QURAN OXUNARKƏN ŞEYTANDAN ALLAHa SIĞINMAQ

Quran, Allahın insanlara yol göstərici olaraq endirdiyi İlahi kəlamdır. Ancaq burada çox əhəmiyyətli bir nöqtə vardır. Quran, möminlərin hidayətini artırarkən, inkarçıların inkarını ortaya çıxarar. Bir ayədə, Quranın bu xüsusiyyəti belə açıqlanar:

(Ya Rəsulum!) Sənə Kitabı (Quranı) nazil edən Odur. Onun (Kitabın) bir hissəsi (Quranın əslini, əsasını təşkil edən) möhkəm (mənası aydın, hökmü bəlli), digər qismi isə mütəşabih (çətin anlaşılan, dəqiq mənası bilinməyən, məğzi bəlli olmayan) ayələrdir. Ürəklərində əyrilik (şəkk-şübhə) olanlar fitnə-fəsad salmaq və istədikləri kimi məna vermək məqsədilə mütəşabih ayələrə uyarlar (tabe olarlar). Halbuki onların yozumunu (həqiqi mənasını) Allahdan (yaxud Allahdan və elmdə qüvvətli olanlardan) başqa heç kəs bilməz. Elmdə qüvvətli olanlar isə: “ Biz onlara iman gətirdik, onların hamısı Rəbbimizin dərgahındandır”, - deyərlər. Bunları ancaq ağıllı adamlar dərk edərlər. (Al-İmran Surəsi, 7)

Ayədə də bildirildiyi kimi möminlər Quran ayələrini oxumaqla imanlarını və Allaha olan təslimiyyətlərini artırarlar. Ancaq inkarçılar eyni ayələri oxusalar da ayələrdəki hikmətləri qavraya bilməzlər. Necə ki yuxarıdakı ayədə də bildirildiyi kimi Quranın bəzi ayələri, "ürəklərində sürüşmə olanlar"ın pozğunluğunu ortaya çıxarmaq kimi bir xüsusiyyət də daşımaqdadır. Bu səbəblə, Allah, Quran oxumadan əvvəl şeytanın təsirindən Allaha sığınmağı əmr etməkdədir. Allah ayədə belə əmr edər:

... Quran oxuduğun zaman, qovulmuş şeytandan Allaha sığın. (Nəhl Surəsi, 98)

Allahın möminlərə əmr etdiyi bu ibadət, şeytanın varlığını və fəaliyyətlərini xatırlatması baxımından əhəmiyyətlidir. Həqiqətən də şeytan, əsla vəzifəsini tərk etməz və insanlara sağlarından, sollarından, önlərindən və arxalarından yanaşaraq onlara vəsvəsə verməyə çalışar. Allahın doğru yoluna oturaraq onları bu yoldan azdırmağı hədəfləyər. Şeytanın bu fəaliyyətlərini və taktikalarını Allah bizə Quranda bir çox ayədə bildirməkdədir. Bu səbəbdən cənnətdən qınanmış və qovulmuş olaraq endirilən şeytanın hiylələrindən, bunları bizə Quran vasitəsilə öyrədən və onlardan çəkinmə yollarını göstərən Allahın yol göstərməsi sayəsində xilas olarıq. İbrahim Surəsi 22-ci ayəsində də ifadə edildiyi kimi, "Şeytanın inanan qullar üzərində heç bir məcburedici gücü yoxdur." Bunun sirri, inanan qulların yol göstərici olaraq Quranı qəbul etməsi və "qovulmuş şeytan"dan Allaha sığınaraq onu oxumasıdır.
(harun yahya Quran Əxlaqı)