Dəccali sistem İsa Məsihin (a.s.) və Hz. Mehdinin (a.s.) zühuru üçün xüsusi yaradılmışdır

Uca Rəbbimiz dünya həyatının sonunun yaxınlaşdığı axırzaman adlandırılan dövrdə bütün çətinliklərin, müharibələrin, terror, degenerasiya və qorxuların hökm sürdüyü bir zamanda dünyaya mübarək bir şəxsi göndərəcək və onun vəsiləsi ilə hər cür zülmü və ədalətsizliyi sona çatdıracaq. Bu mübarək şəxs Hz. Mehdi-dir (a.s.). Hz. Mehdinin (a.s.) zühurunun ardınca Hz. İsa (a.s.) yenidən yer üzünə gələcək və Hz. Mehdi (a.s.) ilə birlikdə bütün dünyaya İslam əxlaqını hakim edəcəkdir.



Hz. İsanın (a.s.) və Hz. Mehdinin (a.s.) çıxmasından əvvəl dünyanın böyük hərc-mərclik içində olacağı və dünyaya dinsizliyi, əxlaqi degenerasiyanı, zülmü, haqsızlığı və qan tökməni yayan dəccaliyyətin üzə çıxacağı bildirilmişdir. Allah adətullahına uyğun olaraq zidd düşüncələri birlikdə yaradır. Allah Hz. Musanı yaratdıqda onun ziddi olan Fironu da yaratmışdır. Hz. İbrahimi yaradan Allah ona qarşı çıxan Nəmrudu da yaratmışdır. Allah axırzaman dediyimiz və rəvayətlərə əsasən yaşadığımız bu dövrdə isə masonların idarə etdiyi dəccaliyyəti və dəccaliyyətin mühüm oyunlarında biri olan Darvinizmi yaratmışdır. Axırzamanda Hz. İsanın (a.s.) və Hz. Mehdinin (a.s.) insanları gözəl əxlaqa, imana, hüzura və əmin-amanlığa dəvət etməsinin qarşısında qarışıqlığı və qarşıdurmanı müdafiə edən, zülmkarlığı və eqoistliyi təlqin edən, insanları məhvə və həlaka sürükləyən dəccaliyyət, yəni masonluq bu məqsədlə Darvinizmdən istifadə edir.

Böyük İslam alimi Bədiüzzaman Said Nursi Həzrətləri Emirdağ Lahikasında Hz. Mehdinin (a.s.) Darvinizm və materializmə qarşı qələbə çalması ilə insanların imanına vəsilə olacağını belə xəbər vermişdir:

“Çox dəfə məktublarımda işarə etdiyim kimi, Mehdi Al-i Rəsulun (Peyğəmbərimizin (sav) soyundan gələn Hz. Mehdinin) təmsil etdiyi qüdsi (müqəddəs) camaatının şəxsi mənəvisinin üç vəzifəsi var. ... Birincisi: fənn və fəlsəfənin təsirilə və maddiyyun və tabiyyun (materializm və Darvinizm inancını) bəşər (bəşəriyyət) içində intisar etməsilə (yayılması ilə) hər şeydən əvvəl fəlsəfəni və maddiyyun fikrini (maddəçi/materialist düşüncə tərzini) tam susduracaq tərzdə imanı xilas etməkdir.”198

Ona görə Hz. Mehdinin (a.s.) əsl vəzifələrindən biri materialist və darvinist fəlsəfəni fikrən tam mənada aradan qaldırmaq və Allah inancını dünyaya hakim etməkdir. Masonların axırzamanda kütlələrə yaydığı bu batil din, Allahın iznilə, Hz. Mehdi (a.s.) tərəfindən elm ilə yox ediləcəkdir.

Yalanla bütün dünyanı aldatmağı bacarmaları, darvinist diktatorluğun bütün dünyada saxta hegemonluq qurması darvinistləri yanıldır. Darvinistlər bu saxta uğurun Allahın yaratdığı imtahanın bir sirri olduğunu başa düşmədiklərinə görə bunu həqiqi uğur zənn etmiş və məhv olmayacaqlarını düşünmüşdürlər. Lakin belə saxta uğurlar həqiqi və doğru olanın üzə çıxıb üstün gəlməsi üçün baş verir. Nəticədə isə mütləq Allahın istədiyi, Allahı ucaldan düşüncə qalib olub üstün gəlir.

