ALLAH KİMSƏYƏ QALDIRA BİLMƏYƏCƏYİ YÜKÜ VERMƏZ

Cahiliyyə cəmiyyətindəki insanların bir hissəsi, din əxlaqını tətbiqin özlərinə çətin gəldiyini və bu səbəblə dindənkənar bir həyat sürdüklərini iddia edərlər. Beləcə Allaha qarşı olan nankorluqlarını özlərincə qanuniləşdirməyi, günahlarını yüngülləşdirməyi ümid edərlər. Halbuki yalnız özlərini aldatmaqdadırlar. Çünki Allah, kimsəyə qaldıracağından daha ağır bir məsuliyyət yükləməz. Allah Bəqərə Surəsində belə buyurmaqdadır:

Allah hər kəsi yalnız qüvvəsi yetdiyi qədər yükləyər (bir işə mükəlləf edər). Hər kəsin qazandığı yaxşı əməl də, pis əməl də özünə aiddir. (Möminlər deyirlər: ) “Ey Rəbbimiz, (bəzi tapşırıqlarını) unutduqda və ya yanıldıqda bizi cəzalandırma! Ey Rəbbimiz, bizdən əvvəlkiləri yüklədiyin kimi, bizi ağır yükləmə! Ey Rəbbimiz, gücümüz çatmayan şeyi bizə yükləyib daşıtdırma! Bizi əfv edib bağışla, bizə rəhm et! Sən bizim ixtiyar sahibimizsən (mövlamızsan). Kafirlərə qələbə çalmaqda bizə kömək et!” (Bəqərə Surəsi, 286)

Bir başqa ayədə isə, Allahın bizə seçib bəyəndiyi dinin Hz. İbrahimin dini kimi asan olduğu ifadə edilər:

(Ey möminlər!) Allah yolunda layiqincə cihad edin. O (Öz dini üçün) sizi seçdi və dində sizin üçün heç bir çətinlik yeri qoymadı – atanız İbrahimin dini (dinində olduğu) kimi. (Ey Muhəmməd ümməti!) Allah bundan (Quran nazil olmamışdan) əvvəl də, bunda (Quranda) da sizə müsəlman adını verdi ki, (qiyamət günü) Peyğəmbər (dinin təbliği, sizin ona iman gətirməyiniz, itaət etməyiniz barədə) sizə, siz də (əvvəlki peyğəmbərlərin Allahın hökmlərini öz ümmətlərinə çatdırdıqları halda) insanlara şahid olasınız. Elə isə (vaxtlı-vaxtında) namaz qılın, zəkat verin və Allaha sığının. (Allah) sizin ixtiyar sahibinizdir. O nə yaxşı ixtiyar sahibi, necə də gözəl imdada yetəndir! (Həcc Surəsi, 78)

Həqiqət beləikən, insanın din əxlaqını tətbiqin çətin olduğunu, istədiyi halda bunu edə bilmədiyini iddia etməsi, şübhəsiz bir səmimiyyətsizlikdir. Bu iddiayla da adam heç kimi aldada bilməz; ancaq öz özünü aldatmış olar.
(harun yahya Quran Əxlaqı)