Qəlbində xəstəlik olanların şövqsüzlüyünə görə təsirlənməmələrindən...

Kitabın əvvəlində hər insanın Allaha olan imanının və yaxınlığının eyni olmadığına toxunub Allaha könüldən bağlananların olduğu kimi, qəlbində xəstəlik olan insanların da olduğuna diqqət çəkmişdik. Möminlərin arasında yaşadıqları halda həqiqətdə iman etməyən bu insanlar dilləri ilə "iman etdiklərini" söyləyər, lakin həyatlarında bu sözlərini təsdiq edən davranış göstərməzlər. İmanlarındakı bu zəiflik səbəbi ilə də Allahı razı etmək və dini gərəyi kimi yaşamaq mövzusunda son dərəcə şövqsüz olarlar. Bu insanlar öz şövqsüzlükləri səbəbi ilə həm sözləri, həm də davranışları ilə iman edənlərin şövqlərini qırıb onları ruhdan salmağı istəyə bilərlər.

Ancaq həqiqətən inananlar nə bu sözlərdən, nə də davranışlardan təsirlənməzlər. Çünki onlar Allahın "Sən səbr et. Şübhəsiz ki, Allahın vədi haqdır. Qoy qəti inanmayanlar səni etinasızlığa sövq etməsinlər" (Rum surəsi, 60) ayəsi ilə bildirdiyi kimi, ətraflarındakı bəzi insanların bu şövqsüzlüklərinin əslində qəti bir bilgi ilə inanmamalarından qaynaqlandığını bilərlər. Bu səbəblə, şövqlərini itirmədikləri kimi, əksinə, bu kəslərin dinə xidmət etmədiklərini, Quran əxlaqının yayılması üçün heç bir səy göstərmədiklərini gördükcə möminlərin mübarizə əzmi daha da artar. Həm onlara nümunə olub Quran əxlaqını xatırlatmaq, həm də özləri doğru olanı ən gözəl şəkildə yaşamaq üçün daha da şövqlənərlər.

Dəyərli böyük İslam alimi Bədiüzzaman Səid Nursi Allah rizası üçün səmimi səy göstərənlərin şövqsüz insanlara necə yanaşdıqlarını bir sözündə belə ifadə etmişdir:

"Başqalarının füturu (zəifliyi) və çəkilməsi əhli-himmətin şövqünü, səyini çoxaltmağa səbəbdir. Çünki gedənlərin vəzifələrini bir dərəcə yerinə yetirməyə özünü məcbur bilər və bilməlidirlər". (Qastamonu əlavəsi, səh 37)

Bədiüzzamanın yuxarıdakı sözü ilə ifadə etdiyi kimi, qəlbində xəstəlik olanların dinə xidmət etməkdən qaçdıqları hər düşüncələrində saleh möminlər dinə daha böyük şövqlə xidmət edərlər.

Şövqsüz insanların Quran əxlaqını yaşamaqda və insanlara bildirməkdə göstərdikləri zəiflik üzərlərində böyük bir məsuliyyət olduğunu bir daha yenə xatırladar. Zəif insanların gözəl əxlaqı yaşamaqdakı istəksizliyini görmək möminlərin daha gözəl bir əxlaq göstərmələrinə vəsilə olar. Qəti bilgi ilə iman etməyənlərin Allaha və elçilərinə olan itaətsizliklərinə qarşılıq inananlar həmin an "eşitdik, itaət etdik" deyərək itaətli bir rəftar göstərərlər.

Qəlbinə imanı yerləşdirməyənlər bunlar kimi daha bir çox mövzuda möminlər üçün (istəmədən də olsa) xeyirə vəsilə olarlar. Amma heç bir şəkildə şövqsüzlükləri ilə möminlərə mənfi yöndə təsir edə bilməzlər. Çünki müsəlmanlar şövqlərini və imanlarını birlikdə olduqları insanların davranışlarına görə deyil, Allahın rizasını qazanmağa görə nizamlayarlar.

Bundan başqa möminlər onların din mövzusundakı zəifliklərini görməsələr də, yenə də Allahın əmrlərini yerinə yetirmək mövzusunda ən çox şövqü göstərərlər. Ancaq onları görmək möminlərə bir növ xatırlatma kimidir və bunu xeyir kimi düşünərlər. Zəiflik göstərən insan bu davranışı ilə öz axirətini göz ardı edərkən bir tərəfdən də fərqinə varmadan saleh möminlərin şövqünü qamçılamış, onları təşviq etmiş olur.
(harun yahya Quranda şövq vƏ hƏyƏcan)