və dünyanın heç bir etibarı olmadığını gördükdə Allaha dua edərək Ondan ölüm diləyib dedi: ) “Ey Rəbbim! Sən mənə səltənətdən (istədiyimdən də artıq) bir pay verdin. Mənə yuxu yozmağı öyrətdin. Ey göyləri və yeri yaradan! Sən dünyada da, axirətdə də mənim ixtiyar sahibimsən. Mənim canımı müsəlman olaraq al və məni əməlisalehlərə qovuşdur!”

Şübhəsiz bu hekayə, möminlərin təvəkküllərindəki səmimiyyətin arxasından mükafatlandırılmalarına gözəl bir nümunədir. Saleh bir möminə düşən də Hz. Yusif kimi qarşılaşdığı bütün hadisələrin hikmətlərini, xeyirlərini həll etməyə, anlamağa cəhd göstərməkdir. Allaha təvəkkül edib, Ona sığınıb, bu elmi, bu anlayışı istəməlidir. Mömin unutmamalıdır ki, insanları hər gün bədbəxt edən irili xırdalı hadisələr və ya əhəmiyyətli gördüyü böyük hadisələr heç bir şəkildə möminin əleyhinə olmaz. Bu, Allahın qədər qanununa zidd bir hadisədir. Allah hər hadisəni mütləq möminin lehinə yaradar. Allah möminin ürəyinə hadisənin xeyirini və hikmətini ilham edə bilər ki bu böyük bir nemətdir. Ancaq Allah ilham etməzsə də Müsəlman səbr edib, “mütləq xeyir vardır” deyə bilməlidir. Çünki bu Allahın məmnun olacağı ümid edilən bir davranışdır.
(harun yahya HƏr şeydƏ xeyir görmƏk)