Hal-hazırda Darvinizmin vəziyyəti də belədir. Saxtakarlıqla əldə edilən dünya hakimiyyəti böyük məhvə doğru gedir. Çünki bu, Darvinizmin qədəridir. Darvin Allah istədiyi üçün Darvinizmi irəli sürmüşdür. Darvinizm Allah istədiyi üçün dünyaya hakim olmuşdur və indi bu batil inanc Allah istədiyi və Allahın qədərdə təqdir etdiyi vaxt çatdığı üçün köklü və böyük məğlubiyyətə uğrayır. İnsanlar Allahın müəyyən etdiyi qədər daxilində Darvinizm fitnəsinə uymuşdurlar. İndi də yenə Allahın müəyyən etdiyi qədər daxilində Hz. İsa (a.s.) və Hz. Mehdiyə (a.s.) tabe olacaqlar və bütün dünya Hz. Mehdinin (a.s.) Darvinizmi, materializmi, qısaca desək, bütün dəccali sistemləri aradan qaldırıb fikrən yox etməsilə bu batil fitnədən xilasl olaraq rahatlığa qovuşacaqlar.
Bütün dəccali sistemlər məhvə və məğlubiyyətə məhkum şəkildə yaradılmışdır. Darvinizm də belədir və Allahın istəyilə böyük məğlubiyyət və məhv içindədir. Tarixin ən böyük kütləvi yalanı olan Darvinizm tarixin ən böyük məğlubiyyətini yaşayır. Darvinizm tarixi gələcək nəsillərin təəccüblə xatırladığı rüsvayçılıq dövrü kimi yad ediləcəkdir.

Uca Allah hökmünə baş əyilən, bütün varlıqları nəzarəti və iradəsi altında saxlayandır. Allahın müəyyən etdiyindən başqa batil bir din qurub bu yolda səy göstərdiklərini zənn edən darvinistlər əslində istəsələr də, istəməsələr də, Allahın hökmünə boyun əymiş şəkildə yaşayırlar. Allah bir ayəsində belə bildirmişdir:

Necə ola bilər ki, onlar Allahın dinindən başqa bir din axtarsınlar? Halbuki göylərdə və yerdə olanlar istər-istəməz Ona təslim olmuşlar və Onun hüzuruna qayıdacaqlar. (Ali-İmran surəsi, 83)



Dəccalın oyununa düşən darvinistlər də daxil olmaqla bütün varlıqlar mütləq bir gün Allahın hüzurunda toplanacaqlar. Rəbbimizin Qatında mühakimə olunacaq və etdiklərinə, düşündüklərinə görə sorğu-sual ediləcəklər. Hesab günü qəti həqiqətdir. Elə buna görə masonların təsiri altına düşmüş bütün darvinistlərin həqiqətləri açıq şəkildə gördükləri bu günlərdə inadcıl və qürurlu təkidlərdən əl çəkib, vicdanlarını dinləmələri və doğru yola üstünlük vermələri onları xilas edəcək mühüm yoldur. Allahın hökmü haqdır, mütləq həyata keçəcək və qurulmuş heç bir nizam Allah istəməsə önə çıxmayacaqdır. Darvinizm yalanına bağlı olmaqda israr edən, bu yalanın arxasınca qaçmaqda və insanları aldatmaqda davam edən hər insan bu həqiqəti heç vaxt unutmamalıdır.
Öyüd-nəsihət ver. Sən ancaq öyüd-nəsihət verənsən!

Sən onların üzərində hakim deyilsən!

Lakin kim üz döndərib inkar etsə

Allah onu ən böyük əzaba düçar edər!

Şübhəsiz ki, onların axır dönüşü Bizədir!

Onlarla haqq-hesab çəkmək də Bizə aiddir! (Ğaşiyə surəsi, 21-26)
(harun yahya DƏccal necƏ öldü?)


198-Bediüzzaman Said Nursi, Emirdağ Lahikası, sf. 259