DÜNYA HƏYATININ KEÇİCİLİYİ

İnsan dünyaya keçici bir müddət üçün gəlmişdir. Burada həm sınanılacaq, həm öyrədiləcək, sonra da axirətdəki əbədi yurduna gedəcək. Dünyadakı nemətlər, gözəlliklər isə, cənnətdəki həqiqi nemətlərin çox əskik bir kopiyası olaraq, axirəti xatırlatmaq qəsdiylə yaradılmışlar. Ancaq inkarçılar bunu qavraya bilməz və əbədi sandıqları dünya həyatını varlıqlarının tək məqsədi halına gətirərlər. Bu isə tam mənasıyla bir aldanışdır. Çünki son dərəcə keçici, əskik və qüsurlu olan dünya nemətləri, əbədiyyətə və mükəmməlliyə istək duyan insanı təmindən çox uzaqdırlar. Allah dünyanın necə bir aldanış olduğunu bir ayədə belə bildirər:

(Ey insanlar!) Bilin ki, dünya həyatı oyun-oyuncaq, bər-bəzək, bir-birinizin qarşısında öyünmək və mal-dövləti, oğul-uşağı çoxaltmaqdan ibarətdir. Bu elə bir yağışa bənzəyir ki, onun yetişdirdiyi bitki (məhsul) əkinçilərin xoşuna gələr. Sonra o quruyar və sən onun saralıb-solduğunu, daha sonra çör-çöpə döndüyünü görərsən. (Dünya malına aldananları) axirətdə şiddətli əzab, (dünya malına uymayanları isə) Allahdan bağışlanma və razılıq gözləyir. Dünya həyatı aldanışdan (yalandan) başqa bir şey deyildir. (Hədid Surəsi, 20)

Həqiqətən də, qəflət içində yaşayan inkarçıların hamısı, üstdə sayılan bir neçə hədəfə (mal və uşaqlarda çoxalma ehtirası, öyünmə kimi) çatmağı məqsəd hesab edərək yaşayarlar. Al-İmran Surəsindəki ayələrdə, dünyadakı hiyləçi bəzəklər haqqında belə buyurulmaqdadır:

Qadınlar, uşaqlar, qızıl-gümüş yığınları, yaxşı cins atlar, mal-qara və əkin yerləri kimi nəfsin istədiyi və arzuladığı şeylər insanlara gözəl göstərilmişdir. (Lakin bütün) bunlar dünya həyatının keçici zövqüdür, gözəl dönüş yeri isə Allah yanındadır. (Ya Rəsulum!) Söylə: “Sizə bunlardan (dünya zinətlərindən) daha yaxşısını xəbər verimmi? Allahdan qorxub pis əməllərdən çəkinənlər üçün Rəbbi yanında (ağacları) altından çaylar axan cənnətlər (bağlar) vardır ki, orada əbədi qalacaqlar. Onlardan ötrü orada (hər cür eyibdən) pak olan zövcələr və (ən böyük nemət olan) Allah rizası (razılığı, hüsn-rəğbəti) vardır. Allah, həqiqətən, bəndələrini görəndir! (Al-İmran Surəsi, 14-15)

Dünya, axirətlə qarşılaşdırılmayacaq qədər sadə və dəyərsizdir. Bunu ifadə etmək üçün olacaq, Ərəbcədəki "dünya" sözü, "dar, sıxılmış, murdar yer " mənasından törəmişdir. İnsanlar dünya üzərində keçirəcəkləri 60-70 illik ömürü başda çox uzun və təmin edici sanarlar, halbuki çox qısa bir müddət sonra bu ömürün sonuna gəlir. Ölüm yaxınlaşdıqca da, yaşadıqları həyatın nə qədər qısa olduğunu daha yaxşı anlarlar. Məhşər (diriliş) günü isə, onlarla belə deyilər:

(Allah qiyamət günü kafirlərə) belə buyuracaqdır: “Yer üzündə neçə il qaldınız?” Onlar: “Bir gün, bir gündən də az, hər halda, sayanlardan (insanların əməllərini sayan mələklərdən) soruş!” – deyə cavab verəcəklər. Allah buyuracaq: “Əgər (həqiqəti) bilirsinizsə, siz (orada) çox az qaldınız! (Dünya həyatı axirət həyatı ilə müqayisədə olduqca qısadır). Yoxsa sizi əbəs yerə yaratdığımızı və (qiyamət günü dirilib haqq-hesab üçün) hüzurumuza qaytarılmayacağınızı güman edirdiniz?” (Muminun Surəsi, 112-115)

Allaha üsyan edərək dünya həyatına ehtirasla qapılmaq və axirəti göz ardı etmək, əbədi cəhənnəmlə cəzalandırılacaq bir günahdır. Allah, "Kitabın bir hissəsinə inanıb da bir hissəsini inkar edənlər" haqqında bu hökmü verər:

Bunlar, axirəti verib dünya həyatını satın alanlardır; bundan ötəri əzabları yüngülləşdirilməz və özlərinə kömək edilməz. (Bəqərə Surəsi, 86)

Başqa ayələrdə isə belə buyurulmaqdadır:

Bizimlə qarşılaşacaqlarına (qiyamət günü dirilib hüzurumuzda duracaqlarına, cəzamıza yetişəcəklərinə) ümid etməyənlərin, (axirətdən vaz keçərək) dünyanı bəyənib ona bel bağlayanların və ayələrimizdən qafil olanların - Məhz onların qazandıqları günahlara görə düşəcəkləri yer Cəhənnəmdir!. (Yunus Surəsi, 7-8)

Bəzi insanlar dünyanın Allahın yaratdığı keçici bir yurd olduğunu inkar edərlər. Dahası bu keçici yurdda Allahın yaratdığı bəzi nemətlərə Rəbbimizdən üz çevirərək ehtirasla bağlanar, bunlara sahiblənərlər. Belə bir insan, əlbəttə ki əzaba məhkumdur. Quranda, belələrinin vəziyyəti çox açıq ifadə edilmişdir. Ayələrdə belə hökm edilmişdir:

Kim (dünyada) azğınlıq etmişsə, Dünyanı (axirətdən) üstün tutmuşsa, Şübhəsiz ki, onun məskəni Cəhənnəmdir!. (Naziat Surəsi, 37-39)
(harun yahya Quran Əxlaqı)