Çətinliklər qarşısında daha da şövqlənmələrindən...

Möminlərin imanlarını və şövqlərini göstərən ən əhəmiyyətli dəlillərdən birinin də çətinlik zamanında göstərdiyi davranış olduğuna toxunduq. Möminlərin bu mövzuda diqqəti cəlb edən bir başqa xüsusiyyəti də çətinlik anlarında heç bir şəkildə qorxmadıqları kimi, əksinə, şövqlərini daha da artırmalarıdır. Şövqlərindəki bu artımın ən əhəmiyyətli səbəbi bu vəziyyətin Allahın bir vədi olduğunu bilmələridir.

Allah "Sizdən əvvəlkilərin başına gələnlər sizin başınıza gəlməmiş behiştə daxil olacağınızımı güman edirsiniz?..." (Bəqərə surəsi, 214) ayəsi ilə keçmişdə yaşamış mömin birliklərinin sınandığı çətinliklərlə imtahan edilmədən insanların cənnətə girə bilməyəcəklərini bildirmişdir. Dolayısı ilə, möminlərin çətinlik və sıxıntılarla qarşılaşmaları Allahın dəyişməz qanununun dinin bir gərəyidir. Digər bir sözlə, bu şəkildə sınanmaları möminlərin əhəmiyyətli bir xüsusiyyətidir.

Allahın razı olduğu bir insan ola bilmək insanın Quranda bildirilən ayələrin hamısını birdən qarşılaşdığı hadisələrdə tətbiqi ilə mümkündür. Bu səbəblə, möminlər Allahın peyğəmbərlərə, onlarla birlikdə olan möminlərə və tarix boyunca gəlib-keçmiş bütün inananlara yaşatdığı bu ayələrin öz üzərlərində də təcəlli etməsini istəyərlər. Əlbəttə, özlərini bilərək bir çətinliyə atmazlar, lakin çətinliklərlə qarşılaşdıqlarında bu, onların şövqlərinin daha da artmasını və imanlarının daha da güclənməsini təmin edər.

Möminlərdəki bu şövq artımının bir başqa səbəbi isə, dünya həyatındakı çətinliklərin onların axirətdəki əcrlərini artırıb mövqelərini yüksəldəcəyini ümid etmələridir. Çünki çətinliyə baxmayaraq Allaha sadiq qalar, ruhdan düşmədən "Bu, Allahın və Peyğəmbərinin bizə olan vədidir. Allah və Peyğəmbəri düz buyurmuşlar!" (Əhzab surəsi, 22) deyənlərdən olarlar.
(harun yahya Quranda şövq vƏ hƏyƏcan)