GİZLİ TƏHLÜKƏ: QƏFLƏT

İnsanların Haqq-Hesab Vaxtı Yaxınlaşdı,
Onlar Isə Hələ Də Qəflət Içindədirlər Və Üz Döndərirlər.
Rəbbindən Onlara Elə Bir Yeni Xəbərdarlıq Gəlməz Ki,
Onu Məsxərəyə Qoyub Dinləməsinlər;
(Ənbiya Surəsi 1-2)

NƏTİCƏ

Kitab boyu izah etdiyimiz kimi, qəflətə düşənlərdən olmaq bir insanı həlaka sürüyən əsas səbəblərdən biridir. Qəflət içindəki insan hər şeyin yolunda olduğunu və gözəl həyat yaşadığını zənn edə bilər. Hər şeyi bildiyini və hər şeyi doğru etdiyini düşünməsi bunun ən diqqəti cəlb edən göstəricisidir. Ancaq bu qəflət halı axirət günü Allahın hüzurunda sona çatacaq:

"Sən bundan qafil idin. Artıq bu gün gözündən pərdəni götürdük. Sən bu gün sərrast görürsən!" (Qaf surəsi, 22)

Artıq insan qəflət halının hakim olduğu gözəl dünya həyatında davamlı olaraq üz çevirdiyi, inanmamaqda inad etdiyi həqiqətləri açıq şəkildə görməyə başlayacaq. Daha əvvəl özünə xəbər verilən, lakin heç diqqət yetirmədiyi cəhənnəm əzabı ilə qarşılaşacaq. O gün yox olmağı və ya dünya həyatına dönüb Allah rizasını qazanacaq şəkildə yaşamağı istəyəcək. Amma ona əbədi olaraq cəhənnəm xalqı arasında olmaqdan və sonsuz bir əzabdan başqa “çatıb qərar alacaq yer” olmayacaq. Quranda qiyamət günü və heç bir yerə qaçış olmadığı haqqında bildirilən ayələr belədir:

Göz bərələcəyi; ay tutulacağı; günəşlə ay birləşəcəyi zaman - məhz o gün insan: “Qaçıb can qurtarmağa yer haradadır?” – deyəcəkdir. Xeyr, heç bir sığınacaq olmayacaqdır! O gün duracaq yer ancaq Rəbbinin hüzurudur! (Qiyamət surəsi, 7-12)

İnkar edənlərin böyük qorxu, çarəsizlik və peşmanlıq yaşayacağı qiyamət günü ilə qarşılaşmadan əvvəl hər insan öz durumunu səmimi bir şəkildə nəzərdən keçirməlidir. Şüuru örtməklə insanı heyvanlardan aşağı bir canlı növünə çevirən qəflət bəlasına qarşı səmimi bir qəlblə Allaha yönəlmək, davamlı Allahı xatırlamaq və Rəbbimizin göndərdiyi kitab olan Qurana tam tabe olmaq lazımdır.

Qəflətdə olmadığını və qəflətə düşmə ehtimalının olmadığını düşünüb özünü müstəğni (bu vəziyyətdən uzaq) görmək böyük bir səhvdir. Çünki müstəğniyyət insanın qəflət xəstəliyinə hər an tutula biləcəyinin bir göstəricisidir. Şeytan heç durmadan ən kiçik fürsəti belə qiymətləndirməkdən qaçmayıb insanı qəflətə salmağa və özü ilə birlikdə cəhənnəmə sürüməyə çalışır:

Allah haqqında heç bir şey bilmədən mübahisə edən və Allaha asi olmuş hər bir şeytana uyan insanlar da vardır. Haqqında əzəldən belə yazılmışdır: hər kəs onunla dostluq etsə, (Şeytan) onu yoldan çıxardıb cəhənnəm əzabına sürükləyər. (Həcc surəsi, 3-4)

Məlumdur ki, qəflət hər insanı heç bir mühit və şərtdən asılı olmayaraq şeytanın və nəfsin təlqinləri ilə bürüyüb əhatə etməyə çalışır. Ancaq qəflət yalnız qəflət içində qalmaq istəyənlərdən əl çəkməz. Qəflət içində qalmağa, şeytanın dostu olmağa razı olmayan vicdanlı insanlara qurtuluş yolu həmişə açıqdır. Allah qəflətdən xilas olmağın yollarını Quranda ətraflı şəkildə bildirmişdir. Allahı davamlı xatırlamaq, Ona yönəlmək, Ondan qorxub çəkinmək və hər an Onun rizasını axtarmaq qəfləti yox edər və insanı üstün bir şüura, ağıla və imana qovuşdurar. Bu da (hər nə qədər şeytan əksini təlqin etməyə çalışsa da) ən gözəl, ən rahat, ən əmin və ən asan yoldur. O halda səmimi bir şəkildə Allaha yönəlib dönən bir adam heç bir şey üçün gecikmiş deyil. Rəbbimizin rəhmətini ümid edə bilər. Ayədə belə buyurulur:

Rəbbiniz ürəklərinizdə olanları ən yaxşı biləndir. Əgər əməlisaleh olsanız Rəbbiniz, həqiqətən, tövbəkarları bağışlayandır! (İsra surəsi, 25)
(harun yahya Gizli tƏhlükƏ: QƏflƏt)