Fədakarlıqdan Qaçmaq Üçün Qarşıya Qoyulan Bəhanələr



Quran əxlaqının lazımlığını bildikləri halda fədakarlıqdan qaçan kəslər, bu rəftarlarının səhv olduğunun fərqindədirlər. Ancaq imanlarının zəifliyi səbəbiylə bu mövzuda lazım olan iradə və vicdanı istifadə edib, davranışlarını dəyişdirməzlər. Yaşadıqları iman zəifliyi, insanların məmnuniyyətini Allahın razılığından daha üstün tutmalarına səbəb olar. Allahın ürəklərindəki zəifliyi, iman və vicdanı zəifliyini bilməsini əhəmiyyətli görməz, ətraflarındakı insanları səmimi olduqlarına inandırmağı kafi görərlər. Fədakarlıqdan qaçmalarını, məqbul və qanuni göstərə bilmək üçün səmimiyyətsiz bəhanələrin ardına sığınarlar. Əslində `bütün səmimiyyətləriylə fədakarlığa talib olmağı, hər cür məsuliyyəti boynuna götürməyi istədikləri ancaq müxtəlif bəhanələrin buna mane olduğu` təəssüratını verməyə çalışarlar. Bu, eyni zamanda öz vicdanlarını rahatlaşdırmaq üçün də istifadə etdikləri üsuldur.

Qarşıya qoyduqları bəhanələrin etibarsızlığını, həqiqətən istəmiş olsalar mütləq bir yol tapacaqlarını çox yaxşı bilmələrinə baxmayaraq, bunlara özlərini inandırmağa çalışarlar. Bu vəziyyətdə vicdanlarının səsini bir az olsun dinləyərək, öz mənfəətləri istiqamətində hərəkət edə biləcəklərini, məsuliyyət götürməkdən qaçaraq rahat bir həyat yaşaya biləcəklərini sanarlar. Halbuki əlbəttə ki bu mümkün olmaz.

Vicdanları, Allahın razılığına uyğun gəlmədikləri, Quran əxlaqına uyğun hərəkət etmədikləri hər an, onlara bu gerçəkləri xatırladar. Çünki özləri də davranışlarının gerçək mənasını və Qurandakı hökmünü bilməkdədirlər. Ancaq Allahın razılığına uyğun davranışa yanaşmamaları və üzərlərinə düşən məsuliyyəti fərq etdikləri halda bundan üz çevirmələri isə, bu kəslərin dünyada və axirətdə böyük bir məsuliyyət yüklənmələrinə səbəb olar.

Qarşıya qoyduqları bəhanələrdə diqqət yetirdikləri ən fundamental xüsusiyyətlərdən biri isə, bunların ola bildiyincə 'günahsız və inandırıcı' görünməsidir. Bu bəhanələr mümkün olduğunca insanların vicdanlarına xitab edə bilməli, həqiqətən istədikləri halda imkanlarının qeyri-kafiliyi səbəbiylə məsuliyyət boynuna götürə bilmədikləri mövzusunda razı salıcı olmalıdır. Bu mövzuda isə Quran əxlaqının yaşanmadığı cəmiyyətlərdə ümumiyyətlə ən çox qəbul görən və hətta şəfqət mərhəmət oyandıracağını düşündükləri üsul və bəhanələri istifadə edərlər. Cahiliyyə inancları istiqamətində bir həyat yaşayan kəslərin ölçüləri Quran əxlaqı olmadığı üçün bu bəhanələr onlar arasında həqiqətən də məqsədinə çata bilər. Ancaq möminlər arasında belə bir vəziyyət söz mövzusu olmaz. Möminlər hər mövzuda Quran əxlaqını ölçü götürərlər. Quranda isə həm səmimi rəftarın, həm də orta bir yol tutan və öz mənfəətlərini Allahın razılığından üstün tutan insanların rəftarının necə olacağı təsvir edilmişdir. Bu səbəblə Müsəlmanlar bəhanələrin arxasına sığınaraq, fədakarlıqdan qaçmağa çalışanları, Allahın diləməsiylə ayırd edə bilərlər. Qəbul görəcəyini ümid edərək qarşıya qoyduqları bəhanələr, tam tərsinə bu kəslərdəki səmimiyyətsizliyin və iman zəifliyinin ortaya çıxmasına səbəb olar.



