Nokia N900

Nokia kompaniyası Maemo əməliyyat sistemi bazasında işləyən Nokia N900 modelinin göndərilməsinə başladı

Kompaniyanın verdiyi məlumata görə, bu gün yeni smartfonun rəsmi olaraq partnyor və riteylerlərə göndərişi başladı. Cihazın Nokia tərəfindən ilkin göndərilməsi oktyabr ayının sonlarında gözlənilirdi, lakin, kompaniya rəsmi təchiz etmə tarixini bir qədər uzatmaq qərarına gəldi. Nəzərinizə çatdırmaq istəyirik ki, Nokia N900 yan slayder form-faktorunda icra edilmiş, 3.5 düyümlük sensor ekranı, ARM Cortex-A8 prosessoru, QWERTY klaviatura malikdir və 32 GB quraşdırılmış yaddaş, GPS/ A-GPS, FM – transmitter, Bluetooth 2.1, WiFi və 5 Mpikselli Carl Zeiss optikalı və işıqdiodlu işartı ilə təchiz edilmişdir.
İlkin göndərişlər haqqında məlumatlardan əlavə olaraq, kompaniya, Maemo 5 bazasında işləyib hazırlanmış ОС Maemo 6-nın hazırlanıb, gələn il işıq üzü görəcəyi barədə məlumat vermişdi. Qeyd etmək lazımdır ki, Nokia N900 yeni OS-da işləyə bilməyəcəkdir. /Mobitel/