QURAN ƏXLAQI

GİRİŞ



Quran əxlaqının yaşanmadığı cəmiyyətlərdə son dərəcə əyri bir əxlaq anlayışı vardır. İnsanın ruhundakı eqoist ehtiras və ehtirasların bir məhsulu olan bu əxlaq anlayışı, insanları qürurlu, eqoist, həyasız, mərhəmətsiz, kobud və zalım olmağa yönəldər. Hər kəs, öz yüksəlişini təmin etmək üçün digər insanları əzmək lazım olduğuna inanar və bunu hər fürsətdə tətbiq edər.

Halbuki Allah, yaratdığı insana belə bir əxlaqı yaşamasını tövsiyə etməmişdir. Əksinə Quranda insanlara zadəgan, təvazökar, etibarlı, şəfqətli, fədakar, yetkin və içli olmaları əmr edilər. Allahın Haqq Kitabında bir insanın əxlaqındakı incəliklərə diqqət çəkilərək bu əmr verilər:

Adamlardan təkəbbürlə üz çevirmə, yer üzündə lovğa-lovğa gəzib dolanma. Həqiqətən, Allah heç bir özündən razını, lovğalanıb fəxr edəni sevməz! (Loğman Surəsi, 18)

Müsəlmanın vəzifəsi, şübhəsiz Allahın vəhy etdiyi bu üstün əxlaqı ən incə detalına qədər tətbiq etməkdir. Bu ilahi əxlaqı tərk etmiş və üstdə sözünü etdiyimiz əyri əxlaq anlayışını mənimsəmiş olan azğın və primitiv mədəniyyətin nüfuz edici təsirindən tam mənasıyla xilas olmaq üçün, son dərəcə həssas və diqqətli olmaq lazımdır. Bu səbəblə adam özünü davamlı dartmalı, cahiliyyə əxlaqından tam mənasıyla uzaqlaşıb Quran əxlaqını tətbiq etmək üçün böyük bir diqqət göstərməlidir.

Oxumaqda olduğunuz kitab, bu səyində iman edənlərə dəstək olmaq, unudulmaması lazım olan təməl Quranı mövzuların ağılda tutulmasına kömək etmək üçün hazırlanmışdır. İrəliləyən səhifələrdə, bir möminin davamlı ağlında tutması, hər an üzərində dayanması lazım olan bəzi təməl imani mövzuları və yenə unudulma təhlükəsi olan bəzi ibadətləri Quran ayələri ilə birlikdə araşdıracağıq.
(harun yahya Quran Əxlaqı)