QARDAŞLIQ VƏ BİRLİK

Əhəmiyyət daşıyan bir başqa mömin xüsusiyyəti də, təsanüd (qardaşlıq, həmrəylik, birlik)dir. Quranda hökm edildiyi üzrə, bütün möminlər bir-birlərinin qardaşıdırlar. Eyni yola başqoymuş, eyni kitaba tabe olmuş, eyni hədəfə sahib, eyni duyğuları daşıyan insanlardır. Bu səbəbdən aralarında böyük bir sevgi və həmrəylik olar. Allah, bu vəziyyəti belə təsvir etməkdədir:

Şübhəsiz ki, Allah Öz yolunda möhkəm divar kimi səf çəkib döyüşənləri sevər! (Səff Surəsi, 4)

Üstdəki ayədə təsvir edilən birlik ruhu içində Allah yolunda olmaq qəti bir əmrdir. Başqa bir ayədə belə buyurulmaqdadır:

Hamılıqla Allahın ipinə (dininə, Qurana) möhkəm sarılın və (firqələrə bölünüb bir-birinizdən) ayrılmayın! Allahın sizə verdiyi nemətini xatırlayın ki, siz bir-birinizə düşmən ikən. O sizin qəlblərinizi (islam ilə) birləşdirdi və Onun neməti sayəsində bir-birinizlə qardaş oldunuz. Siz oddan olan bir uçurumun kənarında ikən O sizi oradan xilas etdi. Allah Öz ayələrini sizin üçün bu şəkildə aydınlaşdırır ki, haqq yola yönəlmiş olasınız! (Al-İmran Surəsi, 103)

Möminlər gözəl əxlaqlıdırlar, təvazökardırlar, sevgi və hörmətlə doludurlar. Buna görə də birlik möminlər arasında təbii bir şəkildə meydana gələr. Ancaq bu mövzuda yenə də diqqət yetirilməsi lazım olan istiqamətlər vardır. Çünki möminlərin edə biləcəyi bəzi səhvlər, bu birliyin zədələnilməsinə və möminlərin arasında bir anlıq da olsa soyuqluq yaşanmasına səbəb ola bilər.

Bu səhv hərəkətlərin səbəbi, möminlərin davranışlarını qəflət anlarında idarə altına alan nəfsdir. Mömin fədakar, xoşgörüşlü və istidir. Amma hər kəsdə nəfs olar və insan diqqət yetirməzsə bəzən idarəsini nəfs əlinə alar. Qısqanc, eqoist və ehtiraslı olan nəfsin idarəsini əlinə alması isə, bu pis hisslərin möminə təsir etməsi deməkdir. Buna görə Allah Quranda, möminləri birlik mövzusunda son dərəcə diqqətli olmaları üçün xəbərdar etməkdədir. Madam şeytanın insandakı təzahürü olan nəfs, insanı yanılda bilməkdədir, elə isə qarşıdakı möminin nəfsini hərəkətə keçirəcək bir üslub qətiliklə istifadə edilməməlidir. Necə ki Allah bir ayəsində belə əmr etməkdədir:

(Ya Rəsulum!) Bəndələrimə de: “(Danışdıqları zaman “la ilahə illallah; yərhəmukəllah; yəğfiru ləkəllah” kimi) gözəl sözlər söyləsinlər (və ya müşrikləri imana dəvət edərkən onlarla xoş danışsınlar!)” Şeytan onların arasına fitnə-fəsad sala bilər. Həqiqətən, Şeytan insanın açıq-aşkar düşmənidir! (İsra Surəsi, 53)

Ayədə bildirilən həqiqət son dərəcə əhəmiyyətlidir. Birincisi, möminlərin bir-birlərinə qarşı davamlı olan ən gözəl xitab şəklini (yalnız gözəl deyil, "ən gözəl") istifadə etmələri əmr edilməkdədir. İkincisi, şeytanın bir xüsusiyyəti aşkar edilməkdədir: Şeytan, insanların və xüsusilə də möminlərin arasını pozmaq üçün məşğul olmaqdadır.

