BÜTÜN CANLILARIN YARADANI UCA ALLAHDIR

Darvinizm dünya tarixinin ən məntiqdənkənar, ən ağlasığmaz batil dinidir. Canlıların hər detalında mükəmməl nizam və ağıl olmasına baxmayaraq Darvinizm onların hamısının “şüursuz” və “təsadüfi” proseslərin məhsulu olduğunu iddia edir. Zülal laboratoriyalarda belə əldə edilə bilməyən olduqca mürəkkəb quruluşa malik molekuldur və elektron mikroskopu altında bu cür kompleks həyatın olması həqiqətən heyranedicidir. Lakin Darvinizm bu möhtəşəm yaradılış qarşısında belə “təsadüfən əmələ gəldi” izahını verir. Canlılar bir-birlərindən olduqca fərqli xüsusiyyətlərə malik yaradılmışlar və malik olduqları orqan və formaların bir-birlərinə çevrilməsinin qeyri-mümkün olması açıq və inkaredilməz şəkildə aşkar edilmişdir. Ancaq Darvinizm dünyadakı möhtəşəm canlı müxtəlifliyinin bircə bakteriyadan törədiyini iddia edir. Darvinizmin iddialarının həqiqi olduğuna, canlıların təkamül keçirdiyinə dair bircə dənə də dəlil tapılmamışdır. Lakin buna baxmayaraq darvinist jurnallar hər həftə yeni xaxta fosil dərc edirlər. Yer ezündə açıq-aydın bir nizam və ehtişam vardır. Amma Darvinizm bütün bunların “xaos”, “qarışıqlıq” və “nizamsızlıq”dan öz-özünə, kor təsadüflər nəticəsində ortaya çıxdığını iddia edir. Bu həqiqətlər nəzərə alındıqda Darvinizmin dünya səviyyəsində qəbul edilməsinə ağıllı insanın hər hansı məntiq və dəlil tapması qeyri-mümkündür.


Darvinist təhsil davam edərkən, Darvinizmin dünyaya gətirdiyi bəlaların sona çatması olduqca çətindir.

Lakin bu yalan hədəfə dəymişdir. Hədislərdə dəccalın fitnəsinin bütün dünyanı bürüyəcəyi xəbər verilmişdir. Həqiqətən də bütün dünya dəccali sistem olan masonluğun təsirilə batil bir sistemi şüursuz şəkildə qəbul etmişdir. Hər millətdən, hər inancdan olan çox sayda insan bu batil sistemə inanmışdır. İnsanlar belə bir batil dinə inanmağın özləri üçün necə müəmma olacağını təxmin etməmişdirlər. Bir çoxu bu nəzəriyyəni həqiqətən elmi zənn etmiş, bunu hər hansı nəzəriyyə kimi görmüş, öz dünyaları, gələcəkləri üçün nə qədər böyük təhlükə olduğunu anlamamışdırlar. Uzaqgörən olmamış, insanın “təkamül keçirmiş heyvan” olduğunu iddia edən bir yalanın insanlar, cəmiyyət, dövlətlərdə necə məhvedici təsir meydana gətirəcəyini əvvəlcədən düşünməmişdirlər. Batil fikir sisteminin hər tərəfdən onları əhatə etdiyini, uşaqlarına, ölkələrinə, yaşadıqları mühitə mənfi təsir etdiyini başa düşməmişdirlər. Bu batil fikir sisteminin ətraflarındakı hücumların, soyqırımların, cinayətlərin, oğurluqların, əxlaqsızlığın, degenerasiyanın, anarxiyanın, müharibələrin, terrorun təməl səbəbini əmələ gətirdiyini və getdikcə bu bataqlığın içinə batdıqlarını anlamamışdırlar. Uşaqlarına Darvinizmi öyrətməyin, onları pis əxlaqlı, üsyankar, mənəvi cəhətdən degenerasiyaya uğradacağını, insani vəsflərdən uzaqlaşdıracağını düşünməmişdirlər. Dəccali sistem olan masonluq o qədər hiyləgərliklə yanaşmış, o qədər böyük oyun oynamışdır ki, isanların böyük əksəriyyəti fərqinə varmadan , başlarına nə gələcəyini bilmədən bu oyunun əsirinə çevrilmişdirlər. Hal-hazırda dünyanın düşdüyü vəziyyət bu qəflətin və Darvinizm bəlasına qarşı göstərilən laqeydsizliyin nəticəsidir.


Bütün dünyada qardaşlığın, sevginin, sülhün yaşanması ancaq Quran əxlaqının yaşanması ilə mümkün ola bilər.

