NAMAZDA HUŞU

Namaz insanın Allaha qulluq etdiyinin ən açıq ifadəsi olaraq böyük bir əhəmiyyət daşımaqdadır. İnsanı Allah qarşısında səcdəyə çatdıran bu ibadət Müsəlmanlıq əlamətidir.

Nə var ki bəzi insanların namaz qılmalarındakı məqsəd fərqlidir. Söz mövzusu kəslər bu ibadətlərini yerinə yetirərkən yalnız Allahın məmnuniyyətini qazanmaq məqsədində deyildirlər. Ayələrdə bu kəslərin ruh halı belə açıqlanar:

Vay halına o namaz qılanların ki, Onlar öz namazlarından qafildirlər (səhlənkarlıqları üzündən namazlarını vaxtlı-vaxtında qılmazlar); Onlar (namazlarında) riyakarlıq edər, (Maun Surəsi, 4-6)

Ayələrdə bildirildiyi üzrə bəzi insanlar namazı başqalarına "Müsəlman" olduqlarını göstərmək üçün qılmaqdadırlar və dolaysıilə savab qazanmaq bir tərəfə, böyük bir günah içinə düşməkdədirlər.

Namaz kimi əhəmiyyətli bir ibadəti Allah Qatında məqbul hala gətirən şey isə, edən adamın Allahın qarşısında səcdə etdiyini, ONA boyun əydiyini bilməsi və yalnız bu məqsədi daşımasıdır. Bu səbəblədir ki Allah, möminlərə "... Allaha könüldən boyun əyicilər olaraq (namaza) durun" (Bəqərə Surəsi, 238) əmrini verər.

Bir başqa ayədə isə möminlər belə təsvir edilər: "Onlar namazlarında huşu içində olanlardır". (Muminun Surəsi, 2) Huşu, "hörmət dolu bir qorxu, yumşalma, dərin bir hörmət" mənasını verməkdədir. Bu vaxt, Ərəbcədə hər ikisi də "qorxu" mənasını verən "huşu" və "havf" sözlərinin arasındakı incə fərqə də diqqət yetirmək lazımdır: Havf, sadə bir qorxudur. Quranda inkar edənlər və heyvanlar üçün istifadə edilər. Möminlərin Allaha qarşı duyduqları qorxu isə, ağlın və vicdanın bir nəticəsi olaraq ortaya çıxan və hörmət dolu, içli bir qorxunu ifadə edən "huşu" sözüdür. Namaz isə, ancaq huşu içində qılındığı zaman məqbul olar.

Belə bir namaz, insanın Allaha olan yaxınlığını və təqvasını artırar. İnsana mənən dəstək olar. Bir ayədə belə buyurulmaqdadır:

(Ya Rəsulum!) Quranda sənə vəhy olunanı oxu və (vaxtı-vaxtında) namaz qıl. Həqiqətən, namaz (insanı) çirkin və pis əməllərdən çəkindirər. Allahı zikr etmək (Allahın cəlalını və əzəmətini həmişə, hər yerdə yada salmaq), şübhəsiz ki, (savab etibarilə bütün başqa ibadətlərdən) daha böyükdür. Allah nə etdiklərinizi (bütün yaxşı və pis əməllərinizi) bilir! (Ənkəbut Surəsi, 45)
(harun yahya Quran Əxlaqı)