BOŞALMAMA, KƏDƏRLƏNMƏMƏ, HÜZNƏ QAPILMAMA

Mömin, Allah yolunda uzun və çətinlikli bir mübarizə icra edər. Qarşısında çox dəfə özündən texniki olaraq daha güclü, daha izdihamlı görünən kəslər vardır. Ancaq yenə də Allah, Quranın yolunu izlədikləri müddətcə, bu kəslərə qarşı möminləri üstün edər.

Bu müvəffəqiyyətin sirlərindən biri, möminlərin əsla boşalmadan, şövq və həyəcanla mübarizələrini davam etdirmələridir. İnkarçılar isə belə ola bilməzlər; dünyaya olan bağlılıqları, qorxuları, zəiflikləri, inancsızlıqları səbəbiylə, bir çətinlik qarşısında əhvalları pozular və boşalarlar. Möminlər isə Allahın ayələrində bildirdiyi üzrə qəti qalib olacaqlarını bilmənin verdiyi şövqlə və Allahın ürəklərini sağlamlaştırması sayəsində, zəifliyə qapılmazlar. Quranda, iman edənlərin bu xüsusiyyəti belə izah edilər:

Neçə-neçə peyğəmbər bir yığın allahpərəstlə (Allah adamı ilə) birlikdə (düşmənə qarşı) vuruşmuşlar. Lakin onlar Allah yolunda çəkdikləri müsibətlərə görə nə zəiflik, nə acizlik göstərmiş, nə də (kafirlərə) boyun əymişlər. Allah səbr edənləri sevər! (Al-İmran Surəsi, 146)

Ancaq üstdəki ayədən də aydın olduğu kimi, möminlərin də zəifliyə qapılmamaq, mübarizə əzmini dəstək olmaq üçün Allaha dua etmələri lazımdır. Çünki nəfs, insanı zəifliyə sürüməyə çox meyllidir. Şeytan da bir tərəfdən davamlı pıçıldadığı vəsvəsələrlə eyni məqsəd üçün çalışar. Mömin birliyinin arasına girmiş olan ikiüzlü münafiqlər də, uyğun mühit tapdıqlarında, eyni təlqinlərdə olarlar. Məsələn döyüş əsnasında Peyğəmbərimiz (s.ə.s.)in səhabələrinə O zaman onlardan bir tayfa: “Ey Yəsrib (Mədinə) əhli. (Burada) sizin üçün duracaq bir yer yoxdur, (evinizə) qayıdın!” – demişdi. Başqa bir dəstə isə: “Evlərimiz açıqdır (kimsəsizdir, oğru girməsindən qorxuruq)” – deyə (geri qayıtmaq üçün) Peyğəmbərdən izin istəyirdi. Həqiqətdə evləri açıq (kimsəsiz) deyildi. Onlar ancaq (döyüşdən) qaçmaq istəyirdilər. (Azhab Surəsi, 13) deyənlər kimi, ümidsizlik və təxribat yaratmağa çalışarlar. Allah da bütün bu mənfi faktorlara qarşı möminləri xəbərdar edər: (Ya Rəsulum!) Sən (çətinliklərə, əziyyətlərə) səbr et. Şübhəsiz ki, Allahın (sənə verdiyi zəfər) vədi haqdır. Qoy (axirətə) qəti inanmayanlar səni etinasızlığa sövq etməsinlər. (Səni yüngül hesab edib yerindən oynatmasınlar, səbirsizliyə, səbatsızlığa sövq edərək öz fikrindən və amalından döndərib risaləti təbliğ etməkdən daşındıra bilməsinlər!) (Rum Surəsi, 60) demişlər.

Mömin, Quran ayələrini ölçü alar, yalnız özündən məsul olduğunu bilir ve başqalarının zəif davranması ona təsir etməz. Qarşı tərəfin gücü də onu heç bir şəkildə qorxdurmaz. Bütün həyatı Allah üçündür və dolayısilə sonuna qədər də Allah rizası üçün ibadət etməyi davam etdirər. Allah ayələrində belə hökm etməkdədir:

(Ühüd müharibəsində baş vermiş bəzi hadisələrə görə) ruhdan düşməyin və qəmgin olmayın. Halbuki, əgər möminsinizsə, siz (Allah yanında inanmayanlardan) çox yüksəkdə durursunuz! (Al-İmran Surəsi, 139)

(Kafir) qövmü təqib etməkdə (ey müsəlmanlar!) zəiflik göstərməyin! Əgər siz (yaralarınızdan və səfərin çətinliklərindən) əziyyət çəkirsinizsə, onlar da sizin kimi əziyyət çəkirlər. Halbuki siz onların ummadıqlarını Allahdan umursunuz. Allah (hər şeyi) biləndir, hikmət sahibidir! (Nisa Surəsi, 104)
(harun yahya Quran Əxlaqı)