Həyatlarının sonuna qədər Allaha sadiq qalmalarından...

İnsanlar həyatı boyunca özlərinə maddi və ya mənəvi baxımdan mənfəət verən bir çox fürsətlə qarşılaşa bilərlər. Belə bir vəziyyətdə bir çoxları mənfəət əldə etmək ümidi ilə o ana qədər dəyər verdiyi hər şeydən, hətta sevdiklərindən belə asanlıqla imtina edə bilər. Əvvəlində əsla heç bir şeyə dəyişməyəcəklərini söyləyib uğrunda bir çox çətinliyə dözdükləri və şövqlə sarıldıqları bütün mövzular bir anda bu kəslər üçün bütün əhəmiyyətini itirə bilər. Bu ziddiyyətin səbəbi isə onların "həqiqi sədaqəti" yaşamamalarıdır. Bəzən sadə bir mənfəət ümidi və ya önlərinə çıxan kiçik bir çətinlik belə onları asanlıqla sədaqətsizliyə sürüyə bilər.

Sədaqəti ən mükəmməl şəkildə yaşayan insanlar isə möminlərdir. Onlar Allaha iman edər və sonsuzadək Ona sadiq qalacaqlarına dair söz verərlər. Dünya həyatında qarşılaşa biləcəkləri heç bir şeyin Allahın rizasını qazanmaqdan daha qiymətli ola bilməyəcəyini bilərlər. Çünki sadiq olmağa ən layiq olanın yalnız uca Allah olduğunu qavramışlar. Onların sədaqətlərindəki bu qərarlılığa Quranda belə diqqət çəkilmişdir:

Möminlər içərilərisində elələri də vardır ki, Allaha etdikləri əhdə sadiq olarlar. Onlardan kimisi şəhid olmuş, kimisi də gözləyir. Onlar əsla dəyişməzlər ki, (Əhzab surəsi, 23)

O kəslər ki, Allaha verdikləri vədi yerinə yetirir və əhdi pozmurlar. (Rəd surəsi, 20)

Möminlərin Allaha olan bu sədaqəti eyni zamanda onların dinə nə qədər şövqlə bağlandıqlarının da dəlilidir. Çünki heç bir dünya mənfəəti, maddi və ya mənəvi heç bir çıxar təklifi onları Allaha olan bağlılıqlarından və sədaqətlərindən döndərə bilməz. Yenə heç bir şey onlara Allahın rizasını qazanmaqdan daha sevimli və cazibəli gəlməz. Allaha olan sədaqətləri onları daim şövqlə dinə xidmət etməyə və Allahın rizasını qazanacaq işlər görməyə yönəldər. Quranda inananların bu sədaqətini belə dilə gətirdikləri bildirilir:

De: “Mənim namazım da, ibadətim də, həyatım və ölümüm də aləmlərin Rəbbi Allah üçündür! (Ənam surəsi, 162)

Allah onların bir ömür boyu şövqlə sədaqət göstərmələrinə qarşılıq onları mükafatlandıracağını bildirərək müjdələyir:

Allah doğruları doğruluqlarına görə mükafatlandırsın, münafiqlərə də istəsə, əzab versin, yaxud onların tövbələrini qəbul buyursun. Həqiqətən, Allah bağışlayandır, rəhm edəndir! (Əhzab surəsi, 24)
(harun yahya Quranda şövq vƏ hƏyƏcan)