İNANANLARIN HƏYƏCANI NECƏ OLUR?

Həyəcan anlayışı Quran əxlaqından uzaq cəmiyyətlərdə bəzi hadisələr qarşısında yaşanan stress, təlaş, daxili sıxıntı kimi duyğuları ifadə edir. Bu həyəcan insana həzz deyil, əksinə, çətinlik və sıxıntı verən bir duyğudur. Müsəlmanların həyəcanı isə, Allahın sənətinə qarşı duyduqları, özlərinə verilən nemətlər üçün hiss etdikləri və sonsuz cənnət həyatını ümid edərək yaşadıqları coşğu hissidir.

Din əxlaqını yaşamayan insanların bu sıxıntılı hissləri yaşamaqlarının əsas səbəblərindən biri "təvəkkülsüzlük"dür. Təvəkkül "Allahı özünə vəkil etmək və yalnız Ona güvənib dayanmaq"dır. Cahiliyyə insanları Allahın böyüklüyünü qavrayıb təqdir edə bilmədiklərinə görə daxilən belə bir güvən və təslimiyyət yaşamazlar. Allahı vəkil etmək əvəzinə özlərinə heç bir fayda verməyən şeylərdən mədət umarlar. Bu səbəblə, qorxularından və cahiliyyə həyəcanlarından həyatı boyunca xilas ola bilməzlər.

Möminlər isə, Allaha olan təvəkkülləri sayəsində cahiliyyə cəmiyyətinin yaşadığı bu sıxıntılı duyğulardan tamamilə ayrılmışlar. Onlar Quranda məqbul olmasına diqqət çəkilən iman həyəcanını ən dərin şəkildə yaşayan kəslərdir. Çünki gördükləri hər görüntünün bir hikmətlə yaradıldığını bilən və bu hikmətləri görə bilmək üçün üzərlərində dərin düşünən insanlardır.

Vicdanlarından ən gözəl şəkildə istifadə edərək düşündüklərinə görə, ən incə detallarda gizlənən hikmətləri də asanlıqla görərlər. Buna görə də eyni hadisəyə qarşı cahiliyyə insanlarından daha çox həssas davranar, gözəlliklərdən daha çox zövq alar və daha dərin bir həyəcan hiss edərlər. İman edən bir insan gördükləri qarşısında şövq və həyəcan içində olar, çünki yoxdan yaradıldığını və belə rəngli yüz minlərlə, milyonlarla yaradılış möcüzəsinin olduğu bir dünyaya gəldiyini bilər, bunun həyəcanını duyarlar. Hər baxdığı yerdə Allahın bənzərsiz sənətini görər: kainat, ulduzlar, səma, günəş, ay, kəpənəklər, quşlar, milyonlarla heyvanlar, bitkilər, meyvələr və s. Mömin bütün bunlar qarşısında həyəcan duyar.
(harun yahya Quranda şövq vƏ hƏyƏcan)