İNKARÇILARA SEVGİ GÖSTƏRMƏMƏK

İnsanın Quran əxlaqını haqqıyla yaşaya bilməsi üçün, cahiliyyə cəmiyyətinin bütün ön fikirlərindən, batil inanclarından və dəyər mühakimələrindən tamamilə qopması lazımdır. Tərk edilməsi lazım olan anlayışların başında da, cahiliyyənin sevgi anlayışı gəlir.

Cahiliyyədə sevgi mənfəət üzərinə quruludur. İnsan bir başqa insanı özünə mənfəət təmin etdiyi, özünə baxdığı ya da heç olmasa yaxşı davrandığı üçün sevər. Sevginin bir başqa ölçüsü isə qan bağıdır; insanlar öz ailələrindən, sülalələrindən, "tayfa"larından hətta bəzən millətlərindən olan başqa insanları sırf aralarındakı qan bağı səbəbiylə sevərlər.

Halbuki mömin üçün sevginin meyarı bunlar deyil. Çünki o, hər şeydən çox olaraq Allahı sevməkdədir. Bu, Quranda belə açıqlanar:

İnsanların içərisində Allahdan qeyrilərini (Allaha) şərik qoşub, onları Allahı sevən kimi sevənlər də vardır. Halbuki iman gətirənlərin Allaha məhəbbəti daha qüvvətlidir. Əgər (özlərinə) zülm edənlərin vaxtında görəcəkləri əzabdan xəbərləri olsaydı, onlar bütün (qüvvət və) qüdrətin Allaha məxsus olduğunu və Allahın əzabının şiddətli olacağını bilərdilər. (Bəqərə Surəsi, 165)

Allahı hər şeyin üstündə tutan mömin, digər insanları da Allaha olan yaxınlıqlarına görə sevər ya da Allaha olan nankorluqlarına görə onlardan uzaqlaşar. Allaha nankorluq edən, ONun dininə düşmən olan insanlar özünə çox yaxın olsalar da heç bir şey dəyişməz. Quranda möminlərin bu xüsusiyyəti belə izah edilər:

(Ya Peyğəmbər!) Allaha və axirət gününə inanan heç bir tayfanın Allah və Onun Peyğəmbəri əleyhinə çıxanlarla – öz ataları, oğulları, qardaşları, yaxın qohumları olsalar belə - dostluq etdiyini görməzsən. Onlar elə kimsələrdir ki, Allah onların qəlblərinə iman yazmış və Öz dərgahından onlara ruh (güc) vermişdir (iman, hidayət nuru əta etmişdir). (Allah) onları (ağacları) altından çaylar axan cənnətlərə daxil edəcəkdir. Onlar orada əbədi qalacaqlar. Allah onlardan, onlar da Allahdan razıdırlar. Onlar Allahın firqəsidirlər (Allahın dininə kömək edən kimsələrdir). Bilin ki, Allahın firqəsi məhz onlar nicat tapıb (əbədi) səadətə qovuşanlardır. (Mübarizə Surəsi, 22)

İnkarçılara qarşı az da olsa sevgi bəsləmək isə, Allahın razılığına zidd bir hərəkətdir və əsla möminə yaraşmaz. Quranda, bu mövzuda möminlər bu şəkildə xəbərdar edilməkdədirlər:

Ey iman gətirənlər! Nə mənim düşmənimi, nə də özünüzün düşmənini dost (vəli) tutun! Onlar (kafirlər) sizə gələn haqqı (Quranı, Muhəmməd əleyhissəlamı) inkar etdikləri halda, siz onlarla dostluq edirsiniz (mehribanlıq göstərirsiniz). Siz Rəbbiniz olan Allaha iman gətirdiyiniz üçün onlar Peyğəmbəri və sizi (Məkkədən) çıxardırdılar. Əgər siz Mənim yolumda və Mənim rizamı qazanmaq uğrunda cihada çıxmısınızsa (Mənim düşmənlərimi dost tutmayın). Siz onlarla gizlində dostluq edirsiniz (dostluq üzündən onlara sirr verirsiniz). Mən sizin gizli saxladığınız və aşkar etdiyiniz hər şeyi (bütün gizli və aşkar əməllərinizi) bilirəm. Sizdən kim (bir daha) bunu etsə (düşmənlərlə dostluq edib onlara sirr versə), o, şübhəsiz ki, haqq yoldan azmışdır!. (Mumtəhinə Surəsi, 1)

Hz. İbrahim və qövmünün rəftarı, bütün möminlər üçün mükəmməl bir nümunədir:

İbrahim və onunla birlikdə olanlar (möminlər) sizin üçün gözəl örnəkdir. O zaman onlar öz qövmünə belə demişdilər: “Şübhəsiz ki, bizim sizinlə və sizin Allahdan başqa ibadət etdiklərinizlə (bütlərlə) heç bir əlaqəmiz yoxdur. Biz sizi (dininizi) inkar edirik. Siz bir olan Allaha iman gətirməyincə bizimlə sizin aranızda həmişə ədavət və nifrət olacaqdır!” Ancaq İbrahim öz atasına: “Mən (öz Rəbbimdən) mütləq sənin bağışlanmağını diləyəcəm. Mən heç vəchlə səni Allahdan (Allahın əzabından) qurtara bilmərəm (mənim bacardığım yalnız budur)!” – deməsi istisnadır (bunda sizin üçün örnək yoxdur). (Onlar həmçinin belə demişdilər “Ey Rəbbimiz! Biz ancaq Sənə təvəkkül etdik, tövbə edib ancaq Sənə tərəf qayıtdıq. Axır dönüş də ancaq Sənin hüzurunadır. (Mumtəhinə Surəsi, 4)
(harun yahya Quran Əxlaqı)