ALLAHI HAQQIYLA TƏQDİR ETMƏK

Quran ayələrində, Allahın sifətlərinin bir qisimi bu şəkildə xəbər verilməkdədir:

Allahdan başqa heç bir tanrı yoxdur. (Zatı və kamal sifətləri ilə hər şeyə qadir olub bütün kainatı yaradan və idarə edən, bəndələrini dolandıran və onların işlərini yoluna qoyan) əbədi, əzəli varlıq Odur. O nə mürgü, nə də yuxu bilər. Göylərdə və yerdə nə varsa (hamısı) Onundur. Allahın izni olmadan (qiyamətdə) Onun yanında (hüzurunda) kim şəfaət (bu və ya digər şəxsin günahlarının bağışlanmasını xahiş) edə bilər? O, bütün yaranmışların keçmişini və gələcəyini (bütün olmuş və olacaq şeyləri) bilir. Onlar (yaranmışlar) Allahın elmindən Onun Özünün istədiyindən başqa heç bir şey qavraya bilməzlər. Onun kürsüsü (elmi, qüdrət və səltənəti) göyləri və yeri əhatə etmişdir. Bunları mühafizə etmək Onun üçün heç də çətin deyildir. Ən uca, ən böyük varlıq da Odur! (Bəqərə Surəsi, 255)

Yeddi (qat) göyü və bir o qədər də yeri yaradan Allahdır. Allahın hər şeyə qadir olduğunu, Allahın hər şeyi elm (Öz əzəli elmi) ilə ehtiva etdiyini biləsiniz deyə, (Allahın) əmri onların arasında (mövcud olan bütün məxluqata) nazil olar. (Talaq Surəsi, 12)

(Müşriklər) Allahı layiqincə qiymətləndirmədilər (uca tutmadılar). Həqiqətən, Allah yenilməz qüvvət sahibi, qüdrət sahibidir! (Həcc Surəsi, 74) ayəsiylə təsvir edilər.

Allahın gücünü haqqıyla təqdir etmək, imanın ən əhəmiyyətli şərtlərindəndir. Mömin, cahiliyyə cəmiyyətlərindəki əyri Allah inancından qopar və cahiliyyə cəmiyyətinin bütün azğın inanışlarını rədd edər. Mömin Allaha Quranda təsvir edilən xüsusiyyətləriylə inanar. Allahın dünyada, göylərdə və öz nəfsində yaratdığı dəlilləri, ayələri, iman həqiqətlərini araşdıraraq, Allahın sənətini, gücünü yaxşıca görərək, Rəbbimizi tanıyar, ONun qədrini haqqıyla təqdir edər.

Ancaq Allaha iman etdiyini söyləyən bir adam, ürəyini Allahın zikrindən və ağılını ONU düşünməkdən uzaq tutarsa, bu vəziyyətdə cahiliyyənin azğın Allah inancına doğru bir yol alar. Və əgər özünü yığışdırıb Allah inancını Qurana görə təyin etməzsə, bəzi imtahan vəziyyətlərində cahiliyyəyə sürüşmə təhlükəsiylə üz-üzə qala bilər. Allah, bu vəziyyətə, döyüş əsnasında zəiflik göstərən Müsəlmanlardan bəhs edən ayələrdə diqqət çəkər. Ayələrdə bildirildiyinə görə, bu kəslər, "Canları dərdinə düşərək; Allaha qarşı haqsız yerə cahiliyyə zənniylə zənnlərə qapılmış"lardır. (Al- İmran Surəsi, 154)

Mömin belə bir vəziyyətə düşməmək üçün, cahiliyyədəki səhv inancların buraxdığı izləri tamamilə ürəyindən silməli və Quranda təsvir edildiyi şəkildə, Allahı haqqıyla təqdir edərək bu həqiqi inancı ürəyinə həzm etməlidir.
(harun yahya Quran Əxlaqı)