ORTA YOLDA OLMAQ

Möminin orta yolda olması əvvəlcə həddi aşmayaraq yalnız halal dairəsi içində hərəkət etməsini ifadə edər. Bu, ilk baxışda texniki bir çəkinmə kimi görünsə də, həqiqətdə tutarlı bir ruh halını tələb edir. Çünki mömin bəzən cahiliyyə əxlaqını yaşayan kəslərin arasına girəcək, onlarla həmsöhbət olacaq. Cahiliyyənin hakim olduğu mühitlərdə lazım olan davranışları göstərməsi və özünü cahiliyyə mədəniyyətinin təsirinə buraxmaması, ölçülü və yetkin davranması lazımdır.

Əlbəttə yalnız cahiliyyə mühitlərində deyil, möminlər arasında da incə düşüncəni və orta yolu tələb edən vəziyyətlər vardır.

İman edən bir insan hər an ağlını istifadə edərək, həddindən artıq və iti hərəkətlərdən uzaq dayanması lazım olduğunu bilər. Hadisələr qarşısında həyəcanlanmayan, heç bir zaman soyuqqanlılığını itirməyən bir xarakterə sahib olmaq üçün diqqət sərf edər. İmanın verdiyi orta yol ilə ağıldan uzaqlaşmayan, ani kədər ya da sevinclərə qapılmayan bir xarakter inkişaf etdirər və bu mövzudakı dayanıqlılığını hər hərəkətində göstərər. İman edənlərin söz mövzusu balanslı və sabit ruh halları bir çox ayədə təsvir edilmişdir. Bunlardan bəziləri belədir:

Yer üzündə baş verən və sizin öz başınıza gələn elə bir müsibət yoxdur ki, Biz onu yaratmamışdan əvvəl o, bir kitabda (lövhi-məhfuzda) yazılmamış olsun. Bu, Allah üçün çox asandır! Bu sizin əlinizdən çıxana kədərlənməməyiniz və sizə də verilənə sevinib qürrələnməməyiniz üçündür. Allah özünü bəyənən, (özü ilə) fəxr edən heç bir kəsi sevməz! (Hədid Surəsi, 22-23)
(harun yahya Quran Əxlaqı)