AYƏLƏRİ VƏ HİKMƏTİ AĞILDA TUTMAQ

Müzzəmmil Surəsi 73-cü ayəsində bildirildiyi kimi gün boyunca möminlər üçün uzun işlər vardır.

İman edən bir insan etdiyi iş nə olursa olsun Allahla olan əlaqəsini itirməz. Quranda özünə nəsihət edilən əxlaqı göz ardı etməz. Bir ayədə iman edənlərin bu xüsusiyyəti belə izah edilər:

O kəslər ki, nə ticarət, nə alış-veriş onları Allahı zikr etməkdən, namaz qılmaqdan və zəkat verməkdən yayındırmaz. Onlar qəlblərin və gözlərin haldan-hala düşəcəyi (dəhşətdən ürəklərin duymaqdan, gözlərin görməkdən qalacağı) bir gündən (qiyamət günüdən) qorxarlar. (Nur Surəsi, 37)

Bu xüsusiyyətin əhəmiyyətli bir parçası isə, Allahın ayələrini ağılda tutmaq, Quranın hikmətini əsla unutmamaqdır. Ayədə, peyğəmbər yoldaşlarına verilən "Evlərinizdə oxunmaqda olan Allahın ayələrini və hikməti xatırlayın. Şübhəsiz Allah, lətifdir, xəbərdar olandır." (Azhap Surəsi, 34) əmri, şübhəsiz bütün möminlər üçün yol göstəricidir. Mömin, Allahın ayələrini düşündüyü müddətcə, xarici dünyada bunların təcəllilərini görəcək və Allaha daha çox yaxınlaşacaq.
(harun yahya Quran Əxlaqı)