Xeyrlərdə yarışmaq yerinə, Quran əxlaqını səthi olaraq yaşayan bu kəslərin istifadə etdikləri bəhanələrin ən məşhur olanlarından biri "güclərinin çatmadığı" məntiqinə dayanandır. Gündəlik həyatda ağla gələ biləcək maddi mənəvi hər mövzuda bu bəhanəni istifadə edə bilərlər. Bu iddialarını etibarlı hala gətirə bilmək üçün isə ümumiyyətlə ürəklərinin təmiz olduğunu iddia edərək səmimiyyətlərini qarşıya qoyarlar. Hətta bu məqsədlə Allahın adına and içməkdən də heç çəkinməzlər. Quranda belə bir vəziyyətlə hereket edən səmimiyyətsiz insanların içində olduqları vəziyyət belə bildirilməkdədir:

Əgər o (dəvət olunduqları yürüş), asan əldə edilən mənfəət (dünya malı, yaxud qənimət) və orta (mənzilli) bir səfər olsaydı, onlar mütləq sənin ardınca gedərdilər. Lakin yorucu (məşəqqətli) məsafə (Təbuk səfəri) onlara uzaq gəldi. Bununla belə, onlar: “Əgər gücümüz çatsaydı, biz də sizinlə bərabər səfərə çıxardıq”, - deyə Allaha and içəcəklər. Onlar (yalandan Allaha and içməklə) özlərini həlak edirlər. Allah isə onların yalançı olduqlarını bilir. (Tövbə Surəsi, 42)

Ancaq ayədə də ifadə edildiyi kimi, həqiqətdə Allah bu kəslərin səmimiyyətsizliklərinə, yalan danışdıqlarına şahiddir. Hər şeydən əvvəl Quranın " Allah hər kəsi yalnız qüvvəsi yetdiyi qədər yükləyər (bir işə mükəlləf edər). Hər kəsin qazandığı yaxşı əməl də, pis əməl də özünə aiddir. (Möminlər deyirlər: ) “Ey Rəbbimiz, (bəzi tapşırıqlarını) unutduqda və ya yanıldıqda bizi cəzalandırma! Ey Rəbbimiz, bizdən əvvəlkiləri yüklədiyin kimi, bizi ağır yükləmə! Ey Rəbbimiz, gücümüz çatmayan şeyi bizə yükləyib daşıtdırma! Bizi əfv edib bağışla, bizə rəhm et! Sən bizim ixtiyar sahibimizsən (mövlamızsan). Kafirlərə qələbə çalmaqda bizə kömək et!” (Bəqərə Surəsi, 286) ayəsiylə heç kimin gücünün çatacağından çox məsul tutulmayacağı bildirilmişdir. Bunun əksin söyləmələri bu kəslərin ürəklərində xəstəlik olduğunu, əsl məqsədlərinin bu məsuliyyətdən qaçmaq olduğunu açıqca ortaya qoymaqdadır.

Quranda bu mövzuya, Talut adlı hökmdarın yanındakı möminlərin rəftarlarına dair bir nümunə verilmişdir. Allah bu kəslərə Talut adlı adamı hökmdar olaraq göndərmiş və onları bir çayla sınayacağını bildirmişdir. Özlərindən çayın suyundan içməmələri istənən bu insanların yalnız çox az bir qisimi Talutun özlərindən tələb etdiyi bu fədakarlığı göstərmişlər. Geri qalanlar isə, buradakı hikməti və xeyiri görə bilməmiş öz nəfslərinin istəklərindən yana rəftar etmişlər. Daha sonra da, yuxarıda ifadə etdiyimiz bəhanəyə dayanaraq, Talut ilə birlikdə mübarizə edə biləcək gücləri olmadığını söyləmiş və geri çəkilmişlər. Ayədə bildirildiyi kimi, 'Allahın köməyiylə az bir güc ilə də böyük müvəffəqiyyətlər əldə edilə biləcəyini' bilənlər isə, verdikləri sözdə dözümlülük göstərərək Taluta uyğun gəlmişlər. Quranda bu kəslərin vəziyyəti belə izah edilməkdədir:

Talut qoşunu ilə (öz yurdundan, Qüdsdən) ayrıldığı zaman (əsgərlərinə) dedi: “Allah sizi (axar) bir çay vasitəsilə imtahan edəcək. Kim onun suyundan içsə, o məndən (mənə tabe olanlardan) deyildir. Kim ondan dadmasa, dadsa da, bir ovucdan artıq içməsə, o məndəndir”! Lakin onların az bir qismi müstəsna olmaqla, (hamısı) o sudan içdi. O (Talut) və onunla birlikdə olan möminlər (çayı) keçdikdən sonra (düşmən qoşununu görüb) dedilər: “Bu gün bizim Calut (düşmən tərəfin hökmdarı) və onun qoşunu ilə vuruşmağa taqətimiz yoxdur”! (İçərilərindən) Allahın rəhmətinə qovuşacaqlarına (Allahın dərgahına qayıdacaqlarına) inanalar isə dedilər: “Neçə dəfə olub ki, az bir dəstə Allahın izni (iradəsi) ilə çox bir dəstəyə qalib gəlib! Allah səbr edənlərlədir!” (Bəqərə Surəsi, 249)
Fədakarlıqdan qaçmağa çalışan kəslər bəzən də əslində özləri heç istəmədikləri halda "şərtlərin onları bu vəziyyətə məcbur etdiyi" bəhanəsini qarşıya qoyarlar. Quranda havanın istiliyini bəhanə edərək Peyğəmbərimiz (s.ə.s.)la birlikdə fədakarlığa qatılmaqdan qaçmağa çalışan kəslərin rəftarları da bu vəziyyətin nümunələrindəndir:

