6 sonuçtan 1 ile 6 arası

Xakerliyin tarixi haqqında

  1. #1
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Oct 2009
    Mesajlar
    2.189

    Xakerliyin tarixi haqqında

    Anonimliyin qorunması internet istifadəçilərini daha çox cəlb edir. Bu aləmin də ozunəməxsus dələduzları var.Bu dələduzlarsa, hamımızin adlarını eşitdiyi xakerlərdir. İlk xakerlər 1960-ci illərdə ABŞ-da yaranmışlar.Erkən vaxtlarda onlar yalnız telefon xətlərini qarışdırır, telefon şəbəkələrini çökdürürdülər. MİT ( Massachuets İnstitute of Technology) universitetində komputerler işləməyə başlayanda bir neçə tələbə bu nəhəng maşınlarin necə işlədiyini, iş prinsiplərini öyrənməyə başladılar. İlkin kompüterləri o vaxtın müəlliləri belə işlətməyə çətinlik çəkirdilər.Buna görə də həmin ağıllı tələbələr hack adlandırdıqları qısayol düymələr fikirləşib tapdılar.1969-cu ildə isə 2 tələbə - Denis Ritchie və Ken Thompson o vaxt üçün bu qısayol düymələrin ən yaxşısını - UNİX-i tapdılar. Məhz bu yolla xakerliyin əsasi qoyuldu.1984 - cü ildə Lex Luthor adlı xaker Lgion of Doom (LOD) adlı xaker qrupu yaratdı. O zaman üçün bu qrup ən yaxşi xakerlər kimi tanındı. Lakin qrup daxilində Erik və Phiber arasinda munasibətlər kəskinləşdi. Phiberin dostları ayrıca yığılaraq Masters of Deception (MOD) adlı başqa bir qrup yaratdılar. Növbəti iki il ərzində onlar bir-birlərinin kompüterlərini çökdürür, telefon xətlərini qarışdırırdılar.Nəhayət, iki illik virtual muharibənin sonunda Amerika Federal Təhqiqatlar idarəsi işə əl qoydu. Artıq həmin dövrlərdə indi tanıdığımız xakerlər formalaşmağa başladilar. 1988-ci ildə isə Robert Morris adlı xaker ozü yazdığı “Internet Worm” adli xak proqramı ilə 6000 şəbəkəyə bağli kompüter çökdürə bildi. Həmin vaxtlar üçün bu böyuk rəqəm demək idi. 1994-cü ildə rus mafiasının əlinə düşən gənc xaker Vladimir Levin qeyri-leqal yollarla mafianın hesabına 10 milyon dollardan çox pul köçürə bildi. Rəsmi qaynaqlarda isə bu yalnız 2,5 milyon dollar olaraq göstərilirdi. Xakerliyə yeni başlayanlarsa lamer adlanirlar. Onlar belə demək mümkünsə hələ təhlükəsiz olurlar.Kraker (cracker) adlanan bir digər qrupsa xakerlərin hazırladıqları hazır proqramlardan istifadə edirlər...

  2. #2
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Oct 2009
    Mesajlar
    2.189

