Zərdab rayonunda 17 yaşlı oğlan özünü asaraq intihar edib

Azərbaycanın Zərdab rayonunda intihar hadisəsi baş verib. Gödəkqobu kənd sakini, 1993-cü il təvəllüdlü Mürşüdzadə Orxan Hasil oğlu dünən səhər saatlarında özünü yaşadığı evin həyətindəki tövlədə asıb. O. Mürşüdzadənin evin tək oğlu olduğu bildirilir. Məlumata görə, mərhumun atası Rusiyada olduğundan dəfn üçün onun geri dönməsini gözləyirlər.

İntiharın səbəbləri məlum deyil. Faktla bağlı Zərdab rayon Prokurorluğunda araşdırma aparılır.