İNCƏ DÜŞÜNCƏLİ OLMAQ

Cahiliyyə cəmiyyətindəki insanların böyük hissəsi kobud, düşüncəsiz, laqeyd bir xarakterə sahibdirlər. Bunun ən böyük səbəbi isə, inkarçıların təməl xüsusiyyətlərindən biri olan eqoizmdir. Hər kəs yalnız öz mənfəətlərini düşünər. Digər insanların düşüncə və duyğuları isə ya ikinci plandadır ya da heç diqqətə alınmaz.

Halbuki həqiqi bir mömin birliyi tamamilə fərqlidir. Çünki möminlərin ən əhəmiyyətli xüsusiyyətlərindən biri, nəfslərinin eqoist ehtiraslarından xilas olmalarıdır. Nəfsinin sonsuz istəklərini məğlub edə bilmiş olan mömin isə, digər möminlərə qarşı fədakar və incə düşüncəli davranar. Quranda Peyğəmbər Əfəndimiz (s.ə.s.)la birlikdə Məkkədən köç edən mühacirlər ilə Mədinədə onlara kömək edən möminlər (Ənsar) arasındakı bu fədakarlıq belə izah edilər:

Onlardan (mühacirlərdən) əvvəl (Mədinədə) yurd salmış və (Muhəmməd əleyhissəlama qəlbən) iman gətirirmiş kimsələr (ənsar) öz yanlarına (şəhərlərinə) mühacirət edənləri sevər, onlara verilən qənimətə görə ürəklərində həsəd (qəzəb) duymaz, özləri ehtiyac içində olsalar belə, onları özlərindən üstün tutarlar. (Allah tərəfindən) nəfsinin xəsisliyindən (tamahından) qorunub saxlanılan kimsələr – məhz onlar nicat tapıb səadətə (Cənnətə) qovuşanlardır! (Həşr Surəsi, 9)

Görüldüyü kimi, Quran əxlaqı, möminlərin öz haqqlarından da infaq edərək digər mömin qardaşlarını özlərindən üstün tutmalarını tələb etməkdədir. Həqiqi iman, həqiqi təslimiyyət və həqiqi qardaşlıq budur.

Möminin digər mömin qardaşlarını özündən üstün tutması, yalnız ona daha çox maddi imkan təmin etməsi ilə məhdud deyil. Bu qardaşlığın ifadə edildiyi yerlərdən biri də düşüncədir. Mömin, qardaşlarının ehtiyaclarını özündən çox düşünməlidir.

Kobud və düşüncəsiz rəftarlar, adamın imanının yetkinləşmədiyini göstərər. Etdiyi bir hərəkətin digər möminləri necə təsir edəcəyini hesablamayan, tək öz istəklərinə görə, "ağlına gəldiyi kimi" hərəkət edən bir insan, Allahın təsvir etdiyi mömin modelindən uzaq deməkdir. Quranda incə düşüncənin və düşüncəsizliyin nümunələri üzərində əhəmiyyətlə dayanılar. Şübhəsiz, ən əhəmiyyətlisi elçiyə qarşı incə düşüncəli və hörmətli olmaqdır. Allah bir ayəsində elçiyə hörmətə belə diqqət çəkməkdədir:

Ey iman edənlər, Allahın Rəsulunun hüzurunda önə keçməyin və Allahdan çəkinin. Şübhəsiz Allah, eşidəndir, biləndir. (Hucurat Surəsi, 1)

İncə düşüncənin əhəmiyyəti, bir başqa ayədə isə belə vurğulanar:

Ey iman gətirənlər! Peyğəmbərin evlərinə sizə yeməyə icazə verilmədən (yeməyə dəvət olunmadan) girib onun bişməsini gözləməyin. Lakin dəvət olunduqda gedin və (yeməyinizi) yedikdən sonra (orada bir-birinizlə) söhbətə qapılmayıb dağılın. Bu (sizin çox oturmağınız), Peyğəmbərə əziyyət verir, amma o sizdən (bunu sizə deməkdən) utanırdı. Lakin Allah doğru sözdən çəkinməz. Onlardan (Peyğəmbərin zövcələrindən) bir şey soruşduqda, pərdə arxasından soruşun (evlərinə daxil olmayın). Bu həm sizin, həm də onların ürəklərinə daha çox təmizlik bəxş edər. Sizə Allahın Peyğəmbərini incitmək, özündən sonra onun zövcələri ilə evlənmək əsla yaraşmaz. Həqiqətən, bu, Allah yanında böyük günahdır! (Əhzab Surəsi, 53)

Quran əxlaqıyla yetişmiş insanlar, son dərəcə keyfiyyətli, nəzakətli, sadə və incə düşüncəlidirlər. Öz nəfslərindən əvvəl qardaşının nəfsini düşünən, ona duyduğu sevgiyə baxmayaraq yeməyi yoxsula, yetimə və əsirə yedirən möminlərin təbii hallarıdır bu. İncə düşüncəli olmaq eyni zamanda cənnətdəkilərin bir xüsusiyyətidir.

İncə düşüncə nümunələrini şərtlərə və mühitə görə çoxaltmaq mümkündür. Bunların bəziləri bir işlə məşğul olan qardaşını narahat etməmək, əgər dua edirsə mühitin səssizliyini pozmamaq, o istəmədən ona xidmət etmək, rahatlamasını təmin etmək, bir əskiyi və ya ehtiyacı olub olmadığını öyrənmək sayıla bilər. Amma unutmamaq lazımdır ki, bu sayılanlar son dərəcə ümumi bir izahatdır. Hər mühit və şərtə görə bu nümunələr yüzlərlə, minlərlə olacaq şəkildə artırıla bilər.
(harun yahya Quran Əxlaqı)