    Re: Xakerliyin tarixi haqqında

    Xakkerler haqqinda

    Xakker - (Hacker ingilis sözüdür, hack- yarmaq, sındırmaq).
    Proqramlaşdırmanı çox gözəl bilən, komyuterlər üçün yeni proqramlar yaradan və ya onları dəyişdirən, kompyuter texnologiyaların təhlükəsiz fəaliyyətini təmin edə bilən insanlara deyilir.
    Xakkerlər həmçinin o şəxslərdir ki, onlar məişət texnologiyalarına məsələn radioqəbuledicilərə, printerlərə və ya çiləyici sistemlərə müdaxilə edirlər ki, onların fəaliyyətində maksimum rahatlıq əldə etmək mümkün olsun.
    Xakker sözü XX əsrin 60-cı illərində informasiya texnologiyalarının inkişafı nəticəsində əmələ gəlmişdir. Xakker sözü ümumiyyətlə əksərən sərt mənada başa düşülür, lakin onun çoxlu mənalarıda var:
    Xakkerlər əksər adi istifadəçilərdən fərqli olaraq proqramları detallarına kimi tədqiq etməkdən həzz alır, onların imkanlarını genişləndirməyə çalışır.
    Bir kəs ki, proqramlaşdırmanı çox həvəslə, şövqlə aparır və ya proqramlaşdırmanı nəzəriyyədən daha çox real şəkildə aparmağı xoşlayır.
    Bir şəxs ki, sürətli proqramlaşdırmanı bacarır.
    Öz peşəsi üzrə ekspert, öz peşəsində şövqlə işləyən.
    Ola bilsin ki, astronomiya xakeri.
    Bir şəxs ki, intelektual cəhətdən limit (məhdudiyyət) qoyulmuş peşənin öhdəsindən gəlsin.
    Bir şəxs ki, proqramlaşdırma sahəsində malik olduqları biliklərlə şəxsi mənafelərinə xidmət etmək və ya başqasına ziyan vurmaq.
    Bir şəxs ki, kompyuterlər üçün zərərli proqramları-virusları hazırlayıb, onları yaymaq və antivirus proqramları satıb pul qazanmaq.
    Bir şəxs ki, xaker dəyərlərini başa düşür və qiymətləndirir.
    Əksərən xakker (hacker) və kreker (cracker) sözləri səhf salınır. Xakkerlər həqiqi profesionallardır və onların kompyuterlərdən informasiya oğurlamaq, başqasının işlərinə burunlarını soxmaq kimi vərdişləri yoxdur. Bu cür adamlara krekerlər deyirlər.
    Xakker cəmiyyətinə o insanlar aiddirlər ki, onlar özlərini xakker hesab edirlər və ya başqaları tərəfindən onlar xakker hesab edilirlər. Bu cəmiyyətin nümayəndələri üç qrupa bölünürlər. Əksərən işlənən "kreker" sözü xakkerlərin kateqoriyalarından daha çox onları dəqiqləşdirmək məqsədi güdür.

    Xakker: Yüksək ixtisaslı proqramçı.
    Bu zaman xakker sözü daha çox pozitiv mənada, proqramlaşdırmanı yüksək dərəcədə aparan bir şəxs kimi başa düşülür. Bu cür xakkerlər daha çox hörmətə layiq görülürlər və onlar əvvəlcədən heç bir hazırlıq görmədən çətin həll olunan problemin həll olunmasına nail olurlar.

    Xakker: Kompyuter və şəbəkə təhlükəsizliyi üzrə ekspert.
    Şəbəkə miqyasında isə xakker o şəxsdir ki, şəbəkənin elementlərinə və kompyuterə girişə nəzarət edir, lazım gəldikdə onları məhdudlaşdırır. Bu şəxslər fərdi şəkildə şəbəkələrin normal fəaliyyətini nizamlayırlar. Bu cür xakkerlər həmçinin internet vasitəsilə açılmaz kodları sındırmaqla və internet müharibələrin iştirakçısı kimi də iştirak edir. Xakkerlərin bu cür fəaliyyətləri cəmiyyətdə digər fəaliyyətlərə nisbətən daha dərin iz buraxır. KİV-lərdə əksərən bu cür xakkerlərdən danışırlar. Xakkerlərin bu fəaliyyəti əksərən neqativ qarşılanır.

    Xakker: Texniki təminat dəyişdiriciləri.
    Xakkerlərin digər növü isə kütləvi şəkildə istehsalda olmaya texniki hissələr yaratmaq, onları yeniləşdirməklə məşğuldurlar. Bu fəaliyyətin son nəticəsi əsasən onunla qurtarır ki, kompyuterin hissələr tez-tez standart vasitələrlə yenilənir və ya onlar kompyuterlərə yarı-kosmetik düzəlişlər edirlər. Onlar bunu rahatlıq və ya estetik zövq üçün edirlər. Kompyuterə cürbəcür işıq effektləri quraşdırmaq bu cür hakerlər arasında geniş yayılmışdır. Bu tip hakerlərdən ən yüksək səviyyəliləri texniki hissələrin imkanlarını artıranlardır; bu cür insanlar əksərən profesional elektrik mühəndisləri olurlar. Bu tip hakerlərin fəaliyyətlərinə 1980-cı illərin sonu 1990-cı illərin əvvəllərində satıcı və kofe düzəldən maşınlara TCP/IP əlavə etməklə onları idarə etmək kimi nümunələr göstərmək olar.
    Tanınmış xakkerlər:
    Tim Berners-Lee
    Linus Torvalds
    Larri Uold
    Rasmus Lerdorf
    Riçard Stollmen
    Ceff Raskin
    Con MakKarti
    Erik Reymond
    Robert Morris
    Kevin Mitnik

  3. #3
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Oct 2009
    Mesajlar
    2.189

