Dayanıqlılıq

Möminin ən diqqətə çarpan xüsusiyyətlərindən biri də, son dərəcə qərarlı oluşudur. Heç bir zaman şövqünü, həyəcanını itirməz. Bütün işlərini Allahın razılığını qazanmaq üçün edər. Bu səbəbdən heç bir çətinlik onu yolundan çevirə bilməz. İnsanların özü haqqında nə düşünəcəyi də əhəmiyyətli deyil. Tək hədəfi Allahın razılığıdır; bütün həyatı bu hədəfə görə şəkillənər. Qurana və Peyğəmbərimiz (s.ə.s.)in əmrlərinə görə bir həyat yaşar. Peyğəmbərimiz (s.ə.s.) də özünə verilən elm və hikmətlə əlaqədar olaraq bir hədisi şərifində belə bir nümunə vermişdir:

Allahın mənimlə göndərdiyi elm və hidayət, bir əraziyə düşən yağış kimidir. (Bilindiyi üzrə), Bəzi ərazilər var, təbiəti gözəldir, suyu qəbul edər, bol bitki və ot yetişdirər. Bir qisim ərazi var, munbit (bərəkətli) deyil, ot bitirməz, amma suyu olar. Onun tutduğu su ilə Cənabı Haqq insanları faydalandırar: Bu sudan özləri içər, heyvanlarını sularlar və əkinçilik edərlər. Digər bir əraziyə daha uyğun gələr ki, bu nə sulu, nə ot bitirər. (Kutubu Sittə, 2-ci cild , s. 336)

Peyğəmbərimiz Hz. Məhəmməd (s.ə.s.)in tətbiqləri, möminlər üçün qəti bir hökmdür. Bu səbəblə hər mömin Peyğəmbərimiz (s.ə.s.)in sünnəsinin qaynağının Allah (c.c.)ın vəhyi olduğunu bilməli və Sünnəyi Səniyyəni dayanıqlılıqla tətbiqin imanın bir göstəricisi olduğunu unutmadan, bu mövzuda taviz vermədən hərəkət etməlidir.

Müsəlman bütün ibadətlərində səmimi və qərarlıdır. Məsələn Allah namazı 5 vaxt olaraq fərz etmişdir. Peyğəmbərimiz (s.ə.s.) bir hədisində də, axirətdə mühasibliyi ediləcək ilk əməlin namaz olduğunu və qulun namazları tamamsa xilas olacağını, əks halda hüsrana uğrayacağını bildirmişdir. İbni Məsud (r.ə.)dan rəvayət edilən bir başqa hədisdə isə, "Rəsulullah (s.ə.s.)a hansı əməl daha fəzilətlidir?" deyə soruşulduğu, Hz. Məhəmməd (s.ə.s.)in "Vaxtında qılınan namazdır." (Buxari, Məvakit 5, Cihad 1, Ədəb 1, Tövhid 48; Müslim, İman 137-139. Ayrıca bk. Tirmizi, Salat 14, Birr 2; Nəsəyi, Məvakit 51) deyə cavab verdiyi bildirilmişdir.

Möminlərin dayanıqlılığını Allah müxtəlif şəkillərdə sınayar. Məsələn Allah, möminləri öyrətmək üçün keçici bir müddət çətinlik verə bilər. Quranda bu vəziyyət belə açıqlanar:

And olsun, Biz sizi bir az qorxu, aclıq və bir parça mallardan, canlardan və məhsullardan azaltmaqla sınayacağıq. Səbir göstərənləri müjdələ. (Bəqərə Surəsi, 155)

Qəti bir dayanıqlılığa sahib olan mömin, ayədə ifadə edildiyi kimi, özünə verilən bütün bu çətinliklərə səbr edər. Quranda Allah, möminlərin bu rəftarını ayələrində belə tərifləməkdədir:

Neçə-neçə peyğəmbər bir yığın allahpərəstlə (Allah adamı ilə) birlikdə (düşmənə qarşı) vuruşmuşlar. Lakin onlar Allah yolunda çəkdikləri müsibətlərə görə nə zəiflik, nə acizlik göstərmiş, nə də (kafirlərə) boyun əymişlər. Allah səbr edənləri sevər! Onların: “Ya Rəbbimiz, günahlarımıza və işlərimizdə həddi aşdığımıza görə bizi bağışla! Qədəmlərimizi möhkəmləndir (düşmən ilə vuruşda dizimizə qüvvət ver) və kafirlərə qələbə çalmaqda bizə kömək et!” – deməkdən başqa sözləri olmamışdır. (Al-İmran Surəsi, 146-147)

Buna qarşılıq çətinliklərə sinə gərməmək, möminə yaraşan bir rəftar deyil:

Səndən, yalnız Allaha və axirət gününə inanmayan, ürəkləri şübhəyə qapılıb, şübhələrində qərarsızlığa düşənlər icazə istər. (Tövbə Surəsi, 45)