Şeytanın və nəfsin möminlərin arasındakı qardaşlığı pozmaq üçün ən çox müraciət etdiyi yol, rəqabət duyğusudur. Əgər mömin qəflət halında olsa, mövqe kimi mövzularda rəqabət hissinə qapılıb qardaşlarını keçməyə, özünü onlardan daha ön plana çıxarmağa çalışa bilər. Eyni şəkildə özündən daha ön plandakı bir qardaşına qarşı qısqanclıq hiss edə bilər. Əslində qəflət halında edilən bu hərəkət, həqiqətdə Allaha üsyan mənasını verməkdədir. Çünki, "Yoxsa onlar, Allahın Öz fəzlindən insanlara verdiklərinimi qısqanırlar?..." (Nisa Surəsi, 54) ayəsinə görə, insanlara verilmiş olan nemətlər Allahdandır və bunları qısqanmaq Allahın təqdirinə qarşı gəlmək mənasını verər. Bu səbəblə möminlərin qısqanclıq kimi bir rəftardan qətiliklə uzaq dayanmaları lazımdır. Bu həm Allahın razılığına müxalif bir hərəkətdir həm də ayənin hökmünə görə, möminlərin gücünün azalmasına səbəb olar:

Allah və Onun Peyğəmbərinə itaət edin. Bir-birinizlə çəkişməyin, yoxsa qorxub zəifləyər və gücdən düşərsiniz. Səbr edin, çünki Allah səbr edənlərlədir! (Ənfal Surəsi, 46)

Bu səbəblə mömin, qətiliklə qardaşları ilə arasında bir çəkişmə, rəqabət mühiti meydana gəlməsinə mane olmalıdır. Həm özü qısqanclıq kimi çirkin bir duyğuya qapılmamalı, həm də sahib olduğu xüsusiyyətləri ön plana çıxardaraq qardaşlarının nəfsindəki qısqanclıq damarını düzəltməyə çalışmalıdır. Ola bildiyincə təvazökar olmaq, rəqabət təhlükəsini yox edər. Quranda bu mövzuda verilən bir başqa meyar isə, qardaşlarının nəfsini öz nəfsinə üstün tutmaq, yəni hər vəziyyətdə fədakar davranmaq və bundan zövq almaqdır. Quranda bu meyar belə təsvir edilər:

Onlardan (mühacirlərdən) əvvəl (Mədinədə) yurd salmış və (Muhəmməd əleyhissəlama qəlbən) iman gətirirmiş kimsələr (ənsar) öz yanlarına (şəhərlərinə) mühacirət edənləri sevər, onlara verilən qənimətə görə ürəklərində həsəd (qəzəb) duymaz, özləri ehtiyac içində olsalar belə, onları özlərindən üstün tutarlar. (Allah tərəfindən) nəfsinin xəsisliyindən (tamahından) qorunub saxlanılan kimsələr – məhz onlar nicat tapıb səadətə (Cənnətə) qovuşanlardır! (Həşr Surəsi, 9)

Qısqanclıq, rəqabət, incinmə inananlar arasında birliyin və qardaşlığın önündəki ən əhəmiyyətli maneələrdəndir. Ehtiras möminlər arasında bir-birinə olan sevgisini azaldar. Bu cür bir Quran xarici hərəkət, onların ruhlarına böyük zərər verər və mənəvi istiqamətdən böyük bir geriləməyə gətirib çıxarar.

Halbuki inananlar üçün sonsuz bir savab qaynağı mövcudkən bir-birlərinin önünü tıxayıb, haqsız rəqabət və qısqanclıqlarla vaxt keçirmənin heç bir mənası yoxdur. Əgər hədəf Allah rizası olsa, hər hansı bir rəqabət olmaz. Çünki hər kəs bir başqasının önünü kəsmədən Allah rızası üçün xidmət edə bilər, savab yığa bilər. Bu səbəblə möminlər, bir-birlərinin köməkçisi və dəstəkçisi olduqlarını unutmamalı və qardaşlarının müvəffəqiyyətlərini öz müvəffəqiyyətləriymiş kimi görə bilməlidirlər. Bu son dərəcə əhəmiyyətlidir.

