MÜLKÜN HƏQİQİ SAHİBİ

İnsanların çəkdiyi ağrıların ya da bir-birlərinə etdikləri əziyyətlərin başlıca səbəblərindən biri, mülk döyüşüdür. Hətta cahiliyyə əxlaqını yaşayan insanların haradasa bütün həyatları, "mülk sahibi olma" ehtirasına dayanır. Bu kəslər davamlı daha çox mala sahib ola bilmək üçün məşğul olar, bu ehtirası həyatlarının ən böyük məqsədi halına gətirərlər.

Halbuki dünya həyatının təməlini meydana gətirən bu "çoxalma ehtirası" (Hədid Surəsi, 20), tam mənasıyla bir aldanışdır. Çünki dünyadakı bütün mülkün sahibi Allahdır. İnsanlar, "mal sahibi" olduqlarını sanmaqla özlərini aldadarlar. Sahib olduqlarını sandıqları şeyləri özləri yaratmamışlar, o şeyləri yaşatmağa gücləri çatmaz. Yox olmalarını da maneə törədə bilməzlər. Dahası, bir şeyə "sahib" olacaq bir vəziyyətləri yoxdur, çünki özləri bir başqa varlığın "mülkü"dürlər; "İnsanların sahibi" (Nas Surəsi, 2) olan Allahın idarəsi altındadırlar.

Quranda, bütün varlıqların, özlərini yaratmış olan Allahın mülkü olduğu belə xəbər verilər: "Göylərdə, yerdə, bu ikisinin arasında və nəmli torpağın altında olanların bütünü ONundur". (Taha Surəsi, 6) Bir başqa ayədə isə belə deyilir: "Göylərin və yerin mülkünün Allaha aid olduğunu bilmirsənmi? O, kimi diləsə əzablandırar, kimi diləsə bağışlayar. Allah, hər şeyə güc çatdırandır. (Maidə Surəsi, 40)

Allah, sahib olduqları malları insanlara dünya həyatında "əmanət" olaraq vermişdir. Bu əmanət, müəyyən bir vaxta qədərdir və əlbəttə günü gəldiyində hesabı soruşulacaq.

İnsana soruşulacaq olan hesab, özünə "əmanət" olaraq verilən mülkü necə və hansı məntiqlə istifadə etdiyidir. Əgər o mülkü özünün saymış, sahiblənmiş və o mülkü necə istifadə etməsi lazım olduğunu özünə izah edən rəsullara qarşı "Mallarımız mövzusunda dilədiyimiz kimi davranmaqdan imtina etməmizi sənin namazınmı əmr edir?" (Hud Surəsi, 87) deyə cavab vermişsə, böyük bir əzaba düçar olar. Quranda, bu kəslərin başına gələcəklər belə xəbər verilmişdir:

Allahın, bol lütfkarlığından özlərinə verdiyi şeylərdə xəsislik edənlər, bunun özləri üçün xeyirli olduğunu sanmasınlar. Xeyir; bu, onlar üçün şərdir; qiyamət günü, xəsislik etdikləriylə boyunduruqlandırılacaqlar. Göylərin və yerin mirası Allahındır. Allah etdiklərinizdən xəbəri olandır. (Al-İmran Surəsi, 180)

Ayədə ifadə edildiyi kimi, Allahın bol lütfkarlığından insanlara verilən mallar, o insanlar tərəfindən "xəsislik" etmədən xərclənməsi üçündür. İnsan, malı sahiblənib onu mühafizə etməyə çalışmaq yerinə, malın həqiqi sahibinin Allah olduğunu bilmək və malı Rəbbimizin əmr etdiyi şəkildə xərcləməklə öhdəçiliklidir. Özünə əmanət verilən mallardan, öz ehtiyacları üçün lazımlı olan məqbul bir qisimini istifadə edəcək, "ehtiyacdan artıq qalanı" (Bəqərə Surəsi, 219) isə Allah yolunda xərcləyəcək. Əgər Allah yolunda xərcləmək yerinə, bu malları "yığmağa" qalxsa, onları sahiblənmiş olar. Bunun axirətdəki cəzası isə çox ağırdır. Bu kəslər haqqında Allah Quranda belə buyurmaqdadır:

... Qızılı və gümüşü yığıb da Allah yolunda xərcləməyənlər... Onlara acı bir əzabı müjdələ. Bunların üzərlərinin cəhənnəm alovundan örtüləcəyi gün, onların alınları, yanları və kürəkləri bunlarla dağlanılacaq (və "İşdə bu, özünüz üçün yığıb istədiklərinizdir; yığıb istədiklərinizi dadın" (deyiləcək). (Tövbə Surəsi, 34-35)

İslamda "iqtisad" vardır, amma "malı yığma" yoxdur. Möminlər, yığılacaq mallara deyil yalnız Allaha güvənərlər. Allah da bu təvəkküllərinə qarşılıq onların bərəkətini artırar. İnfak etdikləri (Allah yolunda xərclədikləri) mallara qarşılıq, onlara çox daha çoxunu verər. Ancaq onlar bunu da infak edərlər, Allah nemətini daha da artırar. Bir ayədə, infakın bərəkəti belə ifadə edilər:

Mallarını Allah yolunda sərf edənlərin halı yeddi sünbül verən bir toxuma bənzər ki, bu sünbüllərin hər birində yüz ədəd dən vardır. Allah istədiyi kimsə üçün bunu qat-qat artırır. Allah (lütfü ilə) genişdir. (Bəqərə Surəsi, 261)

Malı sahiblənən və onu xeyir yolunda xərcləməyib yığanın vəziyyəti isə belə izah edilər:

O kimsə ki, mal yığıb onu dönə-dönə sayar (çoxaldar). Və elə zənn edər ki, mal-dövləti onu əbədi yaşadacaqdır. Xeyir! (Heç də onun güman etdiyi kimi deyildir). O mütləq (Cəhənnəmin alt mərtəbələrindən biri olan) Hütəməyə atılacaqdır! Sən nə bilirsən (haradan bilirsən) ki, Hütəmə nədir?! O, Allahın yanar odudur. (Huməzə Surəsi, 2-6)
(harun yahya Quran Əxlaqı)