(Təbuk döyüşündə iştirak etməyib) arxada qalanlar (münafiqlər) Allahın Rəsuluna qarşı çıxaraq (evdə) oturub qalmalarına sevindilər, Allah yolunda malları və canları ilə cihad etmək istəmədilər və (möminlərə): “Bu istidə döyüşə çıxmayın!” – dedilər. (Ya Peyğəmbərim!) De: “Cəhənnəm odu daha istidir!” Kaş biləydilər! (Tövbə Surəsi, 81)
Şübhəsiz ürəklərindəki səmimiyyətsizliyi gizləməyə çalışan bu kəslərin, belə bir bəhanənin qəbul olacağını düşünmələri necə böyük bir aldanış içərisində olduqlarını göstərməkdədir. Allah insanlara ancaq qaldıra biləcəkləri qədər məsuliyyət yükləyəcəyini, hər çətinliklə birlikdə asanlığı da yaratdığını bildirər. Allahın mömin qullarına daim kömək və dəstək edəcəyini bilən möminlərin belə bir bəhanənin səmimi olduğuna inanmaları əlbəttə ki söz mövzusu deyil. Havanı isti yaradan da, bu kəslərin qarşısına fədakarlıq və xidmət imkanı çıxaran da Allahdır.

Allah dilədiyi an havanı dəyişdirməyə ya da adamın istidən təsirlənməməsini təmin etməyə güc çatdırandır. Bu həqiqəti, səmimiyyətsizcə bəhanələrin arxasına saxlanan bu kəslər də bilməkdədirlər. Bunun yanında, eyni şərtlər altındakı digər Müsəlmanların bu vəziyyətə baxmayaraq fədakarlıqdan qaçmayıb məsuliyyəti tərəddüdsüz boyunlarına götürmələri, bu kəslərin səmimiyyətsizliklərini ortaya qoyan ayrı bir müqayisə imkanı meydana gətirməkdədir.

Söz mövzusu kəslər, özləri mübarizədən qaçdıqları kimi, "Bu istidə döyüşə çıxmayın" deyərək başqalarına eyni çağırışda olmuşlar, onları da fədakarlıqdan qaçmağa dəvət etmişlər. Bir qisimi isə “Onlardan (münafiqlərdən): “Mənə (döyüşə getməməyə) izin ver, məni fitnəyə salma!” – deyənlər də var. Bilin ki, onlar (özləri) fitnəyə düşmüşlər. Şübhəsiz ki, Cəhənnəm kafirləri bürüyəcəkdir!” (Tövbə Surəsi, 49) ayəsiylə bildirildiyi kimi, fədakarlığı və xidməti özləri üçün bir "fitnə" olaraq qiymətləndirmişlər. Ayənin davamında Allah, saxtakarlıqlarının ardında gizlənərək Peyğəmbərdən icazə istəyən bu kəslərin səmimiyyətsizliyini və əsl özlərinin fitnədə olduqlarını xəbər vermişdir.

Səmimiyyətsiz insanların ətraflarını razı salmaq üçün sığındıqları bir başqa bəhanə tərzi isə "dünya həyatının məşquliyyətlərini qarşıya qoymaları"dır. Yenə Peyğəmbərimiz (s.ə.s.) dövründə, Müsəlmanlara dəstək olmağa çağırıldıqlarında, fədakarlıqdan qaçmağa çalışan insanlar "evlərinin açıq olduğu" bəhanəsini qarşıya qoyaraq geridə qalmaq istəmişlər:

O zaman onlardan bir tayfa: “Ey Yəsrib (Mədinə) əhli. (Burada) sizin üçün duracaq bir yer yoxdur, (evinizə) qayıdın!” – demişdi. Başqa bir dəstə isə: “Evlərimiz açıqdır (kimsəsizdir, oğru girməsindən qorxuruq)” – deyə (geri qayıtmaq üçün) Peyğəmbərdən izin istəyirdi. Həqiqətdə evləri açıq (kimsəsiz) deyildi. Onlar ancaq (döyüşdən) qaçmaq istəyirdilər. (Əhzab Surəsi, 13)
Bu kəslər, Peyğəmbərin çağırışına uyğun gəldiklərində böyük bir çətinlik və təhlükə içərisinə girəcəklərini düşünərək, özlərini bu vəziyyətdən qurtara biləcək bəhanələr tapmağa çalışmışlar. Evlərində də özlərinə ehtiyac olduğunu, orada da məsuliyyətli olduğunu qarşıya qoymuşlar. Ancaq Allah onların yalnız 'yalan danışmaqda' olduqlarını bildirmişdir. Söz mövzusu kəslər, Allahın razılığının Peyğəmbərin çağırışına uyğun gəlməkdə, Müsəlmanlara dəstək olmaqda olduğunu əlbəttə çox yaxşı bilməkdədirlər. Ayənin davamında bildirildiyi kimi, əsl məqsədləri isə "məsuliyyətdən və fədakarlıqdan qaçmaq"dır.

