Bu gün tanışların birinə USB avadanlığı təhlükəsiz ayırmaq lazım oldu.
Bunun üçün olan, saatın yanındakı , USB avadanlığın qoşulmasını göstərən işarə itmişdir.
Bu halda nə etmək olar?! Bu halda sistemin dilindən asılır olaraq START sonra isə RUN ( ПУСК -> Выполнить ) menyusunu seçirik və ya Win+R düymələrini klavyaturada basırıq. Hər iki üsulla eyni pəncərə açılacaq. Açılan pəncərədə mətn yerinə aşağıdakı kodu kopyalayıb əlavə edirik
RunDll32.exe shell32.dll,Control_RunDLL hotplug.dll
Daha sonra OK düyməsini sıxırıq və əmələ gələn pəncərə artıq, bizim tanış olduğumuz USB qoşulmaları saxlamaq üçün pəncərədir.
Daha sonra OK düyməsini sıxırıq və əmələ gələn pəncərə artıq, bizim tanış olduğumuz USB qoşulmaları saxlamaq üçün pəncərədir.
Daha sonra isə Далее düyməsini sıxırıq və növbəti pəncərədə ( Введите имя ярлыка ) yarlıq üçün ad seçirik. Məsələn: Safely USB Remover və ya daha qısa ad. Ad seçimin fərqi yoxdur, əsas odur, unutmayasınız ki, iş masasında olan bu yarlıq nə üçündür. Готово düyməsini basandan sonra iş masasında yarlıq əmələ gələcək. USB avadanlığı ayırmaq lazım olduqda bu yarlıqın üzərində cüt klik edin.