PrntDreams adlı bir firmanın hazırladığı cihaz dünyanın ən kiçik printeri olmaq iddiasındadır.

350 qramlıq ağırlığı olan və ciblərdə də rahat gəzdirilə bilən bu PrintBrush'un çalışma qaydası belədir: USB və ya blutuz texnologiyalarından faydalanaraq kompüterə qoşulan PrintBrush aldığı şəkil və ya digər sənədləri kağızın üzərində gəzdirilməklə rahatlıqla kağız üzərinə köçürdə bilir. Başqa printerlərdən fərqli olaraq bu printer dəftər, zərf və başqa printerlərin dəstəkləmədiyi kağızları da qəbul edir.

Bu məhsulun nə zaman satışa buraxılacağı hələ ki, məlum deyil.