ALLAHIN İNANANLARA VƏDİ VƏ KÖMƏYİ

Hər dövrdə inkar edənlər, Quranın “... Ancaq insanların çoxu iman etməzlər” (Rəd Surəsi, 1) ayəsində bildirdiyi kimi, dünyadakı insanların əksəriyyətini meydana gətirər. İnkarcılar hər vaxt Müsəlmanlara qarşı toplum cəhətdən üstün vəziyyətdədirlər. Buna görə də bu ağılsız və bəsirətsiz insanlar özlərini daim doğru yolda sanarlar. Sahib olduqları maddi güclərinin və insanlarının inananlardan çox olması, onlara bir güvən duyğusu verər. Bu səbəblə hadisələri həmişə xarici görnüşə görə qiymətləndirən cahiliyyə insanları, özlərinin üstün olduğundan yüzdə yüz əmin olaraq hərəkət edərlər. Amma fərqinə çata bilmədikləri çox böyük bir həqiqət vardır ki, o da Allahın möminlərə olan vədi və dəstəyidir:

(Ey müsəlmanlar!) Sizə göz qoyan (münafiqlər) Allah tərəfindən sizə bir qələbə üz verdikdə: “Məgər biz də sizinlə deyildikmi? “ deyər, kafirlərə (zəfər) nəsib olduqda isə: “Məgər (möminlərlə birlikdə sizə qarşı vuruşsaydıq) biz sizə qalib gələ bilməzdikmi? Məgər biz möminlərə (onların sizə qarşı təcavüzünə cürbəcür vasitələrlə) mane olmadıqmı? “ – söyləyərlər. Qiyamət günü Allah Özü sizin aranızda hökm verəcəkdir. Allah heç vaxt kafirlərə möminlərin əleyhinə olan bir yol göstərməz! (Nisa Surəsi, 141)

Allah yuxarıdakı ayəsində diqqət çəkdiyi kimi, hər şeyi möminlərin lehinə edər və onları mütəlif yollardan dəstəkləyər. İnşirah surəsində Müsəlman üçün hər çətinliklə birlikdə asanlığın da yaradıldığı sirri verilməkdədir. Xəsətliyi yaradan Allahın şəfanı da yaratması kimi, hər çətinlik də yanında asanlığı ilə birgə meydana gəlməkdədir. Bu həqiqət belə xəbər verilmişdir:

Və Rəbbinin buyurduğunu haqq olaraq eşidib (Ona) itaət edəcəyi zaman (insan dünyada yaxşı və pis əməllərinin cəzasını layiqincə alacaqdır)!

Ey insan! Sən (ölənə qədər) Rəbbinə doğru çalışıb çapalayırsan. Sən Ona qovuşacaqsan! (Sənin qısa ömrün gündən-günə səni Allaha yaxınlaşdırır. Ölümün gəlib çatması Allah dərgahına qovuşmaq deməkdir. Öləndən sonra Allahın hüzuruna gedib dünyada etdiyin yaxşı, pis əməllərin əvəzini tamamilə alacaqsan. Yaxşı əməllər etmisənsə, xoş halına. Pis əməllər etmisənsə, vay halına!) (İnşirah Surəsi, 5-6)

Allahın bu dəstəyi və köməyini yalnız möminlər bilərlər. Və onlar, həyatları boyunca nə ilə qarşılaşsalar qarşılaşsınlar, Allahın daim inananların vəlisi və köməkçisi olduğunu bilmənin gətirdiyi güvən və dinclik duyğusu ilə hərəkət edərlər. Allah qullarına belə vəd etmişdir:

Allah sizin düşmənlərinizi (sizdən) daha yaxşı tanıyır. Bir dost və yardımçı kimi Allah (sizə) kifayət edər! (Nisa Surəsi, 45)

(Ya Peyğəmbərim!) Xatırla ki, o zaman Rəbbin mələklərə belə vəhy edirdi: “Mən də sizinləyəm. Möminlərə qüvvət (mətanət) verin. Mən kafirlərin ürəklərinə qorxu salacağam. Onların boyunlarını vurun, bütün barmaqlarını (əl-ayaqlarını) doğrayın!” (Ənfal Surəsi, 12)

Allahın kömək və dəstəyi Müsəlmanın həyatının hamısını əhatə edər. Tarix boyunca Allah inananlara müxtəlif yollarla köməyini çatdırmışdır. Bəzən peyğəmbərlərinə möcüzələr vermiş; bəzən Müsəlmanları görünməyən ordular və mələklərlə, hətta təbiət hadisələriylə dəstəkləmiş: bəzən reallaşması qeyri-mümkün kimi görünən hadisələrin reallaşmasını təmin etmişdir. Quranda verilən bu nümunələrdən bəziləri belədir:

Ey iman gətirənlər! (Xəndək, yaxud Əhzab vuruşunda Qüreyş, Qətəfan və yəhudilərin Bəni-Nəzir qəbilələrindən təşkil olunmuş) ordular sizin üstünüzə gəldiyi zaman Allahın sizə olan nemətini yada salın. O vaxt Biz onların üstünə külək və sizin görmədiyiniz (mələklərdən ibarət) qoşun göndərmişdik. Allah o zaman sizin nə etdiyinizi görürdü. (Əhzab Surəsi, 9)

O zaman siz (dua edərək) Rəbbinizdən kömək diləyirdiniz. (Allah: ) “Mən sizin imdadınıza bir-birinin ardınca gələn min mələklə çataram!” – deyə duanızı qəbul buyurmuşdu. (Ənfal Surəsi, 9)

(Ey Məkkə müşrikləri və yəhudilər!) İki dəstənin (Bədr müharibəsi zamanı) qarşı-qarşıya durması sizin üçün (Peyğəmbərin doğruluğuna) dəlildir. Bunlardan biri Allah yolunda vuruşanlar, digəri isə kafirlər idi. (Möminlər üç yüz on üç nəfər, kafirlər isə təqribən min nəfər idilər). (Möminlər kafirlərin) onlardan ikiqat artıq olduqlarını öz gözləri ilə görürdülər. (Yaxud kafirlər möminləri iki özləri qədər, yəni təxminən iki min nəfər və ya onların olduqlarından iki dəfə artıq, yəni altı yüzdən bir qədər çox görürdülər). Əlbəttə, Allah istədiyinə Öz köməyi ilə qüvvət verər. Şübhəsiz ki, bu (Bədr əhvalatı) bəsirət sahiblərindən (gözüaçıq, ayıq adamlardan) ötrü bir ibrət dərsidir. (Al-İmran Surəsi, 13
(harun yahya HƏr şeydƏ xeyir görmƏk)