Yaxşıları qorumaq mövzusunda duyduqları şövq

Allah "Sizə nə olub ki, Allah yolunda: “Ey Rəbbimiz, bizi əhalisi zalım olan bu şəhərdən kənara çıxart, bizə öz tərəfindən mühafizəçi göndər, yardımçı yolla!” – deyə dua edən aciz kişilər, qadınlar və uşaqlar uğrunda vuruşmursunuz?" (Nisa surəsi, 75) ayəsi ilə zülm altında olub bir xilaskar gözləyən insanların durumuna diqqət çəkmişdir. Bu ayənin bir gərəyi kimi öz haqlarını qoruya bilməyən günahsiz insanları qorumaq, onlara kömək etmək, onları təhlükəsizliyə qovuşdurmaq möminlərin vicdani bir məsuliyyətidir.

Bu məsuliyyətlərinin şüurunda olan müsəlmanlar yalnız iman etdikləri üçün, əziyyət görən insanları zülmdən qurtara bilmək mövzusunda daxilən böyük bir istək və şövq duyarlar. Güclü bir vicdana və yenə həssas bir ədalət anlayışına sahib olmaları səbəbi ilə günahsız insanların əziyyət çəkməsinə əsla göz yummazlar. Maddi-mənəvi bütün imkanlarını ortaya qoyaraq onlara kömək edərlər. Daxilən keçirdikləri şövq və həyəcan hissləri onlara bu yöndə böyük cəsarət və güc qazandırar.

Allahın möminlərə yüklədiyi bir başqa məsuliyyət də pisliklərə qarşı mübarizə aparmaq, insanları pis işlərdən çəkindirməkdir. Möminlər bu mövzuda da şövq içindədirlər; çünki pislərə qarşı mübarizə aparmaq, yer üzündə zülmü ortadan qaldırmaq, sülh və güvənlik mühitini meydana gətirmək insanlıq adına edilən ən böyük və ən şərəfli xidmətlərdən biridir. İnananların pislikdən çəkindirmək məsuliyyətlərini yerinə yetirmələrinin əhəmiyyətinə Quranda belə diqqət çəkilmişdir:

Onlar özlərinə verilən öyüdü unutduqları zaman Biz də (onları) pislikdən çəkindirinlərə nicat verdik, zülm edənləri isə itaətdən çıxdıqları, günah işlədikləri üçün şiddətli bir əzabla məhv etdik. (Əraf surəsi, 165)
(harun yahya Quranda şövq vƏ hƏyƏcan)