QURANDA ŞÖVQ VƏ HƏYƏCAN
GİRİŞ

Həyatlarının əsl məqsədi Allahın rizasını qazanmaq olan möminlər bütün gücləri ilə bu yolda çalışan insanlardır. Allah Quranda onlardan "Allah yolunda malları və canları ilə vuruşan", yəni "səy göstərən, cəhd göstərən" insanlar kimi bəhs edir. Çünki bütün həyatlarını Allaha həsr etmiş və Allahın rizasına, cənnətinə qarşılıq sahib olduqları maddi-mənəvi hər şeylərini ortaya qoymuşlar.

İnananların Allaha qarşı güclü və qərarlı bir təslimiyyət göstərə bilmələrini və hər bir çətinliklə qarşılaşdıqlarında ruhdan düşmədən "Allah bizə bəs edər" (Ali-İmran surəsi, 173) deyə biləcək qədər yüksək bir ruha sahib ola bilmələrini təmin edən çox əhəmiyyətli bir xüsusiyyətləri vardır: Allah rizasını qazanmaq şövqü…

İmanın qazandırdığı bu şövq insanın vücudi və zehni gücünü ən yüksək səviyyəyə qaldıran və beləcə, insanın həyatı həmişə ən gözəl və ən dinc şəkildə yaşamasını təmin edən bir qüvvədir. Allah eşqindən qaynaqlanan bu həyəcan inananlara böyük bir mənəvi qüvvət, dözüm və müqavimət verər. Dəmir kimi bir iradə, cəsur və igid xarakteri qazandırar. Möminlər bu imani güc sayəsində hər bir çətinliyə ən gözəl şəkildə sinə gərə bilər və istənilən şərtlərdə bütün gücləri ilə Allahın rizasını qazanmaq üçün səy göstərməyə davam edərlər.

Allah Quranın bir çox ayəsində şövqün əhəmiyyətinə diqqət çəkmiş və möminlərin sərhəd tanımadan bir-birlərini təşviq edib gücləndirmələrini tövsiyə etmişdir. "...Möminləri də təşviq et!..." (Nisa surəsi, 84) ayəsi ilə də əmr edildiyi kimi, inananları şövqləndirmək Quran əxlaqını yaşayan insanlar üçün önəmli bir ibadətdir.

Bu ayənin işarəsi yönündə bu kitabda möminlərin həyatlarının sonuna qədər hər an daha da artan şövqlərindən bəhs edəcəyik. Məqsəd bütün inananlara şövqün nə qədər böyük bir nemət və möminlərin gücünü necə artıran bir xüsusiyyət olduğunu göstərməkdir. Eyni zamanda şövqün istənilən şərtlərdə möminləri müvəffəqiyyətli edən əhəmiyyətli bir sirr olduğunu açıqlamaq, səbr və təvəkküllə çətinliklərə sinə gərib şövqlərini itirməyənlərə vəd edilən gözəllikləri müjdələməkdir. Allahın çağırışına tabe olan möminləri hazırlamaq, təşviq edib cəsarətləndirmək və onlara "genişliyi göylərlə yer üzü qədər olan" (Ali-İmran surəsi, 133) cənnətə qovuşmaq üçün yarışmalarını bir də xatırlatmaqdır.

Ayrıca, Allahın bildirdiyi kimi, "yarışıb önə keçənlərdən" olmaq var ikən, özlərinə "orta bir yol" tutan və dini bu şəkildə yaşamağı kafi görənləri də belə böyük bir nemətin varlığını xatırladaraq hərəkətə keçirməkdir.
(harun yahya Quranda şövq vƏ hƏyƏcan)