BOŞ VƏ FAYDASIZ ŞEYLƏRDƏN ÜZ ÇEVİRMƏK

Möminin ürəyi, boş və faydasız şeylərə maraq duymaz və bu cür şeylərlə təmin olmaz. İnkar edənlər üçün çox böyük əhəmiyyət daşıyan dünya işləriylə möminlər, Allah rizası üçün lazım olduğu qədər maraqlanarlar. Bu səbəblədir ki Quranda, möminlər, "Onlar, 'tamamilə boş' şeylərdən üz çevirənlərdir" (Muminun Surəsi, 3) deyə təsvir edilər.

Ayədə, möminin boş və faydasız bir danışma və ya hadisəylə qarşılaşdığında bundan üz çevirib, özünü faydalı bir işə verməsi lazım olduğu vurğulanmışdır. Bu, hər vaxt Allahın razılığına ən uyğun rəftardır. Möminin bunu etməsi üçün özünü heç boş buraxmaması, davamlı diqqətli və nə etdiyini bilən bir tutum içində olması lazımlıdır. Sadə insanlarla sadə müzakirələrə girmək, dinin mənfəətləri xaricində hər hansı bir mövzunun mübarizəsini vermək möminə yaraşmaz. Quranda, nümunə mömin rəftarı belə təsvir edilər:

Onlar boş (yersiz) bir söz eşitdikləri zaman ondan üz çevirib: “Bizim əməllərimiz bizə, sizin əməlləriniz də sizə aiddir. (Hərə öz əməlinə cavabdehdir). Sizə salam olsun! (Salamat qalın. Bizimki bizdə, sizinki də sizdə!) Biz cahilləri (cahillərlə yoldaşlıq etmək, onların söz-söhbətinə qulaq asmaq, sonra da onlarla çənə-boğaz olmaq) istəmirik!” – deyirlər. (Qəsəs Surəsi, 55)

O kəslər ki, yalan yerə şahidlik etməz, faydasız bir şeylə rastlaşdıqları (lağlağı bir söhbət eşitdikləri) zaman onlardan üz çevirib vüqarla keçər (özünü ləyaqətlə aparıb onlara əhəmiyyət verməz); (Furqan Surəsi, 72)

Mömin bir işi bitirdiyi zaman da, heç dayanmadan başqa bir işlə məşğul olmağa başlamalıdır. "(Ya Peyğəmbər!) Elə ki (risaləti təbliğ etməkdən və ya dünya işlərindən) azad oldun, qalx (dua et)! (Axirət üçün çalış-vuruş!) Və ancaq Rəbbinə yalvar! (Üzünü Allaha çevirib yalnız Onun köməyinə bel bağla, Ona tərəf yönəl !) (İnşirah Surəsi, 7-8)
(harun yahya Quran Əxlaqı)