ŞEYTANIN MÖMİNLƏRİN ŞÖVQÜNÜ QIRMAQ SƏYLƏRİ

Əvvəlki səhifələrdə möminlərin qəlblərindəki şövq və həyəcanın həyatlarının sonuna qədər sona çatmadığından, hər an canlı və güclü olduğundan bəhs etdik. Ancaq unutmamaq lazımdır ki, möminlərin şövqündəki bu davamlılıq və sabitlik tamamilə onların səmimi imanlarından qaynaqlanır. Yoxsa dünya həyatında yaradılan imtahanın bir gərəyi olaraq şeytan əks yöndə davamlı olaraq ciddi mübarizə aparır və özünə görə gücsüzləşdirib cansızlaşdırmaq, həyəcanlarını və şövqlərini qırmaq üçün bütün gücü ilə çalışır.

Şeytanın dünyadakı hədəfi mənasız düşüncə və vəsvəsələrlə insanları gizli şəkildə aldatmaq və beləcə, müsibətə sürüməkdir. Ayədə şeytanın bu yöndə göstərdiyi fəaliyyət "Onları hökmən sapdıracaq, xülyalara salacağam…" (Nisa surəsi, 119) şəklində ifadə edilmişdir.

Şeytan bütün insanlara olduğu kimi, inananlara da müxtəlif yollarla yaxınlaşmağa, xeyirli və gözəl olan şeyləri onlara şər kimi göstərməyə çalışar. Bəzi hadisələrin çıxış yolu olmadığını göstərib yarı yoldan geri çevirməyi və faydalı işlərin yarımçıq buraxılmasını istəyər. Hadisələri çətin göstərib insanları ruhdan salmağa, ümidsizliyə sövq etməyə çalışar. Tənbəlliyi təşviq edib işləri gecikdirməyi, iradəsizlik göstərmələrini istəyər.

Ancaq Quranda şeytanın bütün bu səylərinin və hiyləsinin əslində son dərəcə zəif olduğuna diqqət çəkilmişdir:

(Şeytan) onlara vədlər verir, ürəklərində arzular oyadır. Lakin Şeytan onlara yalnız yalan vədlər verir. (Nisa surəsi, 120)

... Şübhəsiz ki, Şeytanın hiyləsi zəifdir! (Nisa surəsi, 76)

Quranda imanı tam olaraq qavramadıqları bildirilən insanlar isə, ağıllarını və vicdanlarını lazımi kimi istifadə etmədiklərinə görə, şeytanın bu tələsinə asanlıqla düşə bilərlər. Çünki bu insanlar dilləri ilə iman etdiklərini söyləyən, amma əslində qəlblərində imanın dərinliyini yaşamayan kəslərdir. Buna görə Allahın rizasını və cənnətini deyil, dünya həyatının keçici bəzəklərini əldə etməyi hədəfləyərlər. Məqsədlərinin əslində möminlərdən tamamilə fərqli olmasına görə şeytanın çağırdığı həyatı cazibəli görər, onun səsinə razılıq verərlər. Halbuki, şeytan hər mövzuda olduğu kimi, bu mövzuda da insanları yalnız mənasız aldanışa və sonsuz əzab yurdu olan cəhənnəm atəşinə çağırır.

Səmimi möminlər isə, həyatlarını Quran əxlaqı yönündə qurduqları üçün şeytanın özlərinə hansı tələlərlə yanaşacağını, qurduğu hiylənin əslində nə qədər zəif olduğunu çox yaxşı bilən insanlardır. Bu səbəblə, şeytanın şövqlərini qırmasına əsla izn verməzlər. Quranda möminlərin bu mövzuda göstərdiyi qərarlı və səmimi davranışı belə bildirilmişdir:

Əgər sənə Şeytandan bir vəsvəsə gəlsə, Allaha sığın. Şübhəsiz ki, Allah eşidəndir, biləndir! Allahdan qorxanlara Şeytandan bir vəsvəsə toxunduğu zaman onlar xatırlayıb düşünərlər və dərhal görən olarlar. Öz qardaşlarını azğınlığa sürükləyər, sonra da əl çəkməzlər. (Əraf surəsi, 200-202)
(harun yahya Quranda şövq vƏ hƏyƏcan)