MÖMİNLƏRİN ŞÖVQÜ

Möminlərin şövqünün qaynağı Allaha olan imanları, sevgi və bağlılıqlarıdır…

Möminlərin yaşadığı şövq və həyəcan cahiliyyə cəmiyyətində hakim olan "mənfəətlərə dayanan şövq" anlayışından çox fərqlidir. İnananların şövqü Allaha olan sevgilərindən və bağlılıqlarından qaynaqlanır. Onlar sevgilərini cahiliyyə cəmiyyəti kimi həvəslə dünyaya deyil, özlərini yoxdan var edən, ruzi verən, yaşadan, sonsuz mərhəmətli və şəfqətli olan Allaha yönəltmişlər.

Bunun ən əhəmiyyətli səbəbi isə möminlərin hadisələri açıq bir şüurla qiymətləndirmələridir. Özlərinə həyat verənin, hər an yer üzündəki canlı-cansız hər varlığı qoruyanın Allah olduğunun və Onun xaricində bütün varlıqların Ona möhtac olduğunun şüurundadırlar.

Allaha duyduqları sevgi və bağlılığın nəticəsi olaraq həyatları boyunca Allahın rizası üçün üçün səy göstərərlər. Allahın rizasını qazanmaq istəyi möminlərin ən əhəmiyyətli şövq və sevinc qaynağıdır. Allahın rizasını qazana bilmək və Allahın möminlər üçün hazırladığı cənnətə qovuşa bilmək arzusu onlara bitib-tükənməyən mənəvi bir güc və şövq qazandırar.

Möminin şövqü davamlıdır
Möminlər yalnız Allaha və Peyğəmbərinə iman gətirən, sonra heç bir şəkk-şübhəyə düşməyən, Allah yolunda malları və canları ilə vuruşanlardır! Məhz belələri sadiq olanlardır! (Hucurat surəsi, 15)

Yuxarıdakı ayədə də göründüyü kimi, Allah Quranda möminləri "iman edib sonra da heç bir şübhəyə düşmədən Allahın rizasını qazanmaq üçün səy göstərənlər" kimi təyin etmişdir. Möminlərin bu xüsusiyyəti heç şübhəsiz ki, onların qəlblərində yaşadıqları şövqü çox açıq bir şəkildə ortaya qoyar. Çünki hər nə olursa olsun, bir ömür boyu, həm də heç bir şübhəyə qapılmadan inandıqları dəyərlərə görə səy göstərmələri ancaq imanın qazandırdığı şövqlə mümkün olur.

Möminlərin şövqlərinə belə dəstək olan bir başqa səbəb də onların "...Ona (Allaha) həm qorxu, həm də ümidlə dua edin. Həqiqətən, Allahın mərhəməti yaxşılıq edənlərə çox yaxındır!" (Əraf surəsi, 56) ayəsində bildirildiyi kimi, həyatlarının sonuna qədər qorxu və ümid arasında yaşamalarıdır. "Qorxu ilə ümid arasında yaşama"ğın mənası isə budur: İman edənlər Allahın özlərindən razı olub-olmadığından və cənnətinə layiq olan bir əxlaq göstərib-göstərə bilmədiklərindən heç vaxt tam əmin ola bilməzlər. Bu səbəblə də, hesab günündə Allahın əzabı ilə qarşılaşmaqdan çəkinər və davamlı əxlaqlarını gözəlləşdirmək üçün səy göstərərlər. Eyni zamanda Allahın rizasını, sevgisini qazanmaq üçün əllərindən gələn bütün səyi göstərdiklərini vicdani olaraq bilərlər. Bu səbəblə də, sonsuz mərhəmət sahibi olan Allahın rəhmətinə və cənnətinə qovuşa biləcəkləri mövzusunda böyük bir ümid daşıyarlar. Budur, bu iki hissi, yəni qorxu və ümidi eyni anda yaşadıqları üçün heç bir zaman göstərdikləri səyi kafi bilməz, özlərini səhv və nöqsanlardan uzaq görməzlər. "... Rəbbindən və pis haqq-hesabdan qorxurlar" (Rəd surəsi, 21) ayəsi ilə də bildirildiyi kimi, hər an Allahın əzabından çəkinərlər. Allahın dininə şövqlə sarılar, böyük bir səy göstərərlər. Allah qorxusu onların həvəsdən düşməsinə və ya zəifliyə qapılmasına mane olar və şövqlərinə davamlı şəkildə dəstək olar. Allahın iman edib saleh əməllərdə olanları cənnətlə müjdələdiyini bilmək də onları hərəkətə keçirər və canlandırar.

Göründüyü kimi, möminlərin şövqü cahiliyyə cəmiyyətinin şövq anlayışından tamamilə fərqlidir. Onların gəlib keçici həyəcanları ilə müqayisədə möminlərdə Allah inancına dayanan davamlı bir coşğudur. Allahın bu kəsilməz şövqlərinə qarşı inananlara vəd etdiyi müjdə isə belədir:

"Möminlərə Allah tərəfindən böyük bir mükafat bəxş ediləcəyi ilə müjdə ver!" (Əhzab surəsi, 47)
(harun yahya Quranda şövq vƏ hƏyƏcan)