VİCDAN VƏ RUH

(Qiyamət günü Allah-təala mömin kimsəyə belə buyuracaqdır: ) “Ey (öz imanından, əməlindən və Allahın vədindən) xatircəm olan kəs! (Və ya: “Ey arxayın nəfs!”) Dön Rəbbinə, sən Ondan razı olaraq, O da səndən! (Fəcr Surəsi, 27-28)

Quranda bildirildiyinə görə, nəfsin iki ayrı istiqaməti olduğunu, bir qisiminin "həva"dan, yəni Allahın yolundan saxlayan eqoist ehtiraslardan meydana gəldiyini bilirik. Nəfsin o biri qisimi isə, insanı Allaha və Quran əxlaqının doğrularına yönəldər, nəfsin içindəki "fücur"dan çəkinməsini təmin edər. Nəfsin bu qisimi, vicdandır. Səcdə Surəsində Allahın insana Öz ruhundan "üflədiyi" belə xəbər verilər:

O, yaratdığı hər şeyi gözəl yaratdı, insanı (Adəmi) yaratmağa palçıqdan başladı. Sonra onun nəslini nütfədən – bir qətrə zəif (dəyərsiz) sudan əmələ gətirdi. Sonra onu düzəldib insan şəklinə saldı və ona öz ruhundan (özünün yaratdığı ruhdan) üfürdü (həyat verdi). O sizə göz, qulaq və ürək verdi. Siz (bu nemətlərə) az şükür edirsiniz! (Səcdə Surəsi, 7-9)

İnsanın sahib olduğu bütün xüsusiyyətlər, Allahın özünə üfləmiş olduğu "ruhdan" qaynaqlanmaqdadır. İnsan, əgər nəfsin istək və ehtiraslarına görə deyil də və vicdanını istifadə edərək hərəkət etsə Allahın bəyəndiyi sifətləri üstündə daşımağa başlar. Allah sonsuz mərhəmətlidir; bu səbəbdən ONA təslim olan bir mömin də mərhəmət sahibidir. Allah sonsuz ağıl sahibidir; ONA qulluq edən bir mömin də üstün bir ağla sahib olar. İnsan Allaha nə qədər yaxınlaşar, ONA nə qədər təslim olsa, Rəbbimizin əxlaqıyla daha çox əxlaqlanar və "yaradılmışların ən xeyirlisi" (Beyyinə Surəsi, 7) olar.

Daha əvvəl də ifadə etdiyimiz kimi nəfsin içində, insanı daim pisliyə çağıran həvaya qarşı, onu daim yaxşılığa çağıran bir vicdan da vardır. Bu səbəbdən insan, içində, özünü davamlı olaraq doğruya çağıran çaşmaz bir kompasa malikdir.

Şəms Surəsində xəbər verildiyi üzrə, Allah insana "nəfsinin fücurundan çəkinməyi" ilham etməkdədir. Bu ilham, vicdandır. Bu səbəbdən vicdan, bir mənada Allahın səsidir. İnsan davamlı olaraq bu səsə qulaq asdığı və Quranda göstərilən təməl prinsipləri tam olaraq mənimsədiyi təqdirdə, davamlı olaraq doğru yolda irəliləyəcək. Onsuz da Quranın bütün hökmləri, insanın içindəki vicdanın gərəklərinə görə təyin olunmuşdur. Rum Surəsindəki iki ayədə, bu mövzuda belə buyurulmaqdadır:

Lakin (özlərinə) zülm edənlər (kafirlər) nadanlıqla nəfslərinin istəklərinə uydular. Allahın (küfr edəcəklərini əzəldən bildiyi üçün) yoldan çıxartdıqlarını doğru yola (islam dininə) kim sala bilər? Onlara kömək edə bilən kəslər də olmaz! (Ya Rəsulum! Ümmətinlə birlikdə) batildən haqqa tapınaraq (pak bir müvəhhid, xalis təkallahlı kimi) üzünü Allahın fitri olaraq insanlara verdiyi dinə (islama) tərəf tut. Allahın dinini (Onun yaratdığı tövhid dini olan islamı) heç vəchlə dəyişdirmək olmaz. Doğru din budur, lakin insanların əksəriyyəti (haqq dininin islam olduğunu) bilməz. (Allah bütün insanları xilqətcə müsəlman – təkallahlı yaratmışdır, lakin ata-anaları onları başqa dinlərə sövq etmiş, yaxud onlar yaşa dolduqda öz nadanlıqları üzündən batil dinlərə - bütpərəstliyə uymuşlar).. (Rum Surəsi, 29-30)

Ayələrə görə, inkar edənlər nəfslərinin fücuruna, yəni həvalarına uyğun gələrək azmışlar. Buna qarşı möminlərin etməsi lazım olan, vicdanlarını istifadə edərək Allahın insanlara vəhy yoluyla çatdırdığı Quran əxlaqına uyğun gəlməkdir.

