Allahın rizasını ümid etdikləri hər işi sevinc və nəşə ilə yerinə yetirmələrindən...

Möminlərin şövqlərini ifadə edən bir başqa xüsusiyyətləri də Allahın rizasını qazanmaq və dinə xidmət etmək məqsədi ilə etdikləri hər işi sevinc və nəşə ilə yerinə yetirmələridir. Onların yaşadığı bu nəşə "iman nəşəsi"dir. İman nəşəsi qəlblərində gerçək imanı yaşamayanların heç bir şəkildə təqlid edə bilmədiyi, daxildən gələn səmimi bir nəşədir. Çünki bu, iman etməkdən qaynaqlanan, Allahın rizasını, rəhmətini və sonsuz cənnət həyatını ümid etməyin verdiyi bir nəşədir.

Allaha və axirətə qəti bilgi ilə iman etməyən insanlar belə bir sevinci yaşaya bilməzlər. Onlar nəşəni ancaq özlərinə mənfəət verən mövzularda biruzə verə bilərlər ki, bu da əslində cahiliyyə insanlarının yaşadığı nəşə anlayışının bir bənzəridir. Çünki cahiliyyə cəmiyyətində insanlar ancaq mənfəət ümid etdikləri işlərə görə nəşəyə qapılarlar. Ancaq bu keçib-kedən bir nəşədir. Mənfəət itkisi kimi bir vəziyyət nəşənin itirilməsi üçün kifayətdir.

İmanı qəlblərinə lazımi kimi yerləşdirməyənlər əgər Allahın rizasını qazanmaları nəfslərinə çətin gələn bir iş etmələrini tələb edirsə, bu vəziyyətdə bütün nəşələrini itirərlər. Bundan başqa, bu işi könülsüz halda yerinə yetirərək istəksiz və şövqsüz olduqlarını ifadə etməyə çalışarlar. Çünki onlar qarşılığında maddi bir qazanc görmədikləri və ya hər hansı bir ödəniş almadıqları işə xərclənən zamanı boşa keçən bir vaxt kimi qiymətləndirərlər. Allahın rizasını qazanmağın görülən bütün qarşılıqların ən gözəli və ən qiymətlisi olduğunu düşünməzlər. Bu səbəblə, sanki böyük bir külfət yüklənmiş və böyük bir fədakarlıq etmiş kimi bir davranış göstərərlər. Odur ki, möminlərin şövqlərindəki fərqlilik də bu nöqtədə ortaya çıxar. Görülməsi gərəkən işin çətin və əziyyətli olmasına baxmayaraq, onlar nəşələrindən heç bir şey itirməzlər. Çünki möminlər Allaha könüldən, yəni istəyərək və sevərək qulluq edərlər. Onun rizasını qazandıran saleh bir əməli də eyni şəkildə könüldən gələn bir şövqlə yerinə yetirərlər. Budur, bu şövq də onların davranışlarına sevinc və nəşə kimi əks olunar.
(harun yahya Quranda şövq vƏ hƏyƏcan)