HEÇ BİR ŞEYİ ALLAHdan, ELÇİSİNDƏN VƏ MÜBARİZƏDƏN ÜSTÜN GÖRMƏMƏK

Möminin öhdəçiliyi, bütün həyatı boyunca Allaha qulluq etməkdir. Allaha qulluq etmək xaricində başqa hər hansı bir məntiq üzərinə qurulmuş olan bir həyat, Allahı inkar etmək ya da ONA ortaq qoşmaq mənasını verər ki bu davranışın sonu cəhənnəm ola bilər.

Bir başqa deyişlə, dünya həyatının bütünü, mömin üçün bir vasitə olmalıdır. Həyatın hər parçasını, Allaha yaxınlaşmaq və din əxlaqını yaşamaq üçün bir vəsilə olaraq görməlidir. Əgər vasitə məqsəd halına gəlirsə, ki inkarçıların etdiyi budur, o halda ortada böyük bir təhlükə var deməkdir.

Qulluq etməkdən başqa bir məqsəd üçün yaşamayan mömin, dünyadan çoxdan imtina etmişdir. Allah, bu vəziyyəti belə açıqlayar:

Allah, şübhəsiz ki, Allah yolunda vuruşub öldürən və öldürülən möminlərin canlarını və mallarını Tövratda, İncildə və Quranda haqq olaraq vəd edilmiş Cənnət müqabilində satın almışdır. Allahdan daha çox əhdə vəfa edən kimdir? Etdiyiniz sövdəyə görə sevinin. Bu, böyük qurtuluşdur (uğurdur)! (Tövbə Surəsi, 111)

Möminlər mallarını və canlarını Allaha həsr etmişlər. Bu səbəbdən, malları ya da canları üzərində hər hansı bir qənaətləri ola bilməz. Allah nəyi əmr etsə, onu şövqlə edərlər. Allah bir nemət versə, onu istifadə edər və Rəbbimizə şükür edərlər.

Belə bir mömin, heç bir fədakarlıqdan qaçınmaz və dünya üzərindəki heç bir şey də onu mübarizədən saxlayıb əyləndirə bilməz. Allahın əmrini yerinə yetirmək üçün dünyanın ən gözəl nemətlərini buraxıb bir anda özünü ölüm təhlükəsinin içinə ata bilər. Əksinə bir rəftar isə, insanın malını və canını satmadığını, hələ onları sahibləndiyini göstərər ki, sonu hüsrandır. Allah bu hökmü verər:

(Ya Rəsulum!) De: “Əgər atalarınız, oğullarınız, qardaşlarınız, övrətləriniz, qəbiləniz (qohumlarınız), qazandığınız mallar, kasad olmasından qorxduğunuz ticarət, xoşunuza gələn məskənklər sizə Allahdan, Onun Peyğəmbərindən və Allah yolunda cihaddan daha əzizdirsə, Allahın əmri (əzabı) gəlincəyə qədər gözləyin. Allah fasiqləri doğru yola yönəltməz! (Tövbə Surəsi, 24)

Bu iman və bu şüur Peyğəmbər Əfəndimiz (s.ə.s.)a tabe olan səhabələrdə o qədər güclü idi ki, döyüşə getməkdən çəkinmək bir tərəfə dayansın, Peyğəmbərimiz (s.ə.s.)in yanında döyüşə gedə bilmək üçün hər yolu sınayan, getmək imkanı olmadığında isə kədərindən ağlayanlar vardı. Allah, bu saleh möminlərlə mübarizədən qaçan kəslər arasındakı fərqi belə xəbər verər:

Allaha və Onun Peyğəmbərinə sadiq qalmaq (heç bir pisliyə meyl etməmək) şərtilə, acizlərə (qocalara və anadan gəlmə zəiflərə), xəstələrə və (cihad yolunda) sərf etməyə bir şey tapa bilməyənlərə (cihadda öz xərcini təmin etməyə qadir olmayanlara döyüşə getməməkdə) heç bir günah yoxdur. Yaxşı işlər görənləri də (üzrlü səbəbə görə evdə qaldıqda) məzəmmət etməyə heç bir əsas (lüzum) yoxdur. Allah bağışlayandır, rəhm edəndir!

(Döyüşə getməyə minikdən ötrü) yanına gəldikdə: “Sizin minməyiniz üçün bir heyvan tapmıram”, - deyərkən (cihad yolunda) sərf etməyə bir şey tapa bilmədikləri üçün kədərdən gözlərindən yaş axa-axa geri dönənlərdə heç bir günah yoxdur!

Ancaq varlı olduqları halda (döyüşə getməmək üçün) səndən izin istəyənlər məzəmmətə layiqdirlər. Onlar (cihada getməyib) arxada qalanlarla (qadınlar və uşaqlarla) bir yerdə qalmağa razı oldular. Allah onların ürəklərini (qazandıqları günaha görə) möhürləmişdir. Buna görə də onlar (başlarına gələcək müsibəti) bilməzlər! (Tövbə Surəsi, 91-93)
(harun yahya Quran Əxlaqı)