Çətinliklərin yanında ələ keçən yaxşı imkanların da insan üzərində boşaldıcı təsiri vardır. Rahatlıq, çoxu adamın həyəcanının və şövqünün sönməsinə səbəb ola bilər. Ancaq unudulmamalıdır ki, Allahdan bir nemət gəldiyində ərköyünlüyə qapılmaq və Allahdan üz çevirmək, inkarçıların xüsusiyyətidir. Quranda bu vəziyyət belə təsvir edilər:

İnsana bir sıxıntı (xəstəlik, yoxsulluq, bəla) üz verən zaman uzananda da, oturanda da, ayaq üstə duranda da Bizə dua edər. Lakin onu sıxıntıdan qurtardıqda ondan ötrü (əvvəlcə) Bizə heç dua etməmiş kimi çıxıb gedər. (Allaha şükür etməyi də unudub yaramaz işlərində davam edər). Həddi aşanlara etdikləri əməllər beləcə yaxşı göstərildi. (Yunus Surəsi, 12)

Halbuki iman edən bir insan üçün belə bir şey söz mövzusu deyil. Əllərinə nə cür yaxşı imkan keçirsə keçsin (lüks, pul, iqtidar kimi), bu onların dayanıqlılıqlarını pozub zəif bir quruluşa bürünmələrinə səbəb olmaz. Çünki mömin bütün bunların Allahdan gələn bir nemət olduğunun və Allah diləsə bunları geri ala biləcəyinin fərqindədir. Bu səbəblə əsla ərköyünlüyə qapılmaz. Ciddi bir səy göstərmək, işi möhkəm tutmaq, zəiflik göstərməmək, həddindən artıqlıqlardan qaçmaq, möminlərin dayanıqlılıq və sabitliklərinin göstəricilərindəndir. Bir ayədə, "axirət üçün ciddi bir səy göstərənlər"dən belə danışılar:

Mömin olub axirəti istəyən və onun uğrunda (can-başla) çalışanların zəhməti (Allah dərgahında) qəbul olunar. (İsra Surəsi, 19)

Boşalmamaq, davamlı şövqlü və həyəcanlı olmaq Allahın Quranda bildirdiyi əmrlərdəndir. Bir ayədə belə buyurular:

(Ühüd müharibəsində baş vermiş bəzi hadisələrə görə) ruhdan düşməyin və qəmgin olmayın. Halbuki, əgər möminsinizsə, siz (Allah yanında inanmayanlardan) çox yüksəkdə durursunuz! (Al-İmran Surəsi, 139)

Başda da ifadə etdiyimiz kimi dayanıqlılıq və sabitlik iki əhəmiyyətli mömin xüsusiyyətidir. Möminlər, "Möminlərdən elə adamlar vardır ki Allah ilə etdikləri əhdə sədaqət göstərdilər; beləcə onlardan kimi əhdini reallaşdırdı, kimi gözləməkdədir. Onlar heç bir dəyişdirmə ilə dəyişdirmədilər" (Əhzab Surəsi, 23) ayəsində olduğu kimi ölənə qədər eyni dayanıqlılıq və sabitliyi Allahın razılığını qazanmaq üçün göstərən kəslərdir. Möminlərin bu xüsusiyyətlərinin əhəmiyyəti Quranda "münafiq" olaraq adlandırılan və möminlərin arasından çıxan ikiüzlü insanların əxlaqı düşünüldüyündə daha yaxşı ortaya çıxmaqdadır.

Nə edəcəyi müəyyən olmayan, möminlərin yanında başqa, inkar edənlərin yanında başqa hərəkət edən münafiq xarakterli kəslər, son dərəcə sabitliksiz bir ruh halı içindədirlər. Möminlər bir müvəffəqiyyətə çatdığında "biz də sizdəndik" demələri ya da çətində qalınca möminlərdən uzaq dayanmağa işləri bunun ən açıq göstəricilərindəndir:

Bir insanın ibadətlərində davamlı olması da sabitlik baxımından yenə əhəmiyyətli bir nümunədir. Qurandakı "sarp yoxuş" (Bələd Surəsi, 11) anlayışı dayanıqlılıq və sabitliyin əhəmiyyətini açıqlamaqdadır. Dayanıqlılıq və sabitliyin bitmə nöqtəsi isə ölümdür. Mömin, ölənə qədər səbr etməklə öhdəçiliklidir. Allah bir ayəsində belə buyurmaqdadır:

(Ya Peyğəmbər! Hüdeybiyyə səfəri zamanı bir ağacın altında beyəti-rizvanla) sənə beyət edənlər, şübhəsiz ki, Allaha beyət etmiş olurlar. Allahın (qüdrət) əli onların əllərinin üstündədir. Kim (beyəti) pozsa, ancaq öz əleyhinə pozmuş olar (bunun zərəri yalnız onun özünə dəyər). Kim Allahla etdiyi əhdi yerinə yetirsə, (Allah) ona böyük mükafat verər! (Fəth Surəsi, 10)
(harun yahya Quran Əxlaqı)