ÜRƏKDƏKİ NİYYƏTİ ALLAHIN BİLMƏSİ

İnkarçıların ən fundamental xüsusiyyətlərindən biri, səmimiyyətsiz olmalarıdır. Həm Allaha, həm digər insanlara, həm də özlərinə qarşı səmimiyyətsizdirlər. İnsanların üzünə qarşı mənfəət gərəyi çox isti davranarkən, içlərindən onlara qarşı çox asan kin və ya qısqanclıq bəsləyə bilməkdədirlər. Eyni ikiüzlülüyü özlərinə qarşı da edərlər; etdikləri səhvləri özləri də bildikləri halda şüuraltlarına buraxar və öz özlərini mükəmməl bir insan olduqlarına inandırarlar.

Bu səmimiyyətsizliyin təməlində, ürəklərindən keçən düşüncələrin kimsə tərəfindən bilinə bilməyəcəyi və dolayısilə bu düşüncələr səbəbiylə kimsə tərəfindən günahlandırıla bilməyəcəkləri inancı yatar. Bu inanc öz cəmiyyətləri içində doğrudur; kimsə kimsənin həqiqi düşüncələrini bilməz. Ancaq hesablamadıqları bir şey vardır; Allah, insanların zehinlərindən keçən bütün düşüncələri, hətta özlərinin belə fərqinə varmadıqları şüuraltılarını ən yaxşı şəkildə biləndir. Allahın gizli və ya açıq hər şeyi bilən olduğu ayələrdə belə bildirilməkdədir:

Göylərdə və yerdə olanların bütününü bilər; sizin gizli tutduqlarınızı da, aşkar etdiklərinizi də bilər. Allah, sinələrdə gizli dayananı biləndir. (Teğabun Surəsi, 4)

Sözünüzü istər gizləyin, istər aşkar edin. Şübhəsiz O, sinələrin özündə gizli dayananı biləndir. O, yaratdığını bilməzmi? O, Lətifdir; Habirdir. (Mülk Surəsi, 13-14)

Heç kim, Allahın məlumatı xaricində bir başqasıyla danışa bilməz, Allahın təqibindən qaça bilməz. Quranda bu həqiqət belə ifadə edilmişdir:

Allahın göylərdə və yerdə olanların bütününü həqiqətən bilməkdə olduğunu görmürsənmi? Pıçıldaşmaqda olan üç adamdan dördüncüləri mütləq Odur; beşin altıncısı da mütləq Odur. Bundan az və ya çox olsun, hər harada olsalar mütləq O, özləriylə bərabərdir. Sonra etdiklərini qiyamət günü özlərinə xəbər verəcək. Şübhəsiz Allah, hər şeyi biləndir. (Mübarizə Surəsi, 7)

Bu səbəbdən insanın Allahı aldatması heç bir şəkildə mümkün deyil. Allah, adamın etdiyi bütün hərəkətləri, ürəyindən keçən düşüncələri, hətta onun da tam olaraq bilmədiyi şüuraltını bilər. Bir ayədə belə bildirilər:

And olsun, insanı Biz yaratdıq və nəfsinin ona nə vəsvəsələr verməkdə olduğunu bilərik. Biz ona şahdamarından daha yaxınıq. (Qaf Surəsi, 16)

Bu vəziyyətdə insanın etməsi lazım olan şey, Allaha qarşı son dərəcə səmimi və boyun əyici olmaqdan başqa bir şey deyil. Allah insanın nə olduğunu bilərkən, Allaha qarşı özünü olduğundan üstün göstərməyə işin heç bir mənası yoxdur. İnsan, zəifliklərini, əskiklərini, qüsurlarını, imani zəifliklərini Allaha səmimi bir şəkildə açmalı və Ondan kömək istəməlidir.

Peyğəmbərlər, Allah ilə olan səmimi əlaqənin ən gözəl nümunələridir. Allaha "Rəbbim, mənə ölüləri necə diriltdiyini göstər" şəklində dua edən, Allah özünə "inanmırsanmı?" deyə soruşduqda da, "xeyir (inandım), ancaq ürəyimin təmin olması üçün" (Bəqərə Surəsi, 260) şəklində cavabı ilə Hz. İbrahim, bu mövzuda Quranda nümunə verilməkdədir. Eyni şəkildə, Allah özünə "Firona get" əmrini verdiyində, "Rəbbim, həqiqətən onlardan bir adam öldürdüm, məni öldürmələrindən qorxuram" (Qəsəs Surəsi, 33) deyərək Allahdan güc istəyən Hz. Musanın sözləri bir səmimiyyət nümunəsidir.

İnsan Allaha möhtac olduğunu qavramadan özünü güclü, təqva sahibi, cəsur görməyə çalışmaqla bu xüsusiyyətlərə qovuşmaz. Çünki "... insan zəif olaraq yaradılmışdır" (Nisa Surəsi, 28) və bu zəifliyi, Allaha möhtac olduğunu yaxşıca anlasın deyə vardır. Bu səbəblə, səmimi bir şəkildə Allaha yaxınlaşmalı, özündə gördüyü hər cür səhvi Ona açıb, Rəbbimizdən dəstək istəməlidir.
(harun yahya Quran Əxlaqı)