ETMƏYƏCƏYİ ŞEYİ SÖYLƏMƏMƏK

Allah, möminləri verdikləri sözləri tutmaqla öhdəçilikli etmişdir. Bir ayədə belə deyilir: "... Əhdə vəfa edin. Çünki əhd bir məsuliyyətdir." (İsra Surəsi, 34)

Çünki etibarlı olmaq, möminin xüsusiyyətlərindən biridir. Bütün rəsullar qövmlərinə öz etibarlılıqlarını göstərmişlər, dürüst və əxlaqlı kəslər olaraq tanınmışlar. Bu vəziyyətdə, etibarlılığın əhəmiyyətli bir parçası olan əhdə vəfa böyük əhəmiyyət daşıyar.

Mömin verdiyi sözləri tutmalı, reallaşdıra bilməyəcəyini düşündüyü vədlərin altına isə heç girməməlidir. Ayədə bu mövzu çox açıq bir şəkildə belə hökmə bağlanar:

Ey iman gətirənlər! Etməyəcəyiniz bir şeyi niyə deyirsiniz? (Bəzi müsəlmanlar: “Hansı əməllərin Allaha daha xoş getdiyini bilsəydik, onları edər, malımızı və canımızı onların yolunda qoyardıq!” – deyirdilər. Lakin cihad əmri nazil olduqda bu, bir çox möminlərin xoşuna gəlmədi). Etməyəcəyiniz bir şeyi demək Allah yanında böyük qəzəbə səbəb olar. (Səff Surəsi, 2-3)
(harun yahya Quran Əxlaqı)