ÜMİDSİZLİYƏ VƏ ŞEYTANIN MƏNFİ TƏBLİĞİNƏ FÜRSƏT VERMƏMƏK

Ümidsizlik iki cür ola bilər. Birincisi, insanın qarşılaşdığı çətinliklər qarşısında ümidsizliyə qapılmasıdır. Ancaq iman edən hər insan, Allahın qoruması altında icra edilən və Onun dəstəkləyəcəyini vəd etdiyi işlərdə bir mənfilik olmayacağını bilməlidir. Çünki Qurandakı ayələrdə, Allahın qəti bir şəkildə möminlərin dəstəkçisi olduğu və onları əsla inkarçılar qarşısında köməksiz buraxmayacağı xəbər verilməkdədir.

Ümidsizliyin ikinci növü isə, adamın etdiyi bir səhv ya da işlədiyi bir günah səbəbiylə öz imanından ümid kəsməsi, Allahın özünü bağışlamayacağına və artıq cəhənnəmlik olduğuna özünü inandırmasıdır. Halbuki bu tamamilə Qurana müxalif bir düşüncədir. Əksinə Allah Özünə səmimi bir şəkildə tövbə edənlərin bütün günahlarını bağışlayar. Allaha yönəlmək, Onun rəhmətinə sığınmaq üçün heç bir nöqtə "çox gec" deyil. Allah, Quranda qullarına belə səslənməkdədir:

(Ya Peyğəmbər! Mənim adımdan qullarıma) de: “Ey Mənim (günah törətməklə) özlərinə zülm etməkdə həddi aşmış bəndələrim! Allahın rəhmindən ümidsiz olmayın. Allah (tövbə etdikdə) bütün günahları bağışlayar. Həqiqətən, O bağışlayandır, rəhm edəndir!. (Zumər Surəsi, 53)

Ümidsizlik, şeytanın mömini Allah yolundan saxlamaq üçün verdiyi vəsvəsələrdən biridir. Şeytan bu yolla səhv edən bir möminin əhvalını pozmağa, edilən sadə səhvləri öz gözündə böyütməyə və onu daha da böyük səhvlərə sürüməyə çalışar. Hədəfi, mömini imanından və səmimiyyətindən şübhəyə salmaq, ona boş-boş işlər təklif etməkdir. Əgər insan şeytanın bu üsulundan təsirlənsə, gedərək imani bir zəifliyə düşər, səhv üstünə səhv etməyə başlar. "Bir dəfə səhv etdim, artıq dönüşü yox" deyə dilə gətirilən bir məntiq içərisində, gedərək daha da böyük günahlara süründürülər.

Mömin belə bir hissə qapıldığında dərhal Allaha sığınmalı, Quranın nuruyla düşünməli və şeytanın istədiyi bu qorxunc ruh halından çıxmalıdır. Bir ayədə, möminin göstərməsi lazım olan rəftar belə açıqlanar:

Əgər sənə Şeytandan (bu əmr olunduğun işləri yerinə yetirməmək məqsədilə) bir vəsvəsə gəlsə (fəsad toxunsa), Allaha sığın. Şübhəsiz ki, Allah (hər şeyi) eşidəndir, biləndir!. (Əraf Surəsi, 200)

Mömin, ixlaslı və səmimi olduqdan sonra səhv də etsə, bağışlanma dilədikdən sonra Allahın özünü bağışlamasını ümid edə bilər. Edilən səhv nə olursa olsun yenə də hər an tövbə edib vəziyyətini düzəldə bilər. Allah sonsuz rəhmət və ədalət sahibi ikən, möminlərə cənnəti və müvəffəqiyyəti vəd etmişkən ümidsizliyə qapılmaq, ancaq şeytanın bir hiyləsidir. Hz. Yaqubun Quranda bildirilən bu öyüdü, bütün möminlər üçün yol göstəricidir:

Oğullarım! Gedin Yusifdən və qardaşından (Bin Yamındən) bir xəbər bilin. Allahın mərhəmətindən ümidinizi kəsməyin. Allahın mərhəmətindən yalnız kafirlər ümidini üzər!”. (Yusuf Surəsi, 87)
(harun yahya Quran Əxlaqı)