BAĞIŞLANMA VƏ TÖVBƏ

Allahın Quranda ən çox təkrarlanan sifətlərindən ikisi, "Rəhman" və "Rəhm", yəni "əsirgəyən" və "bağışlayan" sifətləridir. Qullarına olan bu rəhmətindən ötəridir ki, Allah, insanları işlədikləri günahlar üzündən dərhal cəzalandırmaz:

Əgər Allah insanları zülmləri üzündən cəzalandırsaydı, yer üzündə heç bir canlını sağ buraxmazdı. Lakin (Allah) onlara müəyyən müddət (ömürlərinin sonunadək) möhlət verər. Əcəlləri gəlib çatdıqda isə (ondan) bircə saat belə nə geri qalar, nə də irəli keçə bilərlər.. (Nəhl Surəsi, 61)

Allah, insanların işlədiyi cgünahların cəzasını təxirə salmaqla, onlara bağışlanma diləmək və tövbə etmək üçün müddət verməkdədir. İnsan, nə cür böyük günahlar işləmiş olursa olsun, bunlardan ötəri Allahdan bağışlanma diləyə bilər və bir daha işləməməyi hədəfləyərək tövbə edə bilər. Allah, Quranda qullarını günahları üçün bağışlanma diləyib tövbə etməyə belə çağırmaqdadır:

Ayələrimizə iman gətirənlər yanına gəldikdə onlara de: “Sizə salam olsun! Rəbbiniz Özü-Özünə rəhmli olmağı yazmışdır (bəndələrinə qarşı rəhmli olmağı əzəldən Özü Özü üçün müəyyən etmişdir) ki, sizlərdən hər kəs pis iş görsə, sonra tövbə edib düzəlsə (Allah onun günahından keçər). Şübhəsiz ki, Allah bağışlayandır, rəhm edəndir!” (Ənam Surəsi, 54)

Bağışlanma, insanın bilərək ya da bilməyərək etdiyi bütün səhvlər, işlədiyi bütün günahlar üçün Allahın bağışlayıcılığına sığınmasıdır. Tövbə isə, işlənmiş olan müəyyən bir günah üçün edilər. Tövbə edən mömin, etdiyi bir səhvi ya da davam etdirdiyi bir rəftarı düzəltməyə qəti olaraq qərar verər və bir daha təkrarlamamaq üçün Allahdan güc və dəstək diləyər. Necə ki məqbul olan tövbə də, ardından hərəkəti düzəlmə ilə dəstəklənilən tövbədir:

Kim tövbə edər və saleh əməllərdə olsa, həqiqətən o, tövbəsi (və özü) qəbul edilmiş olaraq Allaha dönər. (Furqan Surəsi, 71)

İnsan tövbə edib, ancaq sonra yenə nəfsinə məğlub olaraq eyni günahı təkrar edir ola bilər. Bəlkə dəfələrlə tövbə edib, sonra bunların hamısını da pozmuş ola bilər. Amma bu, bir daha tövbə edə bilməyəcəyi mənasını verməz. Tövbə qapısı, insan həyatını davam etdirdiyi müddətcə açıqdır. Ancaq bilinməlidir ki, insanın ölümün kənarına gəlib, axirətdə başına gələcəkləri fərq edərək son anda tövbə etməsi qəbul edilməyə bilər. Allah Quranda belə buyurmaqdadır:

Allah yanında yalnız o kəslərin tövbəsi qəbul olunar ki, onlar nadanlıq ucundan pis bir iş gördükdən sonra dərhal tövbə edərlər. Allah belələrinin tövbəsini qəbul edir! Həqiqətən, Allah (hər şeyi) biləndir, hikmət sahibidir! Günah işlər görməkdə davam edərək ölüm yetişən anda: “Mən indi tövbə etdim” –deyənlərin və kafir olaraq ölənlərin tövbəsi qəbul olunmaz. Biz onlar üçün şiddətli bir əzab hazırlamışıq!. (Nisa Surəsi, 17-18)

Bir başqa ayədə, bütün iman edənlər bu qurtuluş yoluna belə çağırılmaqdadırlar:

"Mömin qadınlara de ki, gözlərini haram buyurulmuş şeylərdən çevirsinlər (naməhrəmə baxmasınlar), ayıb yerlərini (zinadan) qorusunlar (və ya örtülü saxlasınlar); öz-özlüyündə görünən (əl, üz) istisna olmaqla, zinətlərini (zinət yerləri olan boyun, boğaz, qol, ayaq və s. naməhrəmə) göstərməsinlər; baş örtüklərini yaxalarının üstünə çəksinlər (boyunları və sinələri görünməsin); zinət yerlərini ərlərindən, yaxud öz atalarından, yaxud ərlərinin atalarından (qayınatalarından), yaxud öz oğullarından, yaxud ərlərinin oğullarından, yaxud öz qardaşlarından, yaxud qardaşlarının oğullarından, yaxud bacılarının oğullarından, yaxud öz (müsəlman) qadınlarından, yaxud sahib olduqları (müşrik) cariyələrdən, yaxud kişiliyi qalmamış (onlarla birlikdə yemək yeyən) xidmətçilərdən, yaxud qadınların məhrəm yerlərini hələ anlamayan uşaqlardan başqasına göstərməsinlər; gizlətdikləri bəzək şeylərini (xalxallarını) göstərmək üçün ayaqlarını (yerə və ya bir-birinə) vurmasınlar. Ey möminlər! Hamınız Allaha tövbə edin ki, nicat tapasınız! (Mətləbinizə çatasınız!)." (Nur Surəsi, 31)
(harun yahya Quran Əxlaqı)