Bu bəhanə tərzləri ağla gələ biləcək hər mövzuda ortaya çıxa bilməkdədir. Dünyada yaşayan köməyə möhtac insanların vəziyyətini bilən hər mömin, bütün bu problemlərin məsuliyyətini boynuna götürməsi və bu mövzuda əlindən gələni etməsi lazım olduğunu bilməkdədir. Bunun Quran əxlaqının, vicdan sahibi olmanın bir lazımı olduğununun fərqindədirlər. Ancaq daha əvvəl də ifadə etdiyimiz kimi, səmimiyyətsiz bir adam bu məsuliyyətdən qaçmaq ya da məsuliyyətlərini başqa insanların üzərinə atmaq üçün "gücünün çatmadığı, şərtlərin uyğun olmadığı, maraqlanması lazım olan başqa problemlərinin olduğu" bəhanələrinə sığınar. Bu məqsədlə bəzən sağlamlığını, bəzən üzərindəki məsuliyyətləri, bəzən də maddi ehtiyaclarını qarşıya qoyaraq, həqiqətdə özünü heç maraqlandırmadığını düşündüyü bu mövzular üçün imkan tapa bilmədiyini söyləyər. Həqiqətdə isə əsl məqsədləri qarşıya qoyduqları bəhanələrlə mübarizədən qaçmaq, bunu başqalarının üzərinə buraxmaqdır.

Onlar bu əxlaqı göstərib sözdə özlərini məsuliyyətdən qurtarmağa çalışarkən, insanlar zülm görməyə, mərhəmətsiz tətbiqlər və çətin şərtlər altında əzilməyə davam etməkdədir. Ancaq bu vicdansızlıq içərisindəki insanlar bu vəziyyətin fərqinə belə varmamaqdadırlar. Özlərinə görə belə mövzular üçün rahatlarını qaçırmaqdansa, dünya həyatının əyləncələriylə məşğul olmaq daha əhəmiyyətli və daha cazibədardır. Bunun yanında, eyni dünyagörüşünə sahib olan insanların da çox olması bu kəsləri aldatmaqdadır. Halbuki unudulmamalıdır ki axirətdə hər insan tək başına hesab verəcək. Allah " (Ya Rəsulum!) Sən (çətinliklərə, əziyyətlərə) səbr et. Şübhəsiz ki, Allahın (sənə verdiyi zəfər) vədi haqdır. Qoy (axirətə) qəti inanmayanlar səni etinasızlığa sövq etməsinlər. (Səni yüngül hesab edib yerindən oynatmasınlar, səbirsizliyə, səbatsızlığa sövq edərək öz fikrindən və amalından döndərib risaləti təbliğ etməkdən daşındıra bilməsinlər!)” (Rum Surəsi, 60) ayəsiylə bu cür insanlardan təsirlənib zəiflik göstərməmələri mövzusunda möminləri xəbərdar etməkdədir.

" (Ya Rəsulum!) Allah yolunda vuruş (cihad et). Sən yalnız özünə cavabdehsən, lakin möminləri də (cihada) təşviq et! Ola bilsin ki, Allah kafirlərin gücünü qırmış (sizi kafirlərin qəzəbindən saxlamış) olsun. Allahın qəzəbi (qəhri) də, əzabı da çox şiddətlidir!” (Nisa Surəsi, 84) ayəsiylə isə, Allah bu kəslərə çox əhəmiyyətli bir həqiqəti bildirmişdir. Allah, insanlardan gələcək bütün çətinlikləri aradan qaldırmağa qadirdir. Allaha güvənən bir kimsə, Allahın köməyiylə bütün çətinliklərin öhdəsindən gələ bilər. Ancaq bundan qaçdığı təqdirdə Allahın çətin əzabıyla qarşılaşa bilər ki, Allahın xaricində insanı bu çətin əzabdan qoruya biləcək başqa heç bir güc yoxdur. İnsanın bu həqiqəti yaxşı düşünərək Allah qorxusuyla səmimi davranmağa və Allahın razılığını hər şeyin üzərində tutmağa yönəlməsi lazımdır.
(məqalə harun yahya)