MÖMİNLƏRİN CƏSARƏTİ

Nəticə

İnsan bu dünyada çok qısa müddət yaşayır. Əsl yaşayacağı yer sonsuz axirət həyatıdır. Sonsuz həyatda cənnətə layiq qul olmaq üçün bu dünyada Allahın rizasını qazanmalıdır. Allah isə insanlardan Özünə qulluq etmələrini və əmr etdiyi gözəl əxlaqı yaşamalarını istəyir.

Allahın tövsiyə etdiyi gözəl əxlaq xüsusiyyətlərindən biri də Allah yolundakı fikri mücadilədə möminlərin göstərdikləri cəsarətdir. Allahın əmr etdiyi gözəl əxlaqın yaşanmasında və yaşadılmasında böyük cəsarət göstərən peyğəmbərlər və ətraflarındakı möminlər özlərindən sonra gələn müsəlmanlara çox gözəl nümunədirlər. Bu gün yaşayan müsəlmanlar Quranda peyğəmbərlərin mücadilələri ilə əlaqədar olan qissələrdən nümunə götürməlidirlər.

Qurana uyğun cəsarət insanı bir çox maddi-mənəvi qazancla təmin edir. Əvvəla insan qərarlılıqla Allah rizasına uyğun hərəkət edirsə vicdanı çox rahat olur. Vicdanı rahat olduğu üçün də firavan yaşayır.

Allahın əmr etdiyi gözəl əxlaqı insanlara təbliğ etməkdə cəsur olan möminlər inkarçıların tələlərinə, təzyiqlərinə, böhtanlarına fikir vermirlər. Allahın əmrini yerinə yetirəcək çox güclü imana sahib olurlar.

Şəxsiyyətləri ilə bütün insanlara nümunədirlər. İman etməyənlər belə, möminlərin bu şövqündən, həyəcanından, cəsarətindən təsirlənir, onlara qarşı qısqanclıqla bərabər paxıllıq edirlər. Qısası, möminin qərarlılıq və cəsarəti yer üzündəki bütün insanlara nümunədir.
*************

Cəsarət insanın Allahın rizasını qazanmasına və Quran əxlaqını yaymasına daha güclü təsir edir. Mömin inkarçıların qarşı gəlməsinə baxmayaraq, təbliğ edərək daha da şövqlənir və böyük həyəcanla Quran əxlaqını yaymağa davam edir.

İnkarçıların təzyiqlərinə baxmayaraq, gözəl əxlaqı yaymaq hər müsəlmanın vəzifəsidir. Əks halda Allahın “Sizə nə olub ki, Allah yolunda: “Ey Rəbbimiz, bizi əhalisi zalım olan bu şəhərdən kənara çıxart, bizə öz tərəfindən mühafizəçi göndər, yardımçı yolla!” – deyə dua edən aciz kişilər, qadınlar və uşaqlar uğrunda vuruşmursunuz?” (Nisa surəsi, 75) ayəsində keçən əmrini yerinə yetirməmiş olacaqlar. Halbuki vicdan sahibi hər insan həm özünə, həm də başqalarına kifayət edəcək qədər imana və mənəvi gücə sahibdir. Haqsız yerə öldürülən, təzyiq edilən, zülm görən, dünyada və axirətdə əzaba düçar olan insanların yaşadığı dünyada öz mənfəətlərinin arxasınca qaçmaq heç bir möminə yaraşmaz.

Bu vəziyyətdə vicdan sahibi hər müsəlman cəsarətini artırmalı, cəsarətini azaldan nə varsa təsbit etməli, Allah qorxusu və imanla möhkəmlənməlidir. Çünki bu dünya həyatı “axirət həyatı ilə müqayisədə çox cüzi bir şeydir” (Rad surəsi, 26).

Bir göz qırpımı qədər olan dünyada cəsur davranmamaq, Allahın əmrlərinə qarşı qərarlı olmamaq, şübhəsiz, axirətdə böyük peşmançılığa səbəb olacaq.

Bundan başqa unutmamaq lazımdır ki, Quran əxlaqını yaşamaq üçün tələb olunan cəsarətlə əlaqədar gözəl nümunələr var. Şanlı Türk Milləti tarix boyu dünyaya nümunə olacaq şəkildə yaşamış şərəfli tarixə sahibdir. Qətiyyətləri və güclü xarakterləri ilə dörd qitəyə ədalət aparmış, getdikləri hər yerdə sevinclə qarşılanmış bir dövlətin övladı olmaq böyük qürurdur. Millətimiz keçmişdə olduğu kimi bu gün də Quran əxlaqını yaşamaq və yaşatmaqda cəsarət göstərir. Çünki millətimizin hər fərdi bir göz qırpımı qədər olan dünyada cəsur davranmasalar axirətdə böyük peşmanlıq keçirəcəyini bilir.

Allahdan qorxan iman sahibi Türk Millətinin fərdləri üçün bu cür peşmanlığı qəbul etmək mümkün deyil.
(harun yahya MöminlƏrin cƏsarƏti)