İnsanların böyük qisminin bilərək və ya bilməyərək dəccalın müdafiə etdiyi həyat tərzinə uymasının, dəccaliyyətin dediklərini etmələrinin, şübhəsiz, çox zərərli nəticələri olmuşdur. Dəccalın batil dininə tabe olmaq Allahın razı olduğu gözəl əxlaqdan, Rəbbimizin xoşnudluğundan uzaqlaşmaq deməkdir. Dünyanın əksər hissəsində Quran əxlaqına uyğun olmayan həyatın davam etdirilməsinin əsas səbəbi budur. Allah Quranda insanların bir-birlərinə yaxşılığı əmr edib pislikdən çəkindirmələrini nəsihət edir. Bu gün dünyanın bir çox yerində bu böyük məsuliyyət yerinə yetirilmir, tam əksinə, insanlar daima pis olana yönləndirilirlər. Allah insanları eqoistlikdən, xəsislikdən, nankorluqdan, vəfasızlıqdan, mənfəət düşgünlüyündən, haramdan, qısqanclıqdan, pis söz söyləməkdən və ədalətsizlikdən, israfdan, qürurdan, təkəbbürdən və qəzəbdən çəkindirmişdir. Hal-hazırda isə bir çox cəmiyyətdə bu əxlaq anlayışının tam tərsi yaşanır. Qurana əməl edən Müsəlmanlar arasında qarşısındakının nəfsini öz nəfsindən üstün tutmaq, ona hər məsələdə mütləq üstünlük vermək əsasdır. Lakin hal-hazırda insanların böyük qismi ancaq öz mənfəətini güdür və bunun üçün çox alçaldıcı davranışlara belə yol verirlər. Qurana əsasən haqsız yerə can almaq haramdır. İndiki dövrdə isə cinayətlərin sayı təəccüblü dərəcədə çoxdur. Qurana əsasən hər kəs digərinin haqqını qorumaqla məsuldur. Lakin hal-hazırda dünyanın bir çox ölkəsində sistem insanların bir-birlərinin haqqını əlindən alması, bir-birlərini aldatması üzərində qurulmuşdur. Qurana əsasən malın ehtiyacı olduğundan artığı kasıba verilir. Ancaq dünyanın bir çox ölkəsində hal-hazırki sistemdə kasıb daima daha çox var-yoxdan çıxarılır, sanki yox edilməyə çalışılır, varlılar isə daha çox mala sahib olmaq üçün səy göstərirlər.

Allahın Quranda bildirdiyi əxlaqın tam tərsinin yaşanması dəccalın qurduğu sistemin nəticəsidir. İnsanların böyük əksəriyyəti dəccalın sisteminə uymasının nəticəsi olaraq rifah içində yaşaya bildiyi halda yaşamır, xoşbəxt ola bildiyi halda olmur, nemətlərə qovuşa bildiyi halda bərəkətsizlik içində yaşayırlar. Dəccalın sistemi insanlar üçün böyük kabus, bəla olmuşdur.

Lakin dəccaliyyət artıq fikrən ölmüşdür. Masonların bütün oyunları üzə çıxmış, yox edilmişdir. Dəccaliyyətin ayaqda durub yapışacağı heç bir dəstək qalmamışdır. İnsanları artıq aldada, Darvinizm yalanına heç kimi inandıra bilmir.

Bunu Allahın iznilə gələcəkdə də edə bilməyəcəkdir. Çünki Allahın vədinə görə batil mütləq yox olmağa məhkumdur. Allah bu nizamı insanların Allahın qədrini lazımınca təqdir etməsi, haqq olanı açıq şəkildə görməsi üçün yaratmışdır. Yoxsa, şübhəsiz, dəccal sistemini aradan qaldırmaq və Quran əxlaqını dünyaya hakim etmək üçün Allahın “Ol!” əmri kifayətdir. Dəccal öz tələsini böyük və güclü hesab etmişdir. Lakin Allahın tələsi qarşısında məhv olmuşdur. Aləmlərin Rəbbi olan Allah ayələrində belə bildirir:
Əgər o məmləkətlərin əhalisi iman gətirib (pis əməllərdən) çəkinsəydilər, sözsüz ki, onların başlarına göydən və yerdən bərəkət yağdırardıq. Lakin onlar (öz peyğəmbərlərini) yalançı hesab etdilər, Biz də onları qazandıqlarına görə məhv etdik. Məgər o məmləkətlərin əhalisi əzabımızın onlara gecə yatarkən gəlməyəcəyinə əmin idilərmi? Və ya o məmləkətlərin əhalisi əzabımızın onlara gündüz oynayıb əylənərkən gəlməyəcəyinə arxayın idilərmi? Yaxud Allahın onları dolaşdırıb bəla toruna salmayacağına əmin idilərmi? Allahın dolaşdırıb bəla toruna salmayacağına özlərinə zərər eləyənlərdən başqa heç kəs arxayın ola bilməz! (Əraf surəsi, 96-99)

Ağıl və vicdan sahibi bir insanın üzərinə düşən məsuliyyət ağlın, məntiqin, vicdanın və elmin göstərdiyi doğrulara tabe olmaq və hər varlığı Allahın yaratması həqiqətini qəbul etməkdir. Şübhəsiz, Uca Rəbbimizin insanların tərifinə, təslimiyyətinə, təqdirinə və ibadətinə ehtiyacı yoxdur. Ehtiyacı olan ancaq insanın özüdür. Allaha qarşı təkəbbür göstərmək insana dünyada və axirətdə peşmançılıqdan başqa heç nə qazandırmayacaqdır. Allaha təslim olmaq isə dünyada xeyirli və gözəl həyata, axirətdə isə bu dünya ilə müqayisə edilməyəcək qədər sonsuz və böyük nemətlərə qovuşmağa vəsilədir. Amma hamısından üstün, insana ən böyük mükafat Allahın rizası olacaqdır.



Dəccalın məğlubiyyəti isə sonsuzluğa qədər davam edəcəkdir. Darvinizmin süqutu bunun ən mühüm göstəricisidir. Vacib olan bundan sonra vicdanın göstərdiyi yolla getmək, bir ömrü dəccalın əsiri olaraq sərf etməməkdir. Əgər bir insanın ağlı və şüuru yerindədirsə, bunu etməlidir.
Hər varlığın sahibi və hakimi olan Allah bir ayəsində belə buyurur:

Rəbbinizə dönün. Əzab sizə gəlməmişdən əvvəl Ona təslim olun. Sonra sizə heç bir kömək olunmaz! Qəfil əzab özünüz də bilmədən başınızın üstünü almamışdan əvvəl Rəbbinizdən sizə nazil edilmiş ən gözəl sözə tabe olun! (Zumər surəsi, 54-55)
(harun yahya DƏccal necƏ öldü?)