    Re: Xakerliyin tarixi haqqında

    970-80 -ci illərdə kompyuter texnologiyası o qədər inkişaf etmişdi ki, artıq onlardan evdə və ofisdə fərdi halda istifadə etmək olurdu. Kompyuter istifadəçiləri artdıqca qeyri-adi və sirli qruplar yaranmağa başladı. Haker terminindən ilk dəfə 1983-cü ildə «Newsweek» jurnalı istifadə edib. Jurnal hakerləri belə təqdim edirdi: «onların qeyri-adi ağıllıları var». Hakerlər kompyuterin «daxilinə» nüfuz edərək təhlükəsizlik xidmətini keçir, hətta FTB (Federal Təhlükəsizlik Bürosu) üçün təhlükə yaradırlar. Bir çox hakerlər kompyuter tarixində silinməz iz qoyaraq bu işə yeni başlayanların kumirinə çevriliblər. «Kompyuter allahları»ndan ən məşhuru, şübhəsiz ki, Cap'n Crunch adı ilə məşhur olan Con Dreyper olub. O, ləqəbini şirin, yeməli pambıqdan götürüb. Belə ki, uşaqları cəlb etmək üçün içinə fit qoyurdular. Dreyper fikir verir ki, bu fitlərdən gələn səslər telefonla uzaq məsafələrlə danışılan səslərə oxşayır. Cap'n Crunch qərara gəlir ki, fitlərdən istifadə edərək telefon danışıqlarını pulsuz etsin. Yəqin ki, Con haker kimi məşhurlaşmağında uşaq oyuncağına minnətdar olmalıdı. Sən saydığını say, gör haker nə sayır Kevin Mitnik hələ 17 yaşında olarkən telefon danışıqlarını özü istədiyi kimi yönəldə bilirdi. Mitnik ən böyük uğuruna 1983-cü ildə Pentaqonun təhlükəsizlik kompyuterinə daxil olaraq imza atıb. O, qanunsuz olaraq informasiya götürdüyünə görə həbs olunur. Azadlığa çıxandan sonra VMX kompyuterlərin hazırlanmasını öyrənmək üçün DEC şirkətinin sisteminə daxil olur. Ona bu işdə dostu Lenni DiSakko kömək edirdi. Bu zaman Kevin hər şeyi nəzərə almışdı,dostundan başqa. Bir dəfə Mitnik dostu ilə zarafat edir. Lakin Lenni bunun zarafat olduğunu anlamayaraq Kevindən qisas almaq istəyir. O, FTB-yə zəng edərək DEC şirkətinin sisteminə daxil olan hakeri tanıdığını deyir. Və Mitniki yenə də həbs edirlər. Bundan əlavə məhkəmə onu 200 min dollar məbləğində cərimə edir. Hazırda o, «Mitnick Security Consulting” təhlükəsizlik şirkətinin sahibidi. Hakerlərin yeni nəsilləri yaranır Adrian Lamonun fərasətindən isə Microsoft,Yahoo!,New York Times,AOL,Sun Microsystems, Cingular və McDonald's kimi şirkətlər əziyyət çəkib. Lamo da təhlükəsizlik sistemlərini çox asanlıqla keçirdi. Hətta bir dəfə NBC kanalında qonaq olan Adriana, verlişi aparan jurnalist istedadını canlı efirdə göstərməyi təklif edib. Heç 5 dəqiqə keçmir ki, haker elə telekompaniyanın özünün təhlükəsizlik sisteminə daxil olur. Bir neçə ildən sonra hakerlərin yeni «nəsilləri» meydana gəldi. Onları klassik hakerlərdən fərqləndirən əsas cəhət sistemlərə virus buraxmaları idi. İnternet virusun ilk yaradıcısı Tappan Morris hesab olunur. Antiviruslar yaranandan sonra o, virusun sürətini çıxardaraq kompyuteri aldadırdı. Bu zaman Morrisin virusu bir neçə saat ərzində yüzlərlə kompyuteri məhv etdi. Virusu məhv etmək üçün günlərlə vaxt tələb olundu. Şirkətlərə vurduğu ziyana görə Morris 400 gün ictimai iş və 10050 dollar məbləğində cərimə olundu. Cobs və Voznyak da Con Dreyper kimi telefon danışıqlarını pulsuz etmək üçün «Blue Box» (mavi qutu) yaratdılar. Hətta bir dəfə Voznyak «Blue Box»dan istifadə edərək Vatikana zəng edib Roma Papası ilə danışıb, günahlarının bağışlanmasını istəyib. 102-ci adam axtarışdadı Los - Anceles radio stansiyalarının birində viktorina keçirilirdi. Verlişə 102-ci zəng edən adam yarışın qalibi olurdu. Kevin Poulsen telefon xətlərini bağlayır. Belə ki, radioya ondan başqa heç kəs zəng edə bilmirdi. Kevin «təsadüfən» 102-ci adam olur və hədiyyəni qazanır. Onun qalib gəlməsindən şübhələnən FTB Poulsenin axtarışına başlayır. 17 aydan sonra haker həbs olunaraq 4 il azadlıqdan məhrum edilir. Bu qərar çox böyük səs-küyə səbəb oldu. Çünki hələ hakerliyə görə bu qədər sərt cəza verilməmişdi.

