TƏFƏKKÜR

İnkar edənlər dünyada yaradılmış olan dəlilləri görmədən keçib gedərlər. İman edən bir insanın bu kəslərdən fərqi isə, Allahın yaratdığı dəlilləri hər an görə bilməsidir. Mömin ətrafındakı hər incəlikdə Allahın qüdrətini və sənətini görər, ONU təsbeh edər və Allaha yaxınlaşmağa yol tapar. Möminlərin bu xüsusiyyətləri Quranda belə izah edilər:

“O kəslər ki, ayaq üstə olanda da, oturanda da, uzananda da Allahı xatırlar, göylərin və yerin yaradılması haqqında düşünər (və deyərlər): “Ey Rəbbimiz! Sən bunları boş yerə yaratmamısan! Sən pak və müqəddəssən! Bizi cəhənnəm odunun əzabından (Özün) qoru!” (Al-İmran Surəsi, 191)

Allah Quranın bir çox yerində "düşünməzsinizmi", "düşünənlər üçün dəlillər vardır" ifadələriylə təfəkkür etmənin əhəmiyyətini vurğulamaqdadır. Ayrıca üzərində düşünmək üçün Allah saysız dəlil yaratmışdır. Gördüyümüz, fərqinə vardığımız hər şey Allahın bir təcəllisi və dəlilidir. Bu səbəblə göylərdə, yerdə və bunların aralarında olan hər şey bir təfəkkür vəsiləsidir. Bir ayədə belə buyurular:

(Allah) onunla (o su ilə) sizin üçün əkin (taxıl, bitki), zeytun, xurma, üzüm və bütün (başqa) meyvələrdən yetişdirir. Düşünüb-daşınanlar üçün bunda (Allahın vəhdaniyyətini sübut edən) dəlillər vardır!. (Nəhl Surəsi, 11)

Ayədə "təfəkkür mövzusu" olaraq göstərilənlərin biri, məsələn xurma ağacı üzərində bir az düşünək. Ağac, bilindiyi kimi torpağa atılan bir toxumdan ortaya çıxar. Toxum kiçik (bir santimetr küp belə etməyən) bir cisimdir, amma necə olar naməlum, o toxumun içindən qısa müddət içində 4-5 metr uzunluğunda və yüzlərlə kilo ağırlığında nəhəng bir taxta kütləsi meydana gələr. Toxumun bu nəhəng taxta parçasını edərkən istifadə edə biləcəyi tək vəsait isə içinə basdırılmış olduğu torpaqdır.

Yaxşı amma toxum necə ağac çıxarmağı bilər? Necə olar da ətrafındakı torpağın içində lazımlı vəsaitləri təhlil edib bunları taxta toxuması meydana gətirmək üçün istifadə etməni "ağıl edə bilər"? Çıxardığı ağacın necə bir şəklə və quruluşa sahib olması lazım olduğunu necə təxmin edə bilər? Bu son sual xüsusilə əhəmiyyətlidir. Çünki toxumdan hər hansı bir taxta parçası çıxmamaqdadır. Toxum, içində damarlar olan, torpaqdakı maddələri istifadə etmək üçün lazım olan köklərə sahib və üst qisimi də budaqlara ayrılan son dərəcə yaxşı hazırlanmış bir canlı maddə çıxarmaqdadır. İnsan belə yaxşı bir ağac rəsmi çəkmək lazım olduğunda çətinlik çəkər; ağacın köklərindəki və budaqlarındakı detalları çəkmək çətin bir işdir çünki. Halbuki toxum, çəkmək belə dayansın, bu son dərəcə kompleks cisimi torpaqdakı vəsaitləri istifadə edərək sıfırdan çıxarmaqdadır.

Bu vəziyyətdə toxumun son dərəcə ağıllı bir varlıq olduğu nəticəsinə çatarıq. Daha doğrusu, toxumun içində son dərəcə təsir edici bir ağıl vardır. Yaxşı bu ağıl bu toxuma haradan, necə gəlmişdir? Necə olar da bir nüvə, belə bir ağla və yaddaşa sahib ola bilər?

Şübhəsiz bunun tək bir cavabı vardır: Allah toxumu ağac edə biləcək qabiliyyətlə yaratmış, bu əməliyyat üçün lazımlı məlumatlara sahib olacaq şəkildə proqramlaşdırmışdır. Torpağa atılan hər toxum, Allahın elmi ilə əhatə edilmişdir, ONun elmi ilə böyüyər. Bir ayədə bu həqiqət belə xəbər verilər:

Qeybin açarları (Allahın) yanındadır. Onları ancaq O (Allah) bilir. (Allah) suda və quruda nə varsa bilir. Yerə düşən elə bir yarpaq yoxdur ki, (Allah) onu bilməsin. Yerin zülmətləri içində elə bir toxum, (kainatda) yaş-quru elə bir şey yoxdur ki, açıq-aydın kitabda (lövhi-məhfuzda) olmasın!. (Ənam Surəsi, 59)

Toxumu yaradan da, torpağın içinə düşdüyündə onu yarıb içindən yeni bir bitkini çıxaran da Allahdır. Bu həqiqət Ənam Surəsində belə xəbər verilməkdədir:

Şübhəsiz ki, toxumu da, çəyirdəyi də cücərdib çatladan, ölüdən diri, diridən də ölü çıxardan (ölü yumurtadan diri toyuq, diri toyuqdan ölü yumurta yaradan) Allahdır. Budur Allah! Axı siz Ondan (haqq olan Allahdan) nə cür döndərilirsiniz? (Ənam Surəsi, 95)

Toxum, Allahın kainatda yaratdığı sonsuz saydakı "təfəkkür vəsaiti"ndən yəni "iman həqiqəti"ndən yalnız biridir. İnsan, ağlını əhatə edən qalın qəflət pərdəsini ayırar da, "necə", "niyə " kimi suallar soruşaraq düşünsə, bütün kainatın Allahın varlığının və gücünün dəlilləriylə dolu olduğunu rahatlıqla görə bilər.
(harun yahya Quran Əxlaqı)