Möminlərə Qurulan Tələlərin Bütünü Başdan Pozulmuşdur

İnkar edənlər möminlərə qarşı icra etdikləri mübarizələrində hər cür hiyləgər üsula müraciət edərlər. Bu üsulların ən çox istifadə edilənlərindən biri də möminlərin əleyhində ittifaq edərək onlara müxtəlif tələlər qurmaqdır. Toplum tərəfindən çox olduqları üçün və tələlərini gizli gizli qurduqları üçün müvəffəqiyyətli olacaqlarını düşünən inkarcılar, planlarını edərkən iki adamın üçüncüsünün, üç adamın dördüncüsünün Uca Allah olduğunu unutmaqdadırlar. Allahın insanlara şah damarından daha yaxın olduğu həqiqətindən isə tamamilə qəflətdədirlər. Halbuki Allah gizləsələr də aşkar etsələr də “sinələrdə gizli olanı biləndir”. İnkarcıların möminlərin əleyhində ağıllarından keçirdikləri hər fikri, qurduqları hət tələni, etdikləri hər planı da Allah ən incə detalına qədər bilər.

Ən əhəmiyyətlisi də hər şeyin məlumatına sahib olan Allah, Quranda inkarcıların qurduqları tələlərin bütününün başdan pozulmuş olduğunu xəbər vermişdir. Nə qədər ağıllıca, nə qədər hiyləgərcə, nə qədər böyük olursa olsun möminlərin əleyhində qurulan bütün tələləri hər şeyin Yaradıcısı olan Allahın yıxacağı Quranda belə bildirilir:

Bu (hadisələr) bir həqiqətdir. Allah, sözsüz ki, kafirlərin hiyləsini zəiflədəndir! (Ənfal Surəsi, 18)

(Kafirlər Peyğəmbərə və islam dininə qarşı bacardıqları qədər) hiylə qurdular. Onların hiyləsi Allah dərgahında məlumdur (və buna görə də cəzalarını da alacaqlar). Onların hiyləsi ilə dağlar (islam dini, onun hökmləri) yerindən oynayan deyildir! (Və ya onların hiyləsi dağları yerindən oynatsa belə, yenə də Allahın dini qarşısında acizdir!) (İbrahim Surəsi, 46)

Bunların yanında Allah, bu tələlərin saleh qullarına zərər verə bilməyəcəyini bildirmiş, bu tələlərin hamısının onları quranların özlərinə də xəbər vermişdir:

(Bu isə onların) yer üzündə təkəbbür göstərmələri (iman gətirməyi özlərinə sığışdırmamaları) və pis əməlləri ucbatından idi. Pis əməl (qərəzli hiylə) ancaq onun öz sahibinin başında çatlayar. Məgər onlar Allahın adəti (qayda-qanunu) üzrə (özlərindən) əvvəlkilərin düçar olduqları müsibətlərimi (həmin müsibətlərin onların öz başlarına da gəlməsinimi) gözləyirlər? (ya Peyğəmbər!) Sən Allahın qoyduğu qayda-qanunda heç bir dəyişiklik tapmazsan! (Fatır Surəsi, 43)

Bu nöqtədə ifadə edilməsi lazım olan çox əhəmiyyətli bir xüsus budur: İnananların Allahın bu vədinə (inkarcıların tələlərini boşa çıxarması) etibarları tamdır. Allahın köməyinin daim özləriylə birlikdə olduğu həqiqətini bilərək təvəkkül içərisində yaşayarlar. Başdan bəri üzərində dayandığımız kimi, bu mütəvəkkil ruh halları sayəsində də, qarşılaşdıqları hər hadisədəki xeyir və hikmətləri görə bilər, görməsələr belə hər hadisənin möminlər üçün mütləq xeyirlə nəticələnəcəyinə qəti bir məlumatla iman edərlər.


“Qalib Gələcək olanlar Allahın Tərəfdarlarıdır”

Müsəlmanlar “şər” kimi görünən hadisələri də xeyir gözüylə qiymətləndirmələrinin və Allahı vəkil əldə etmələrinin qarşılığını, həmişə ən gözəl şəkildə almışlar. Ayələrdə belə buyrulur:

O kəslər ki, xalq onlara: “Camaat (Əbu Süfyan və tərəfdarları) sizə qarşı (qüvvə) toplamışdır, onlardan qorxun!” - dedikdə, (bu söz) onların imanını daha da artırdı və onlar: “Allah bizə bəs edər. O nə gözəl vəkildir!” – deyə cavab verdilər.

Sonra da Allahın neməti və lütfü sayəsində özlərinə heç bir əziyyət toxunmadan geri döndülər və Allahın razılığını qazanmış oldular. Həqiqətən, Allah böyük mərhəmət sahibidir. (Al-İmran Surəsi, 173-174)

Bunu xatırlatmaq lazımdır ki, bəzən çöldən baxıldığında zahirən inkarcılar üstünlük təmin etmiş kimi görünə bilərlər. Halbuki bu, yalnız Allahın inananlara istiqamətli bir sınağıdır. Beləliklə saleh möminlər ilə zəiflik göstərənlər bir-birlərindən ayrılmaqdadır. Təvəkkül edən, səbr edən və hadisələrə xeyir gözüylə baxan Müsəlmanlar heç şübhəsiz Allaha olan etibarlarını və sədaqətlərini açıqca ortaya qoymaqdadırlar. Bu səbəblə dünyada və axirətdə Allahın razılığını qazanaraq qalib və üstün gələcək olanlar, hər vaxt inananlardır:

Hər kəs Allahı, Onun Peyğəmbərlərini və iman gətirənləri özünə dost tutarsa, (hər iki dünyada işləri yaxşı gedər). Şübhəsiz ki, qələbə çalanlar məhz Allahın firqəsidir (Allahı özünə hami və dost seçən şəxslərdir). (Maidə Surəsi, 56)
(harun yahya HƏr şeydƏ xeyir görmƏk)