  4. #4
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Oct 2009
    Mesajlar
    2.189

    Re: Xakerliyin tarixi haqqında

    Anonimliyin qorunması internet istifadəçilərini daha çox cəlb edir. Bu aləmin də ozunəməxsus dələduzları var.Bu dələduzlarsa, hamımızin adlarını eşitdiyi xakerlərdir. İlk xakerlər 1960-ci illərdə ABŞ-da yaranmışlar.Erkən vaxtlarda onlar yalnız telefon xətlərini qarışdırır, telefon şəbəkələrini çökdürürdülər. MİT ( Massachuets İnstitute of Technology) universitetində komputerler işləməyə başlayanda bir neçə tələbə bu nəhəng maşınlarin necə işlədiyini, iş prinsiplərini öyrənməyə başladılar. İlkin kompüterləri o vaxtın müəlliləri belə işlətməyə çətinlik çəkirdilər.Buna görə də həmin ağıllı tələbələr hack adlandırdıqları qısayol düymələr fikirləşib tapdılar.1969-cu ildə isə 2 tələbə - Denis Ritchie və Ken Thompson o vaxt üçün bu qısayol düymələrin ən yaxşısını - UNİX-i tapdılar. Məhz bu yolla xakerliyin əsasi qoyuldu.1984 - cü ildə Lex Luthor adlı xaker Lgion of Doom (LOD) adlı xaker qrupu yaratdı.





    O zaman üçün bu qrup ən yaxşi xakerlər kimi tanındı. Lakin qrup daxilində Erik və Phiber arasinda munasibətlər kəskinləşdi. Phiberin dostları ayrıca yığılaraq Masters of Deception (MOD) adlı başqa bir qrup yaratdılar. Növbəti iki il ərzində onlar bir-birlərinin kompüterlərini çökdürür, telefon xətlərini qarışdırırdılar.Nəhayət, iki illik virtual muharibənin sonunda Amerika Federal Təhqiqatlar idarəsi işə əl qoydu. Artıq həmin dövrlərdə indi tanıdığımız xakerlər formalaşmağa başladilar. 1988-ci ildə isə Robert Morris adlı xaker ozü yazdığı ?Internet Worm? adli xak proqramı ilə 6000 şəbəkəyə bağli kompüter çökdürə bildi. Həmin vaxtlar üçün bu böyuk rəqəm demək idi. 1994-cü ildə rus mafiasının əlinə düşən gənc xaker Vladimir Levin qeyri-leqal yollarla mafianın hesabına 10 milyon dollardan çox pul köçürə bildi. Rəsmi qaynaqlarda isə bu yalnız 2,5 milyon dollar olaraq göstərilirdi.
    Xakerliyə yeni başlayanlarsa lamer adlanirlar. Onlar belə demək mümkünsə hələ təhlükəsiz olurlar.Kraker (cracker) adlanan bir digər qrupsa xakerlərin hazırladıqları hazır proqramlardan istifadə edirlər.

  5. #5
    Moderlər
    Üyelik tarihi
    May 2009
    Mesajlar
    2.892

    Re: Xakerliyin tarixi haqqında

    Valla halaldi olara Mende olmaq isterdim
    Yaşamaq istəyirsənsə, hərəkət et. Süküt ölümdür

  6. #6
    Azeri.net Sevdalısı
    Üyelik tarihi
    Oct 2009
    Mesajlar
    2.189

    Re: Xakerliyin tarixi haqqında

    Alıntı Damla1 Nickli Üyeden Alıntı
    Valla halaldi olara Mende olmaq isterdim
    mende olmaq isteyirem amma istemek de gozel bir seydir isteki elde edesen

Yer imleri

Yetkileriniz

  • Konu Acma Yetkiniz Yok
  • Cevap Yazma Yetkiniz Yok
  • Eklenti Yükleme Yetkiniz Yok
  • Mesajınızı Değiştirme Yetkiniz Yok
  •  

Search Engine Optimization by vBSEO 3.6.1 ©2011, Crawlability, Inc.