Hər an Allahın rizasının ən çoxunu axtarmalarından...

Allah Quran ayələri ilə bütün insanlara necə bir əxlaqdan və necə bir həyat şəklindən razı olacağını bildirmişdir. Allahın bu əmrini ən gözəl şəkildə yerinə yetirənlər yalnız "möminlər"dir. İnsanların böyük əksəriyyəti isə, Allahın bəyəndiyi həyat şəklindən xəbərdar olmalarına qarşı bunu göz ardı edərlər. Çünki bu insanların Allahın rizasını qazana bilmək kimi bir hədəfləri yoxdur. Möminlər üçün isə, Allahın rizasını və sevgisini qazana bilmək hər şeyin üzərində və hər şeydən əhəmiyyətli bir mövzudur. Bu səbəblə, Quranda bildirilən hər ayəyə çox ciddi şəkildə əməl edərlər. Bu mövzuda həyatı boyunca bir an belə əvəz verməmələri də onların şövqlərini göstərən əhəmiyyətli bir dəlildir. Belə ki, Allahın rizasını qazanmaq uğrunda nəfslərinə çətin gələn bir vəziyyətlə qarşılaşsalar, onlar yenə də bu mövzuda azacıq da olsun qorxaqlıq göstərməzlər. Əksinə, ən çətin görünən işləri belə böyük bir şövqlə yerinə yetirərlər.

Möminlərin Allahın rizasını qazanmaq mövzusunda nə qədər şövqlü olduqlarını göstərən digər bir diqqəti cəlb edən davranışları da onların həmişə "Allahın rizasının ən çoxunu" axtarmalarıdır. Bunun mənası möminlərin bir çox seçimlə qarşı-qarşıya olduqları vəziyyətlərdə bunların arasından Allahın ən çox razı olacağını ümid etdiklərini seçmələridir. Bu mövzudakı ölçüləri isə, Quran ayələri və vicdanlarıdır.

Allah Quranda inananlara ən xeyirli və Allah qatında məqbul olan həyat şəklini bildirmiş və beləcə, onlara Öz rizasının ən çoxunu qazanmağın yollarını göstərmişdir. Bundan başqa, möminlərin daxilən həyatlarının sonuna qədər bir an belə ara vermədən onlara ən doğru və ən xeyirli olanı göstərən vicdanları vardır. Vicdan insanı həmişə Allahı razı etmək üçün yönəldən bir nemətdir. Şövq sahibi olan insanlar da Qurana və vicdanlarının səslərinə ən gözəl şəkildə tabe olub həmişə Allahın ən razı olacağı şəkildə hərəkət edənlərdir.

Möminlərin bu mövzudakı şövqlərinə belə bir nümunə verə bilərik: Allah "Bəndələrimə de: “gözəl sözlər söyləsinlər..." (İsra surəsi, 53) ayəsi ilə insanların bir-birlərinə "sözün ən gözəlini" söyləmələrini bildirmişdir. Yalnız gözəl bir söz söyləmək də insanlara Allahın rizasını qazandıran bir rəftardır. Ancaq "sözün ən gözəlini söyləmək" insana Allahın rizasının ən çoxunu qazandıran, Allah qatındakı əcrini çox artıran bir davranışdır. Çünki Allah Quranda bu rəftarın daha xeyirli olduğunu bildirmişdir.

Bunun kimi yenə Allah ayələrdə edilən bir pisliyə misli qədər qarşılıq verilməsinə, ancaq bağışlamağın və qarşı tərəfə nümunəvi rəftar göstərib onu islah etməyin daha xeyirli bir davranış olduğuna belə diqqət çəkmişdir:

Hər hansı bir pisliyin cəzası onun özü kimi bir pislikdir. Bununla belə hər kəs bağışlasa və barışsa, onun mükafatı Allaha aiddir. Həqiqətən, O, zalımları sevməz! (Şura surəsi, 40)

Ayədəki ifadədən də aydın olduğu kimi, insana etdiyi pisliyin qarşılığını vermək Allahın rizasını qazanmağa uyğun bir davranışdır. Ancaq buna baxmayaraq bağışlayıb əfv etmək Allah qatında məqbul olan və insana Allahın rizasının ən çoxunu qazandıran bir rəftardır. İnsanın haqlı olduğu durumda da pislik gördüyü birisini qəzəbini boğub bağışlaması üstün bir əxlaqın göstəricisidir. Çünki belə bir vəziyyətdə insan yalnız Allahın rizasını lap çox qazanmaq üçün nəfsinin istəklərinə üstün gəlir və gözəl bir səbr göstərib yumşaq davranırlar. Bu insan "Əlbəttə, hər kəs səbr edib bağışlasa, çox bəyənilən əməllərdəndir!" (Şura surəsi, 43) ayəsi ilə də bildirildiyi kimi, səbr etməyin və bağışlamağın daha xeyirli olduğunu bilir.

Şövqlü insanların fərqliliyi həmişə ən xeyirli olan davranışları əsla qorxmadan və zəiflik göstərmədən seçmələri ilə ortaya çıxar. Hər hansı bir mühitdə olmalarından asılı olmayaraq onlar Allahın rizasının ən çoxunu axtarmaqda qərarlılıq göstərərlər. Müsəlmanların imanlarından qaynaqlanan bu şövqlərinə qarşılıq Allah onları qurtuluşa çatdıracağını, qaranlıqlardan nura çıxaracağını və doğru yola çatdıracağını bildirərək onlara müjdə verir:

Allah Onun rizasını arayan şəxsləri əmin-amanlıq yollarına yönəldir, onları Öz izni ilə zülmətlərdən nura çıxarır və düz yola yönəldir. (Maidə surəsi, 16)
(harun yahya Quranda şövq vƏ hƏyƏcan)