AXİR (Hər şey yox olandan sonra da var olan)

Əvvəl də, axır da, zahir də, batin də Odur. O, hər şeyi biləndir! (Hədid Surəsi, 3)

Allah kainatı yoxluqdan yaradıb və onu ən sonda yenə əvvəlki vəziyyətinə qaytaracaq, yox edəcəkdir. Yox olmayacaq heç bir əşya, ölümsüz olan heç bir canlı mövcud deyil. Dünyadaki bütün canlılar doğulur və ölürlər, hər şeyin bir ömrü, müddəti var. Halbuki, Quranda bildirildiyi kimi Allah əvvəldir, axırdır, yəni başlanğıcı olmadığı kimi sonu da yoxdur. Hər şey yox olduqdan sonra baqi qalacaq olan da Odur.

Ömrü və zamanı yaradan Allah maddəyə aid bütün bu xüsusiyyətlərdən uzaqdır. O, əvvəli və sonrası olmayandır. Sonsuzluğun sahibi, zamanın və məkanın üstündə olan Allahdır. Nəticədə kainat təkrar başlangıc nöqtəsinə dönəcək, canlı-cansız heç bir şey qalmayacaqdır. Yalnız Allahın varlığı baqi qalacaqdır. Allah bu həqiqəti Quranda bu cür bildirir:

(Yer) üzündə olan hər kəs fanidir (ölümə məhkumdur). Ancaq əzəmət və kərəm sahibi olan Rəbbinin zatı baqidir. (Rəhman Surəsi, 26-27)
(məqalə harun yahya)