MÜBAHİSƏ ETMƏMƏK

Möminlərin inkarçılar qarşısındakı müvəffəqiyyətlərinin sirlərindən biri, aralarındakı isti qardaşlıq və həmrəylikdir. Quranda, "Şübhəsiz Allah, Öz yolunda, sanki bir-birlərinə birləşmiş bir bina kimi saf bağlanaraq vuruşanları sevər" (Səff Surəsi, 4) ayəsi ilə bu birlik və həmrəyliyin əhəmiyyəti vurğulanmaqdadır.

Bu səbəbdən bu birlik və həmrəyliyi zədələyəcək, möminlərin arasını açacaq hər cür söz ya da davranışdan çəkinmək lazımdır. Necə ki Allah Quranda möminləri bu təhlükəyə qarşı belə xəbərdar etmişdir:

Allah və Onun Peyğəmbərinə itaət edin. Bir-birinizlə çəkişməyin, yoxsa qorxub zəifləyər və gücdən düşərsiniz. Səbr edin, çünki Allah səbr edənlərlədir! (Ənfal Surəsi, 46)

Saleh bir mömin, belə bir mübahisə və çəkişməyə yer verməmək üçün maksimum diqqət göstərməlidir. Daim digər mömin qardaşlarını incidə biləcək söz və davranışlardan diqqətlə qaçınmalı, əksinə aradakı sevgi və etibarı daha da artıracaq rəftarlar sərgiləməlidir. Quranda bu mövzuda belə hökm verilməkdədir:

Qullarıma, sözün ən gözəl olanını söyləmələrini söylə. Çünki şeytan aralarını açıb pozmaqdadır. Şübhəsiz şeytan insanın açıqca bir düşmənidir. (İsra Surəsi, 53)

Mömin bir başqa mömin qardaşı ilə fərqli bir fikirdə olduğu zaman, mümkün olduğunca təvazökar və hörmətli bir üslub istifadə etməli və beləcə iki fərqli fikirin qanuni olan "müşavirə" ölçüsündə qalmasını və əsla "mübahisə " ölçüsünə girməməsini təmin etməlidir. Digər iki qardaşı arasında bənzəri bir hadisə olduğunda isə, "Möminlər ancaq qardaşdırlar. Elə isə qardaşlarınızın arasını düzəldin və Allahdan qorxub çəkinin; ümid edilər ki bağışlanasınız" (Hucurat Surəsi, 10) ayəsindəki hökmünə uyğun olaraq qardaşlarının arasını düzəltməlidir. Unudulmamalıdır ki, möminlər arasındakı ən kiçik bir sürüşmə, Allahın məmnun olmayacağı bir rəftardır.
(harun yahya Quran Əxlaqı)