İNSANIN MƏLƏK ŞAHİDLƏRİ

Bir çox insan, başqa insanlar tərəfindən görülmədiyi zamanlarda, tamamilə "tək başına" qaldığını düşünər. Halbuki bu bir yanılmadır. Çünki Allah hər vaxt onun yanındadır və etdiyi hər şeyi görməkdə və eşitməkdədir. Allahın, insanın etdiyi bütün işləri yazmaqla vəzifələndirdiyi mələklər də insana bütün həyatı boyunca şahiddirlər. Quranda bu vəziyyət belə xəbər verilər:

And olsun ki, insanı Biz yaratdıq və nəfsinin ona nə vəsvəsə etdiyini də Biz bilirik. Biz ona şah damarından da yaxınıq! (İnsanın adi hərəkətlərindən tutmuş ürəyindən keçən ən gizli hisslər, duyğular belə Allaha məlumdur!) Xatırla ki, (insanın) sağında və solunda (onun bütün əməllərini) təsbit edən (qeydə alan) iki mələk oturmuşdur! Dediyi hər sözü (yazmaq üçün) onun yanında hazır durub gözləyən (iki mələk) vardır! (Qaf Surəsi, 16-18)

İnsanın hər iki yanında vəzifələndirilən bu mələklərin yazdıqları, məhşər günü ortaya qoyular. Və insanlar, dünyada etdikləri bu işlərdən sorğuya çəkilərlər. Quranda, o gün yaşanacaqlar belə izah edilməkdədir:

Kimin əməl dəftəri sağ əlinə verilmişsə, Onun yüngül haqq-hesab çəkiləcəkVə o, (Cənnətdəki) ailəsinin (yaxınlarının) yanına sevinclə qayıdacaqdır! Kimin əməl dəftəri arxa tərəfdən (sol əlinə) verilmişsə, O: “Ay öldüm!” – deyə şivən qopardacaq, Və Cəhənnəmə vasil olacaqdır! O, (dünyada) öz ailəsi (yaxınları) arasında sevinc içində idi. Və elə zənn edirdi ki, (öləndən sonra dirilib haqq-hesab üçün Rəbbinin hüzuruna) qayıtmayacaqdır. Xeyir! (Onun düşündüyü kimi deyildir. O, qiyamət günü dirilib Allahın hüzuruna qayıdacaqdır). Həqiqətən, Rəbbi onu görürdü. (İnşiqaq Surəsi, 7-15)
(harun yahya Quran Əxlaqı)