Quranda bildirilən vicdanın gündəlik həyatda tətbiq olunması, ümumiyyətlə məskun olan səhv "vicdan" anlayışından olduqca fərqlidir. Bəzi cəmiyyətlərdəki vicdan anlayışı, yolda rast gəlinən bir kasıba sədəqə vermək ya da heyvanlara sevgi göstərmək kimi son dərəcə səthi nümunələrlə məhduddur. Halbuki möminin vicdanı, Quranın bütün əmrlərinin və tövsiyələrinin yerinə yetirilməsini tələb edir. Hətta Quranda ümumi xəttləriylə çəkilən bir çox rəftar, ağıl yoluyla olar və vicdan yoluyla tətbiq olunar.

Məsələn Allah Quranda möminlərə təvazökar olmalarını əmr etməkdədir. Ancaq bu təvazönün necə tətbiq olunacağını, hərəkətlərə necə əks etdiriləcəyini mömin ağlıyla tapar. Ağlıyla tapdığı bu rəftarları tətbiqini təmin edən güc isə, vicdandır.

Mömin gündəlik həyatda davamlı olaraq bir neçə variant arasında seçki etmək vəziyyətində qalar. Qarşılaşdığı variantlar içində, Allahın razılığına ən uyğun olduğunu düşündüyünü seçməklə öhdəçiliklidir. Bu seçkini edərkən Quranın hökmləri istiqamətində hərəkət etməli və vicdanının hakimliyinə müraciət etməlidir. Əksəriyyətlə, həmsöhbət olduğu variantlar qarşısında vicdanı ilk olaraq dövrəyə girər və hansı variantın Allahın razılığına daha uyğun olacağını ona söyləyər. Ancaq ikinci mərhələdə həvası da dövrəyə girəcək və onu digər alternativlərə yönəltməyə çalışacaq. Bunun üçün də ümumiyyətlə insana bəhanələr pıçıldayar. Quranda nəfsin qarşıya qoyduğu bu "bəhanə"lərə tez-tez diqqət çəkilməkdədir.

Mömin, nəfsinin pıçıldadığı bütün bəhanələrə qulaqlarını bağlamalı və vicdanının özünə göstərdiyi ilk doğrunu tətbiq etməlidir. Quranda möminlərin vicdanına dair verilən nümunələr, insanı bu mövzuda düşünməyə yönəltməlidir. Bir ayədə, Peyğəmbərimiz (s.ə.s.) dövründə döyüşə çıxa bilmədikləri üçün gözlərindən yaşlar süzülən möminlərdən belə danışılar:

Allaha və Onun Peyğəmbərinə sadiq qalmaq (heç bir pisliyə meyl etməmək) şərtilə, acizlərə (qocalara və anadan gəlmə zəiflərə), xəstələrə və (cihad yolunda) sərf etməyə bir şey tapa bilməyənlərə (cihadda öz xərcini təmin etməyə qadir olmayanlara döyüşə getməməkdə) heç bir günah yoxdur. Yaxşı işlər görənləri də (üzrlü səbəbə görə evdə qaldıqda) məzəmmət etməyə heç bir əsas (lüzum) yoxdur. Allah bağışlayandır, rəhm edəndir! (Döyüşə getməyə minikdən ötrü) yanına gəldikdə: “Sizin minməyiniz üçün bir heyvan tapmıram”, - deyərkən (cihad yolunda) sərf etməyə bir şey tapa bilmədikləri üçün kədərdən gözlərindən yaş axa-axa geri dönənlərdə heç bir günah yoxdur! (Tövbə Surəsi, 91-92)

Peyğəmbər Əfəndimiz (s.ə.s.)in yaşadığı dövr düşünüldüyündə döyüşə çıxmanın görünüşcə, son dərəcə təhlükəli olduğu xatırlanacaq. Ancaq buna qarşı möminlər Allah yolunda döyüşmək üçün böyük bir istək duyurdular. Səhabələr ölümə ya da yaralanmağa getdiklərini bilərək döyüşmək istəməkdədirlər. Bu ayələrdə xəbər verilən davranışlar, Quranda nəzərdə tutulan vicdanın nümunələrindəndir.
(harun yahya Quran Əxlaqı)