Quranda möminlərin arasındakı yardımlaşma ilə əlaqədar çox sayda ayə vardır. Bir ayədə, möminlərin digər möminlərlə yardımlaşmalarının artması üçün etdikləri bir dua belə xəbər verilər:

Bir də onlardan sonra gələnlər, deyərlər ki: "Rəbbimiz, bizi və bizdən əvvəl iman etmiş olan qardaşlarımızı bağışla və ürəklərimizdə iman edənlərə qarşı bir kin buraxma. Rəbbimiz, həqiqətən Sən, çox şəfqətlisən, çox əsirgəyicisən." (Həşr Surəsi, 10)

Möminlərin arasında bir çəkişmə ya da inciklik yaşanması, bütün mübarizəyə zərər verər. Belə bir hərəkət, möminlərin gücünü azaldarkən, inkarçıları da gücləndirər. Necə ki bir Quran ayəsində, möminlərin bir-birlərinin vəliləri (dost və qoruyucuları) olmadıqları təqdirdə, fitnə çıxacağı belə xəbər verilməkdədir:

İnkar edənlər bir-birlərinin vəliləridir. Əgər siz bunu etməsəniz (bir-birinizə kömək etməz və dost olmasanız) dünyada bir fitnə və böyük bir təxribatçılıq (fəsad) olar. (Ənfal Surəsi, 73)

Yardımlaşma ilə əlaqədar açıq hökmlərdən bəziləri belədir:

(Allahdan tərəfindən) açıq-aydın dəlillər gəldikdən sonra, bir-birindən ayrılan və ixtilaf törədən şəxslər kimi olmayın! Onlar böyük bir əzaba düçar olacaqlar. (Al-İmran Surəsi, 105)

(Ya Peyğəmbərim!) Səndən (müharibədə əldə edilmiş) qənimətlər (onların kimə çatması) haqqında soruşarlar. De: “Qənimətlər Allahın və Peyğəmbərinindir (onun bölünməsi Allaha və Peyğəmbərinə aiddir). Buna görə də əgər (həqiqi) möminsinizsə, Allahdan qorxun, aranızdakı münasibətləri düzəldin, Allaha və Onun Peyğəmbərinə itaət edin! (Ənfal Surəsi, 1)

(Ya Rəsulum!) Şübhəsiz ki, sənin firqə-firqə olub dinini parçalayanlarla heç bir əlaqən yoxdur. Onların işi Allaha qalmışdır. (Allah) sonra (qiyamətdə) onlara nə etdiklərini bildirəcəkdir! (Ənam Surəsi, 159)

Möminlər digər möminlərə qarşı son dərəcə mərhəmətli və təvazökar olmaqla öhdəçiliklidirlər. Əksinə bir rəftar qətiliklə mömin rəftarı deyil. Qürur, qısqanclıq, çəkə bilməməzlik möminlərin deyil, inkarçıların xüsusiyyətidir. Bu səbəblə bir mömin nəfsi üzündən belə bir alçaqlığa düşmüş olsa belə dərhal özünü yığışdırmalı, Allaha sığınmalı və həqiqi mömin rəftarını göstərməlidir. Əksinə bir davranış göstərdiyində aşağıdakı ayənin hökmünə girməkdən çəkinməlidir:

Ey iman gətirənlər! Sizdən hər kəs dinindən dönsə, (bilsin ki) Allah (onun yerinə) elə bir tayfa gətirər ki, (Allah) onları, onlar da (Allahı) sevərlər. Onlar möminlərə qarşı mülayim, kafirlərə qarşı isə sərt olar, Allah yolunda vuruşar və heç kəsin tənəsindən qorxmazlar. Bu, Allahın lütfüdür, onu istədiyinə verər. Allah (öz lütfü ilə) genişdir, (O, hər şeyi) biləndir! (Maidə Surəsi, 54)
(harun yahya Quran Əxlaqı)